Icma.az
close
up
RU
Dünya ağalığına nail olmuş liberal qlobalist diktatura artıq çökür ŞƏRH

Dünya ağalığına nail olmuş liberal qlobalist diktatura artıq çökür ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin hazırkı administrasiyasında idarəetmənin səmərələşdirilməsinə cavabdehlik daşıyan məşhur iş adamı İlon Maskın dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının fəaliyyətini dayandırmağa çağırış etməsi, həqiqətən də, inqilabi hadisədir. "Amerikanın səsi” və “Azadlıq radiosu”nun qərəzli olduğunu bildirən ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin ardınca İlon Maskın da “Azadlıq radiosu" və “Amerikanın səsi” radiostansiyalarını bağlamağa çağırış etməsi çox güman ki, tezliklə bu iki məşhur media qurumunun ABŞ dövlətinin maliyyə dəstəyindən və siyasi himayəçiliyindən məhrum olunması ilə nəticələnəcək. Bundan əvvəl isə İlon Mask “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin daha ABŞ hökuməti tərəfindən  maliyyələşdirilməyəcəyini açıqlamışdı.


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, istər "Azadlıq radiosu" və "Amerikanın səsi" radiostansiyaları, istərsə də adları çəkilən digər media qurumları USAİD-lə əlbir olaraq zaman-zaman ölkəmizə qarşı şantaj dolu kampaniyalar həyata keçiriblər. Ekspertin sözlərinə görə, Bayden hakimiyyəti məhz bu KİV-in və USAİD-in vasitəsilə Azərbaycana qarşı vaxtaşırı qaralama kampaniyası aparırdı: 


"Ağ Evin və erməni lobbisinin sifarişlərini icra edən bu medialar ölkəmizə qarşı dezinformasiyalar, feyk məlumatlar yaymaqdan belə çəkinmirdilər. Prezident İlham Əliyevin söylədiyi kimi sözügedən media qurumları feyk-nyusu artıq siyasi mübarizənin bir üsuluna çeviriblər. Onlar həm müxtəlif ölkələrə münasibətdə, həm də seçki kampaniyasının gedişində Donald Trampa qarşı siyasi motivli media hücumları təşkil edirdilər. Azərbaycan da daim bu hücumların əsas hədəflərindən biri olub". 


Siyasi şərhçi vurğulayıb ki, 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzü bərpa edəndən sonra “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin, “Azadlıq radiosu" və “Amerikanın səsi” radiostansiyalarının Azərbaycana qarşı apardığı informasiya müharibəsi daha kəskin xarakter almışdı: 

"Lakin Azərbaycan bu hücumları dəf etməyi, total manipulyasiyaları neytrallaşdırmağı bacardı. Bu gün isə biz ABŞ-nin yeni administrasiyası tərəfindən USAİD-ə və anti-Azərbaycan mövqeli media quruluşlarına ağır zərbə vurulmasının şahidi oluruq. Donald Trampın dünyanın liberal-qlobalist güclərinin və ABŞ-nin Demokratlar Partiyasının maraqlarını təmsil edən təşkilat və KİV-ə qarşı sərt siyasəti davam edir. Bunun nəticəsidir ki, son 30 ildə dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür. Başqa sözlə desək, ədalət qalib gəlir. Biz bu inqilabi dəyişiklikləri dəstəkləyirik". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Fevral 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri