Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Dinləyicini dünənə, keçmişi bu günə gətirmək məharəti

Dinləyicini dünənə, keçmişi bu günə gətirmək məharəti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəfəs alətlərinə yeni həyat verən musiqi bilicisi

Sənətşünaslıq doktoru, professor Abbasqulu Nəcəfzadə ifaçılıq sənətimizdə bir çox yeniliklərə imza atmış sənətkarlardandır. 50 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğuldur. O, uzun illərdir ki, nəfəs alətlərini öz ifası ilə yeniləyir. Nə qədər unudulmuş çalğı alətlərini bərpa edib, haqqında bilgilər verib. O, bu alətlərin “dilini” açıb, hansı əsrdə, hansı şəraitdə yaranması ilə bağlı araşdırmalar aparıb, dərsliklər yazıb.

“Azərbaycan çalğı alətlərinin izahlı lüğəti” məhz onun yorulmaz, gərgin fəaliyyətinin nəticəsi olaraq meydana çıxmışdır. Bir neçə milli musiqi alətimizi zamanın unudulmaq təhlükəsindən xilas edib, bu günümüzə çatdırıb.

Abbasqulu Nəcəfzadə zaman-zaman Azərbaycan musiqisini dünyanın bir çox ölkələrində təbliğ edib, müxtəlif millətlərin nümayəndələri milli musiqimizlə ilk dəfə onun ifasında tanış olublar. O, ansambl yaratmaqla, ifaçılıqla yanaşı, ömrünü musiqişünaslıq elminə həsr edib və bir-birindən dəyərli tədqiqat əsərləri yazıb. Nizamidən üzü bəri klassik şairlərimizin yaradıcılığında musiqi alətlərinin yeri və rolu haqqında tədqiqat işləri aparıb, bu alətlərin əsrləri adlayaraq çağımıza yetişməsi üçün çalışıb.

Bu günlərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami “Xəmsə”sində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz” mövzusunda elmi-bədii sessiya bu məqsəd və mərama xidmət edirdi. Muzeyin direktoru, akademik Rafael Hüseynov klassik şairlərin musiqi mədəniyyətimizin inkişafındakı rolundan danışdı. Sonra Abbasqulu Nəcəfzadə tamaşaçıları tütəyin sədaları ilə salamladı. Burada bərpa olunmuş muğni, burmalı boru (gavdum), kos, əlvah, kələnay (mehtər düdüyü) kimi qədim milli musiqi alətləri haqqında məlumat verildi.

Naxçıvan Dövlət Universitetinin nəzdində “Musiqi alətləri” emalatxanasının müdiri, Naxçıvan Musiqi Kollecinin müəllimi, erqoloq-araşdırmaçı İxtiyar Seyidov Səfiəddin Urməvinin XIII əsrdə icad etdiyi muğni alətini ifa etdi. O, həmçinin icad etdiyi Naxçıvan tənburunda da bir sıra melodiyalar səsləndirərək alətin məziyyətlərindən söz açdı. Daha sonra nəfəs alətləri üzrə tanınmış mütəxəssis Teymur Hüseynovun hazırladığı burmalı boruda Azərbaycan Dövlət Simfonik Orkestrinin trombon ifaçısı Toğrul İsgəndərov xalq mahnısı “Girdim yarın bağçasına” və Bəhram Nəsibovun bəstələdiyi “Qarabağ” mahnısını səsləndirdi. Onu royalda klavişli alətlərin virtuoz ifaçısı Ənvər Sadıqov müşayiət etdi.

Əbdülqadir Marağalının icad etdiyi əlvah alətini zərb alətləri üzrə tanınmış mütəxəssis Seyidağa Mirbabayev bərpa etmişdir. O, əlvahın klassik və müasir variantını hazırlamışdır. Klassik növlü əlvahda Ənvər Sadıqovun tələbəsi Həsən Hüseynov öncə “Şələküm” (“Şalako”) rəqsini, daha sonra türk mahnısı “Sev kardeşim”i ifa etdi. Müasir əlvah tədris üçün nəzərdə tutulmuşdur. Bu növ əlvahda Azərbaycan Musiqiçilər Cəmiyyətinin “Simurq” orkestrinin konsert direktoru, zərb qurğuları ifaçısı Elxan Ərəboğlu Ə.Bədəlbəylinin “Dumanlı Təbriz” əsərini ifa etdi. Nəsirəddin Tusinin icad etdiyi kələnay (mehtər düdüyü) alətini AMK-nın məzunu, balaban alətinin diapazonunu genişləndirən Rameş Paşa “Qavalla rəqs” xoreoqrafik kompozisiyanı səsləndirdi. Bu aləti də Teymur Hüseynov hazırlamışdır.

Sonda adı “Dədə Qorqud” dastanlarında və klassik şairlərin əsərlərində çəkilən kos haqqında tamaşaçılara məlumat verildi. Bu aləti AMK-nın keçmiş kiçik elmi işçisi mərhum Cavanşir Qasımov bərpa etmişdir. Abbasqulu müəllim qeyd etdi ki, bu alətin özəlliyi ondadır ki, onu litavra kimi istənilən tonallığa kökləmək mümkündür.

Məşğələdən sonra Rafael müəllim fikirlərini belə ifadə etdi:

– Saat 1300 il əvvələ qurulmuşdu. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində əvvəlcə VII əsr idi - Dədəm Qorqud çağının musiqi alətləri elə 1300 il əvvəlki təravət və cazibə ilə səslənirdi.

Sonra XII əsr gəldi. Nzami ilə birgə əyləşmişdik, onun dövründəki ahəngləri elə oçağın musiqi alətlərinin səslənişlərində dinləyirdik.

Sonra XVI əsr gəldi. Şah İsmayıl Xətai əyyamlarının musiqi alətləri dirildi.

Bizə bu fərəhli anları və təkrarsız xoş duyğuları yaşadan mahir ifaçı və yorulmaz araşdırmaçı, alətşünaslıq elmimizi yeni inkişaf mərhələsinə qaldırmış professor Abbasqulu Nəcəfzadə və eyni yolun yolçuları olan məsləkdaşları idi.

Akademikin anlatdığı kimi, bu ecazkar səyahət qan yaddaşımızda əks-səda verməkdə idi. Balabanın, kələnayın, tənburun sanki əsrlərin o tayından gəlirmiş kimi nəvalanan səsləri milli musiqimizin qədimliyindən, tarixin ötəsindən, min illərlə ölçülən mədəniyyətimizin zənginliyindən, sonsuzluğundan xəbər verirdi.

Kənan HACI,
yazıçı-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri