Icma.az
close
up
RU
Dünya birliyi Ermənistan rəhbərliyini insanlıq yoluna dəvət etməlidir

Dünya birliyi Ermənistan rəhbərliyini insanlıq yoluna dəvət etməlidir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə ölkəmizdə "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilməsi bu məsələnin dövlətimiz və ictimaiyyətimiz üçün nə qədər önəmli və həssas məsələ olduğunu aydın şəkildə göstərir. Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün ardıcıl səylərini davam etdirir. Məhz bu səylərin nəticəsidir ki, artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir.
Rəsmi Bakı itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Məsələnin aktuallığı həm də onunla təsdiqlənir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi dövlətimizin başçısının da daimi diqqət mərkəzindədir. Bu mənada Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına ayrıca müraciət etməsi heç də təsadüfi deyil. Dövlət başçısı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyi ilə hər zaman yaxından maraqlanıb və bununla bağlı bütün mümkün beynəlxalq platformalarda məsələ qaldırıb. Rəsmi Bakı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən, itkin düşən, işgəncələrə məruz qalan vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə beynəlxalq insan hüquqları təşkilatlarını, digər qurumları həmişə ədalətli mövqe nümayiş etdirməyə, dünya birliyini humanizm və həmrəyliyə səsləyib.
Cənab Prezident sözügedən müraciətində azərbaycanlı itkinlərin taleyini növbəti dəfə dünya birliyinin diqqət mərkəzinə gətirib və bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə indiyə qədər 29 kütləvi məzarlıq aşkar edilib: "Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur".
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən indiyə qədər 3 min 990 nəfər soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 984 nəfəri Birinci Qarabağ müharibəsi zamanı, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb. 3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri isə qocalardır. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsində eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, onların cəsədlərinin qalıqları ailələrinə təhvil verilərək qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.
44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra Qarabağ və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkar edilməsi davam edir. Həmçinin bu gün də Ağdərə rayonunda aparılan axtarış qazıntı işləri zamanı növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, həmin kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Meyitlərin qalıqlarının ilkin müşahidəsi göstərir ki, qətlə yetirilməmişdən öncə hərbçilərimiz dəhşətli işgəncələrə məruz qoyulub. Bütün bunlar Ermənistan tərəfinin Cenevrə Konvensiyasının, eləcə də iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd davranmasının nəticəsidir.
Bildiyimiz kimi hətta müharibələrin də öz qanunları olur. Lakin Ermənistan tərəfi əsir və itkin soydaşlarımıza qarşı münasibətdə müharibə qanunlarını kobud surətdə pozub. Başqa sözlə desək, Ermənistan 30 il davam edən işğal dövründə özünü dövlət kimi yox, cinayətkar quldur dəstəsi kimi aparıb, azərbaycanlılara qarşı kütləvi qətl və terror siyasəti yürüdüb. Bunun nəticəsidir ki, 4 minə yaxın Azərbaycan vətəndaşının taleyindən bu günə qədər də xəbər yoxdur. Rəsmi Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq Ermənistanın siyasi rəhbərliyi həmin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyə qədər heç bir addım atmayıb.
Görünən budur ki, tez-tez sülh bəyanatları ilə çıxış edən Ermənistan rəhbərliyi mina terrorunun qarşısının alınmasında hərəkətsizlik nümayiş etdirdiyi kimi, əsir və itkin düşmüş şəxslərin haqqında məlumat verilməsi ilə bağlı beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar məhəl qoymamaq niyyətindədir. Bu da Ermənistan tərəfinin insanlığa qarşı növbəti cinayəti deməkdir. Beynəlxalq təşkilatlar Ermənistanın cinayətkar davranışına laqeyd qalmamalıdırlar. Dünya birliyi Ermənistan rəhbərliyini insanlıq yoluna dəvət etməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri