Icma.az
close
up
RU
Biomüxtəliflik təhdid altındadır: Daha bir göl QURUYUR

Biomüxtəliflik təhdid altındadır: Daha bir göl QURUYUR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hacıqabul gölü, Şirvan şəhəri ərazisində yerləşən unikal bir göldür. Təxminən 19 km² sahəsi olan oval göl köçəri quşların əsas dayanacağıdır və zəngin biomüxtəlifliyə malikdir. Əsas mənbəyi Kürçaydan gələn qol və qurunçların yaratdığı təbii su mənbələridir. 1990-cı ilə qədər göl nadir quş və heyvan növlərinə, o cümlədən flamingolara ev sahibliyi etmiş və Ramsar Konvensiyasına daxil olaraq beynəlxalq əhəmiyyətli su batıqlıqları siyahısına salınmışdır".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, son 10 ildə gölün quruması prosesi başlayıb:
"Kürdən gələn kanalın kəsilməsi, yağış sularının axınının qarşısının alınması və kanalizasiya sularının axıdılması nəticəsində göl demək olar ki, tamamilə biomüxtəlifliyini itirmişdir. Hazırda 50-dən çox quş növü, o cümlədən qırmızı kitabda qeyd olunan flamingolar yoxa çıxıb, müxtəlif balıq növləri məhv olub".
Ekoloq bildirib ki, sovet vaxtı göldə turistlər üçün yarışlar, qayaq yarışları və balıq tutma tədbirləri keçirilirdi:
"Gölün dərinliyi təxminən 5 metrə çatırdı və burada biomüxtəliflik çox zəngin idi. Lakin hazırda göl ekoloji baxımdan ciddi təhlükə altındadır. Ekoloji və Təbii Sərvətlər Nazirliyi və Milli Məclis bir neçə dəfə gölün bərpası ilə bağlı müzakirələr aparsa da, effektiv addımlar atılmayıb. Gölün bərpası üçün Kürdən gələn kanalın açılması, yağış sularının axınının təmin edilməsi və çirklənmiş suların qarşısının alınması və qoruq elan edilməsi zəruridir. Bu tədbirlər həyata keçirilsə, göl ərazidə ekoloji tarazlığı bərpa edə və biomüxtəlifliyi yenidən qoruyub saxlaya bilər".
Onun sözlərinə görə, gələcəkdə bu tədbirlər reallaşdırılacaq və Hacıqabul gölü yenidən ekoloji cəhətdən sağlam vəziyyətə gətiriləcək.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri