Icma.az
close
up
RU
Dünənə və sabaha yaraşmayan hikkə

Dünənə və sabaha yaraşmayan hikkə

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Şimal qonşumuzun əsəbi davranışları bu məntiqdən xəbər verir

Rusiyanın son hərəkətləri Azərbaycanla münasibətləri normal məcraya salmaq əvəzinə dost olmayan siyasət yürütməsinin təsdiqi sayıla bilər. Hər növ təzyiq kampaniyasının bütün parametrləri göz önündədir. Son hadisəni – Azərbaycanın Kiyev şəhərindəki səfirliyinin binasının raketlə vurulmasını da nəzərə alsaq, belə bir qənaət hasil olar ki, Kreml artıq açıq aqressiya müstəvisində hərəkətə keçib. Əgər əvvəllər Kreml öz mövqeyini yalnız siyasi ritorika, muzdlu politoloqlar və efirdən radikal çıxışlarla ifadə edirdisə, indi proses az qala hərbi-siyasi səviyyəyə qaldırılıb. Rusiya Dövlət Dumasının bəzi üzdəniraq deputatları, özünün anti-Azərbaycan fəaliyyəti ilə seçilən Vladimir Solovyov kimilərin dezinformasiyaya bürünmüş imperiya ambisiyalı təhdidlərinin davamı kimi Moskva artıq daha təhlükəli addımlar atmaq xəyalına düşüb.

Bəlkə bunlar Azərbaycana qarşı casusluq edən və istintaqı davam edən bir qrup Rusiya vətəndaşına qarşı açılmış cinayət işinə xitam verilməsi, onların azadlığa buraxılması tələbinin Bakının yerinə yetirilməməsinin qisasıdır? Amma Kreml suları bu gün deyil iki il iki ay bundan əvvəl – sərnişin təyyarəmizi Qroznı səmasında vurandan sonra bulandırmağa başlamışdı. Həmin müdhiş qəza ilə bağlı rəsmi Moskvanın sözdə bir cür, əməldə isə başqa cür davranmasını hamımız vizual olaraq izlədik. Azərbaycan Prezidentinin siyasi qətiyyətini, çoxsaylı insan tələfatına səbəb olan aviaqəzanın təşkilatçılarının və icraçılarının məsuliyyətə cəlb edilməsini görən Rusiya rəhbərliyi, sanki, bunun əksini gözləyirmiş kimi davranmağa, “yumşaq güc”lə yanaşı, digər üsulları da dövriyyəyə buraxdı.

XQ Şimal qonşumuzun azərbaycanlı miqrantlara qarşı qeyri-qanuni, zorakılıqlarla müşayiət olunan təzyiq və təhdidləri barədə dəfələrlə yazıb. Ötən il iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın etdi, Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürüldü. Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri aldılar, habelə 9 nəfər saxlanıldı. Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zaman, guya, dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açdı. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçildi. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olundu.

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor üzvlərinin və digərlərinin adlarının hallandığı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxslər 2001-ci ildə Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Feyruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər. Prokuror Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib. Bundan başqa, məhkəmə Akif Səfərovu 23, Ayaz Səfərovu 22, Kamal Səfərovu 18 il müddətinə azadlıqdan məhrum edib. Bakir və Məzahir Səfərovlara 13, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub. Tələb olunan cəzaların ümumi müddəti 127 il edir. Ötən həftə məhkəmənin andlılar kollegiyasının Şıxlinski və digərləri barəsində verdiyi ittiham hökmündə onların əfvə layiq olmadıqları da qeyd olunub.

***

Son hadisələr onu deməyə əsas verir ki, Rusiya Azərbaycan və azərbaycanlılara qarşı həm ölkə daxilində, həm də kənarda, konkret olaraq Ukraynaya havadan hücumlarında təcavüzkarlıq, zorakılıq kursunu davam etdirir. Buraya Moskvanın aşkar iqtisadi sabotaj, diversiya sayıla biləcək hərəkətləri daxildir. Oxuculara xatırladaq ki, hələ ötən ilin yayında Odessa vilayətində SOCAR-a məxsus neft bazası Rusiya HHQ-si tərəfindən hücuma məruz qalmışdı. Ümumi tutumu 16 min kubmetr olan bu obyektin sıradan çıxarılması Azərbaycanın iqtisadi maraqlarına və enerji təhlükəsizliyinə qarşı yönəlmiş açıq təxribat idi. İkinci iqtisadi diversiya yenə Odessada Azərbaycanın neft bazasına qarşı törədildi. Ötən ilin avqustunda isə Rusiya Odessada Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirdi. Göründüyü kimi, Rusiya Ukraynada Azərbaycana məxsus enerji obyektlərini məqsədyönlü şəkildə hədəfə alıb.

Azərbaycanın Kiyevdəki səfirliyinin binasına qarşı düzənlədiyi, ölkə başçımızın hiddətinə səbəb olmuş “hərbi əməliyyat” isə Rusiyanın sülhə və əməkdaşlığa meyil göstərmədiyinin, münasibətləri normallaşdırmağı arzulamadığının, yəni hikkəsinin təzahürüdür. Hikkənin isə sonda öz qabını sındıran tünd sirkə kimi, onu nümayiş etdirənin özünə ziyan vuracağı şəksizdir. Biz bunu heç bir qonşumuza arzulamırıq.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Qəribə paradoksdur: Rusiya nədənsə Azərbaycanı özünə borclu bilir. Hələ müharibə dövründə Ermənistana bir milyard dollarlıq silah-sursat göndərdiyini unutmamışıq. Moskva Ermənistan ərazisindəki hərbi bazalarının qapılarını açaraq, onları hayların cəbbəxanasına çevirmişdi. Rusiyanın hərbi mütəxəssisləri həm peyklər, həm də kəşfiyyat qurumlarının vasitəsilə Ermənistana məlumatlar ötürürdülər. HHM qurğularının, radarların idarəetmə sistemləri rusların əlində idi. İndi hesab edirlər ki, əgər Azərbaycanın üzərinə hücum çəkməyiblərsə, deməli, Bakı onlara borcludur. Məlum təyyarə olayından sonra isə nə öz günahını boynuna alır, nə də münasib diplomatik davranış nümayiş etdirir. Yuxarıdan aşağı, yekəxana münasibəti görürük. Qanuni tələblərimizin qarşılığında hesab edirlər ki, Azərbaycana qarşı təzyiq və təhdid dilə ilə danışa bilərlər. Kiyevdəki səfirliyimizə PUA-larla zərbə endirilməsi, Ukraynadakı enerji emalı obyektlərimizin, qaz kəmərinin nümayişkaranə şəkildə vurulması ilə, guya, Bakıya narazılığını çatdırır.

O ki qaldı Azərbaycan diasporu nümayəndələrinə qarşı Rusiya polisinin və xüsusi təyinatlılarının hərəkətlərinə, bunun adı cinayətdir. Hətta cinayət törətmiş olsa belə, soydaşlarımızın ölüncəyə qədər döyülməsinə başqa nə ad vermək olar? Həmin ağır cinayəti törədənlərin heç biri hüquqi məsuliyyətə cəlb edilməyib. Deyəsən, barələrində iş açdıqları, məhkəmə qurduqları insanları isə dustaqxanada çürütməyi düşünürlər. Azərbaycanda isə Rusiyadan qaçıb gəlmiş və ölkəmizə qarşı separatçılıqla məşğul olan hayların məhkəməsi beynəlxalq hüquqa tam uyğun şəkildə aparıldı. Bu adamların bəziləri istintaqa çox şey danışa bilər. Misal üçün, Vardanyan 44 milyon dollar çirkli pulun yuyulması texnologiyasını aça bilər. Yəni Moskvanın Bakıdan gileylənməyə haqqı yoxdur.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri