DSX Şəmkir sərhəd dəstəsinə mediatur təşkil edib FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil olunub.
Avtosfer.az xəbər verir ki, mediatur zamanı DSX rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Komandanlığın həyata keçirdiyi əməliyyatlar barədə jurnalistlərə məlumat verib.
Daha sonra media nümayəndələri sərhəd dəstəsinə yaradılan şəraitə ilə tanış olublar.
Jurnalistlər sərhədçilərin fəaliyyəti, silah-sursat, hərbi texnika, dövlət sərhədinin mühafizəsində və müdafiəsində istifadə olunan cihazlar barədə məlumatlandırılıb.
Həmçinin xidməti heyvanların iş prosesi ilə tanış olublar.
Qeyd edək ki, mediatur Şəmkir sərhəd dəstəsindən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasında və Qazaxın işğaldan azad olunan kəndlərində davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















