Icma.az
close
up
RU
Dünənə kimi Zelenskini “diktator” adlandıran Tramp sözünü niyə geri götürdü? PƏRDƏARXASI DETALLAR KONKRET

Dünənə kimi Zelenskini “diktator” adlandıran Tramp sözünü niyə geri götürdü? PƏRDƏARXASI DETALLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Trampın fikrini dəyişməsi heç bir məntiqə sığmır. Trampın “Zelenskini diktator adlandımışam? Bunu dediyimə inana bilmirəm” sözləri ilə özünü gülüş hədəfinə çevirməsi qeyri-ciddiliyindən yox, istəklərinə nail olmasından qaynaqlanır. Bu gün Ağ Evdə Ukrayna lideri ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır.

Əvvəlcə sazişdən imtina edən Ukrayna indi bunu daha “məqbul” hesab edir. Lakin Kiyevin razılaşması mövqeyinin nəzərə alınmasından daha çox, Vaşinqtonun təhdidlərindən qaynaqlanır”.

KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı səsləndirib:

“Trampın “diktator” dediyi Zelenskiyə ünvanladığı sərt ittihamlar fonunda bu, aydın görünürdü. İmzalanacaq sazişin mətnində ciddi dəyişiklik nəzərə çarpmır. Mediaya sızan məlumatlardan aydın olur ki, İnvestisiya Fondu yaradılacaq, Ukraynaya məxsus strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivlərindən (təbii qaz terminalları, dəniz limanları və s.) əldə olunan gəlirlərin 50 faizi bura köçürüləcək. Sazişin Ukrayna üçün mənfi və müsbət tərəfləri var. Mənfi tərəfləri gəlirlərin yarısının ABŞ-la bölüşdürülməsi ilə yanaşı, sazişdə təhlükəsizlik təminatı üzrə heç bir qeydin-öhdəliyin olmamasıdır. Müsbət tərəflərini, o qədər də cəlbedici olmasa belə, Ukraynanın mövcud vəziyyəti fonunda dəyərləndirmək olar.

– Fonda ABŞ və Ukrayna bərabərhüquqlu şəkildə nəzarət edəcək (informasiyalar bu yöndədir);

– Fond Ukraynanın yenidən qurulmasına investisiyalar qoyacaq: bu mexanizmin necə işləyəcəyi bəlli deyil, lakin mümkündür ki, layihələr ABŞ şirkətlərinə veriləcək və Birləşmiş Ştatlar pul qazanmaqla yanaşı, ölkənin inşa edilməsini də həyata keçirəcək;

– Sazişdə təhlükəsizlik öhdəliyi olmasa da, ABŞ şirkətlərinin Ukraynada işləməsi ölkə üçün faktiki qarant kimi qəbul edilə bilər: amerikalı investorların olduğu ölkələrdə təhlükəsizliyə Vaşinqton tərəfindən xüsusilə diqqət yetirilməsi kağız üzərində yazılmayan qaydalardandır;

Ukrayna ilə danışıqlar aparan ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, saziş hazırdır, Tramp-Zelenski görüşündə danışıqlar olmayacaq. Görünür, Zelenski sazişi müzakirə etmək üçün yox, imzalamaq üçün Vaşinqtona gedir. Bu prosesdə bir məqam xüsusilə önəmlidir: sazişin imzlanmasına nail olan Tramp daha sonra Zelenskinin hakimiyyətdə qalması ilə bağlı fikrini dəyişə bilərmi? Bu saziş Tramp Administrasiyasında Zelenskinin legitimliyinə dair sualları da aradan qaldırır, lakin Rusiya münaqişənin həlli ilə bağlı danışıqlarda Ukrayna prezidentini hələ də qəbul etmir. Trampın sürətlə dəyişən mövqeyi və Putinlə anlaşmaq istəkləri indi ABŞ-a istədiyini verən Ukrayna hakimiyyətinə perspektivdə problemlər yaradacaq”, – deyə ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri