Icma.az
close
up
RU
Sui qəsd nəzəriyyələrini niyə sevirik?

Sui qəsd nəzəriyyələrini niyə sevirik?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın hər yerində yadplanetlilər, varlı ailələr və masonlarla bağlı müxtəlif sui-qəsd nəzəriyyələri mövcuddur. Bəziləri Elvis Preslinin heç vaxt ölmədiyini, bəziləri isə ABŞ-ın heç vaxt aya getmədiyini iddia edir.

Bəzi insanlar bu sui-qəsd nəzəriyyələrinə həqiqətən inanır.

Bəs bəzilərimizin Aya enişin saxta olduğuna inanmasının neyroloji bir səbəbi varmı?

Qaynarinfo xəbər verir ki, bu, pareidoliya adlanan bir fenomenlə bağlıdır. Yəni insan beyninin təsadüfi görüntü, səs və hadisələr toplusu içində müəyyən nümunələr tapmaq ehtiyacı ilə bağlılıqdır.

Buludlarda heyvan fiqurları görmək, "I’m Too Sexy” mahnısını tərsinə dinləyəndə eşidilən guya gizli şeytani mesajlar, əlaqəsiz yerlərdə görünən Məryəm Ana siluetləri…

 

Bütün bunlar bu fenomenlə əlaqəlidir.

Bəs beyin niyə nümunələr axtarır?

Bu, insan təkamülünün bir hissəsidir. Baharın gəldiyini göstərən əriməkdə olan qar kimi əlamətləri və ya ərazimizdə qəflətən peyda olan rəqib bir tayfanı tanımaq üçün beynimiz proqramlaşdırılıb.

Bu qabiliyyət bizə dünyanı anlamağa kömək edir və qəfil, naməlum təhlükələrdən qoruyur.

Beynimiz təsadüfi hadisələri şərh edir və onları bir-birinə bağlayan bir əlaqə axtarır.

Zehnimiz üçün əlaqəsiz hadisələr silsiləsindən çox, bir sui-qəsd nəzəriyyəsi daha məntiqli və anlaşılandır.

Təhlükəsizlik

Narahatlıq dolu bir dövrdə yaşayırıq.

İnternetin inkişafı artıq bizə davamlı şəkildə məlumata çıxış imkanı verir və ya bizi məlumat bombardmanına məruz qoyur.

Maslowun ehtiyaclar iyerarxiyasına görə (insanların yaşamaq üçün ehtiyac duyduğu əsas amilləri sıralayan model), qida və sığınacaqdan sonra ən vacib ehtiyac təhlükəsizlikdir.

Və təhlükəsizliyimiz çox vaxt naməlum amillər tərəfindən təhdid edilir.

Müasir dövrün yaratdığı gücsüzlük hissi və naməlum olana qarşı qorxu, beynimizin cavablar uydurmasına və bununla özünü rahat hiss etməsinə səbəb olur.

Naməlum, görünməyən bir təhlükəni hesablaya bilmirik, lakin digər insanları potensial təhlükə kimi görməyə meylli olaraq təkamül keçirmişik.

Bu səbəbdən beynimiz qərar verir ki, "görünməyən bir qrup insan bütün bu pis şeyləri müəyyən bir məqsəd üçün edir”.

Bu düşüncə, "bunlar sadəcə təsadüfi hadisələrdir” fikrindən daha rahat və təhlükəsiz gəlir.

Məsələn, ingilis komediyaçısı Artur Askinin həm CIA tərəfindən öldürüldüyü, həm də hələ də sağ olub bir qonaqevində işlətdiyi kimi bir-birinə zidd olan fikirləri belə, məmnuniyyətlə qəbul edə bilirik.

Beləcə, beynimiz sui-qəsd nəzəriyyələrini bir-birinin üstünə yığaraq rasional düşüncəmizi möhkəmləndirir.

Cəmiyyət

İnsan sürü halında yaşayan bir varlıqdır.

Hər zaman qruplar, tayfalar, icmalar içində yaşamışıq; kitab klublarına, futbol komandalarına və bu kimi birliklərə mənsub olmuşuq.

Müəyyən bir şeyə inanan "dəstənin” üzvü olmaq, insana aidlik və birliyə məxsusluq hissi verir.

Eyni zamanda, hər cəmiyyət daxilində iyerarxiya qurmaq kimi psixoloji ehtiyacımızı da təmin edir.

Nə qədər qəribə və məntiqsiz olsa da, eyni inanclara sahib insanlara yönəlmək bizə xüsusi bir klubun üzvü olduğumuzu hiss etdirir.

Sosial varlıqlar olaraq, biz hörmət və qəbul axtarırıq.

Bu da sui-qəsd nəzəriyyələrinin yaranmasına gətirib çıxara bilər.

Məsələn, itlərin əsrlərdir danışa bildiyini və masonların bunu gizlətdiyini "ortaya çıxaran” bir dəstənin üzvü olmaq sizə hörmət və diqqət qazandıra bilər.

İnternet sayəsində bu gün oxşar düşüncədə olan insanları tapmaq, onlarla tanış olmaq və fikirlərinizi hamıya bildirmək çox daha asandır.

Əksər hallarda isə – böyük hərflərlə!


Niyyət

Psixoloq Dr. Rob Brotherton, Suspicious Minds (Şübhəli Zehinlər) adlı kitabında "niyyət qərəzi” anlayışından bəhs edir.

Əsasən, uşaq vaxtı ətrafımızdakı hər şeyin bir səbəbi olduğunu düşünməyə meylli oluruq.

Atanızın çəkiclə barmağına vurduğunu görsəniz, uşaq beyniniz sizə bunun bilərəkdən edildiyini deyər, çünki o, böyüklərdən biridir və nə etdiyini bilir.

O zamanlar hələ hadisələrin təsadüfən və ya şans nəticəsində baş verə biləcəyini anlamamışıq.

Təbii ki, böyüdükcə bəzi şeylərin qəsdən deyil, sadəcə təsadüfi şəkildə baş verdiyini öyrənirik.

Lakin beynimiz çoxlu informasiya ilə yüklənmişsə, diqqətimiz dağılmışsa və ya bir neçə qədəh şərab içmişiksə, hər hadisənin arxasında bir niyyət olduğuna inanmağa başlaya bilərik.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri