Icma.az
close
up
RU
Dudanın təxribatçı addımı AzərbaycanPolşa münasibətlərinə xələl gətirdi Deputat

Dudanın təxribatçı addımı AzərbaycanPolşa münasibətlərinə xələl gətirdi Deputat

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhəd bölgəsinə gələrək, buradakı Avropa İttifaqı mülki missiyasını "ziyarət" etməsini şərh edərkən deyib.

"Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin Ermənistan hissəsində Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. Azərbaycan zamanında ona birmənalı olaraq razılıq verməyib. Amma buna baxmayaraq, həmin missiya yerləşdirildi və sayı da artdı. Bu missiya da bir sıra Qərb dövlətləri, xüsusən də Fransa və Almaniyanın istefada olan xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarətdir. Onlar isə kəşfiyyat xarakterli fəaliyyət göstərmək üçün yerləşdiriliblər. Bu addım heç bir halda Azərbaycan Ermənistan münasibətlərinin yaxşılaşmasına doğru istiqamətlənmiş missiya deyil. Noyabrın 27-də Polşa Prezidenti Duda da şərti sərhədə gələrək, mülki müşahidə missiyası məntəqəsində olub", deyə deputat qeyd edib.


Arzuxan Əlizadə deyib ki, Dudanın şərti sərhəddə binokl diplomatiyası həyata keçirməsi ölkəmizə qarşı növbəti təxribat aktı kimi qiymətləndirilib:

"Belə vəziyyət Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etməyən addım olmaqla yanaşı, həm də Azərbaycan-Polşa münasibətlərinə xələl gətirən addımdır. Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. İşğaldakı ərazilərimizi öz gücümüzə işğaldan azad etmişik. Buna rəğmən sülh müqaviləsinin bağlanması təklifilə ilkin olaraq Azərbaycan çıxış edib. Kənar müdaxilələr, təxribatçı addımlar isə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına deyil, əksinə, bir qədər də pisləşməsinə yönəlik addımlardır. Onlar Azərbaycanı müəyyən güzəştlərə getməyə təhrik etmək istəyir ki, bu da mümkün olan məsələ deyil. Amma təəssüf ki, Polşa prezidenti belə təxribatçı addıma gedib. Görünür, onu da yanlış məlumatlandırıblar". 

Qeyd edək ki, Polşa prezidenti Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Prezident burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb. Azərbaycan XİN-i isə Polşa prezidentinin bu məsuliyyətsiz addımına etiraz edərək, onu təxribatçı addım kimi qiymətləndirib. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri