Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Dünya birliyinə tarixi mesaj!

Dünya birliyinə tarixi mesaj!

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər tarixi həqiqətlərin, Azərbaycanın güclü dövlət kimi nüfuzunun, Prezident İlham Əliyevin xarizmatik lider kimi qüdrətini bir daha nümayiş etdirdi. Cənab Prezident bu müsahibə zamanı ölkəmizin xarici siyasəti, milli təhlükəsizlik konsepsiyası, qonşu ölkələrlə münasibətlər və gələcək perspektivlər barədə dolğun və ətraflı fikirlər səsləndirib, habelə dünya birliyinə önəmli mesajlar verib.

Müsahibədə diqqət çəkən məqamlardan biri ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı oldu. Məlumdur ki, Türkiyə Azərbaycan ordusunun hərbi potensialının artıırlmasında əvəzsiz xidmətləri olan bir ölkədir. Türkiyənin Azərbaycan Ordusunun müasirləşdirilməsində, NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin artmasında çox böyük rolu var. Bununla yanaşı Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi var və bu Bəyannamədə də təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Prezidentin bu bəyanatı müxtəlif adlar altında ərazilərimizə hərbi birliklər yerləşdirmək istəyən ayrı-ayrı ölkələrə mesaj kimi də qəbul oluna bilər.

Azərbaycan Prezidenti, müsahibə zamanı həmçinin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar və əldə edilən razılaşmalarla bağlı da vacib məqamlara toxundu. Məlumdur ki, həm Azərbaycan, həm də Ermənistan rəsmi şəkildə sülh sənədinin 17 maddəsindən 15-i ilə bağlı razılıq əldə olunduğunu bəyan ediblər. Yerdə qalan məsələlərlə bağlı isə hələ ki, ümumi razılaşmaya nail olmaq mümkün olmayıb. Cənab Prezident də məhz həmin məqamların nədən ibarət olduğunu bəyan etdi. Məlum oldu ki, vacib məqamlardan biri Beynəlxalq məhkəmələrdə olan qarşılıqlı iddialarla bağlıdır. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycana vurulan zərərin həcmi 150 milyarddan çoxdur. Ermənistan tərəfi isə hər vəchlə bu zərərlə bağlı öhdəlik götürməkdən yayınmaq istəyir.

Daha bir məsələ Avropa İttifaqı müşahidə missiyası adı altında sərhədlərə yerləşdirilmiş xarici qüvvələrlə bağlıdır. Prezident açıq şəkildə bəyan etdi ki, bu missiya regionda sülhün genişləndirilməsinə xidmət edən faktor kimi çıxış etmir. Üçüncü ölkənin sərhəddə olması, bir tərəfdən iki ölkə arasında vəziyyətin gərginləşməsinə, digər tərəfdən isə Avropa İttifaqının Cənubi Qafqazda hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bu isə yolverilməzdir. Çünki bəzi Avropa ölkələri Aİ missiyası adından çıxış edərək, əslində özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçn planlar həyata keçirirlər.

Müsahibə zamanı Azərbaycan Prezidenti daha bir mühüm məsələyə də diqqəti yönəltdi. Regionun sülh və sabitliyinə xidmət etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu artıq öz əhəmiyyətini itirmiş mexanizm kimi qiymətləndirilir. Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığı halda, Minsk qrupunun fəaliyyəti mənasızdır. Vurğulanıb ki, bu qurum formal olaraq hələ də mövcuddur, lakin real olaraq heç bir iş görmür.

Minsk qrupunun ləğvi ilə bağlı Ermənistanın hələ də razılıq verməməsi revanşist dairələrin planlarının hələ də qüvvədə olduğunu açıq şəkildə ortaya qoyur. Bu yanaşma, rəsmi Bakının fikrincə, regionda uzunmüddətli sülhün bərqərar olunmasına mane olan əsas faktor kimi çıxış edir və Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha sübut edir.

Bu gün Bakının artıq mühüm siyasi dialoq mərkəzinə çevrilməsi hamıya məlum olan və istər Qərbdə, istərsə də Şərqdə etiraf edilən tarixi həqiqətdir. Diqqət edək: Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib.

Prezident İlham Əliyevin müsahibəsi zamanı Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırıb. SİTAT: “Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

Prezident İlham Əliyev Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunaraq, bunu Qafqaz uğrunda döyüşün tərkib hissəsi kimi qiymətləndirib: “Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir.

Bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...

Məhz müşahidəçilərin. İki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”, - deyə Azərbaycan Prezidentinin müsahibəsində qeyd edib.
Cənab Prezident müsahibə zamanı, həmçinin, ölkəmizin beynəlxalq münasibətlərinə də toxunub. Həqiqətən, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir. Beləliklə Prezident İlham Əliyevin bu müsahibəsi həm də bütün dünya birliyinə Azərbaycanın tarixi mesajı oldu.

Həqiqət, sülh və inkişaf naminə həmrəylik mesajı!

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri