Icma.az
close
up
RU
Dünya böhran içində: Böyük dövlətlərə demokratiya maraqlı deyil Səxavət Məmməd yazır

Dünya böhran içində: Böyük dövlətlərə demokratiya maraqlı deyil Səxavət Məmməd yazır

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Kapitalizm və demokratiyanın qüsurları dünyada böhranlı vəziyyət yaradıb. Qaynaqlar uğrunda mübarizə açıq müstəviyə keçib. Təsadüfi deyil ki, dünyanın demək olar hər yerindəki münaqişə ocaqları alovlanır, yeniləri yaranır və bu proses davam edəcək.

Hazırkı münaqişələrə baxdıqda qazananın olduğunu deyə bilmərik. Bunu İsrail-Fələstin, Rusiya-Ukrayna, Hindistan-Pakistan, Əfqanıstan-Pakistan, İran-İsrail və digərlərinin timsalında görə bilirik.

İsrail HƏMAS arasında toqquşma da bir neçə reallığı ortaya çıxardı. İsrail HƏMASın hücumuna cavab olaraq Qəzza zolağında sözün əsl mənasında daşı-daş üstündə qoymadı. Yəhudilərə insanlar daha çox Holokosta görə hörmət qoyurdu – soyqırıma məruz qalmış xalq. Ancaq soyqırıma məruz qalan xalq canlı yayımda soyqırım törədəndə bütün dünya buna etiraz etməyə başladı. Etirazların önündə gedənlərin bir çoxu da İsrail vətəndaşı olmayan yəhudilər idi. Bundan əlavə İspaniya, İtaliya, Fransa kimi dövlətlər də ortaya mövqe qoydu. Xüsusilə İspaniya xarakter nümayiş etdirdi. Məsələ hətta o həddə gəlib çıxdı ki, ABŞ prezidenti Donald Tramp İspaniyanı NATO-dan çıxarmaqla hədələdi. Bəhanəsi vəsait olsa da, reallıq İspaniyanın qoyduğu qadağalar idi. Yəhudilərin özlərinə verməli olduğu əsas sual “tarix boyu niyə ancaq bizi məhv etmək istəyiblər?” olmalıdır.

İsrail və onun dəstəkçiləri İranda türklərin sıxışdırılmasını daha çox qabardır. Baxırsan, İranda çoxlu sayda yəhudi yaşayır, onlar öz dinlərini də qoruyub saxlayırlar, milli kimliklərini də. Hətta 12 günlük toqquşmadan sonra belə İranda yəhudilərə qarşı hansısa neqativ addım atılmadı. Türklərin sözdə müdafiəsi kimlər üçünsə bəhanə, kimlər üçünsə artistlik mövzusundan başqa bir şey deyil.

Trampın ən çox istədiyi şey Nobel sülh mükafatı almaq idi. Bunun üçün dəridən qabıqdan çıxırdı. Kimsə çıxıb kənardan deyə bilər ki, bu da bir siyasət idi. Əgər bu siyasət idisə də, çox düşük bir siyasət idi. Nobel sülh mükafatı heç kimin tanımadığı, Venesuelalı Maria Corina Maçadoya verildi. Xeyli müddətdir dünyada demokratiya sözü demək olar unudulmuşdu. Qəflətən Nobel komitəsinin yadına Venesuela xalqının hüquqları düşür. Demokratiya uğrunda yorulmaz mübarizəsi, eləcə də ölkəsinin diktaturadan demokratiyaya ədalətli və dinc keçidinə nail olmaq cəhdlərinə görə də Maçadoya Nobel sülh mükafatı verir. Bu həm də o zaman yada düşür ki, ABŞ Venesuelanı hədəfə götürüb, böyük ehtimalla da Maduronu devirmək üçün müdaxilə edəcək. Maria Corina Maçado isə bildirir ki, Venesuelanın neft yataqları özəlləşdirilməlidir və ABŞ-yə verilməlidir. Ümumiyyətlə, uzun illərdir ki, mükafatlar ədalətli şəkildə verilmir, hətta “Qızıl top” mükafatı belə(!), hər bir mükafatın arxasında ciddi siyasi amillər dayanır. Dünya sürətlə Azərbaycanlaşır.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə addımlar atılır. ABŞ-nin Ukraynaya “Tomaqavk” raketləri verəcəyi iddia olunurdu. Ancaq Tramp-Putin telefon danışığından sonra adı gedən raketlərin verilməyəcəyi iddia olundu. Qeyd edim ki, “Tomaqavk” raketləri Rusiya ilə ABŞ arasında bu günün yox, illər öncənin gərginliyidir. Gəmi və sualtı qayıqlardan atılan bu raketləri ABŞ qurudan da istifadə etmək niyyətini ortaya qoyanda Rusiya buna etiraz etməyə başlamışdı. Çünki 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri (INF) müqaviləsi 500–5500 km arası yerüstü raketlərin yerləşdirilməsini qadağan edirdi. Rusiya “Tomaqavk” raketlərinin “Aegis Ashore” sistemləri vasitəsilə quruya yerləşdirilməsini bu müqavilənin pozulması kimi qiymətləndirirdi. ABŞ bu sistemləri Rumıniyada və Polşada quraşdırıb. Rusiya “Aegis Ashore” sistemlərini Rusiyanın Avropadakı təhlükəsizlik balansına təhdid kimi görür. Yeri gəlmişkən ABŞ 2 avqust 2019-cu ildə Trampın zamanında, rəsmi olaraq INF (Orta Mənzilli Nüvə Qüvvələri) müqaviləsindən çıxıb. Hazırkı gərginlik təkcə Ukrayna müharibəsi ilə bağlı deyil. Hesab edirəm ki, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi müharibənin şiddətini daha da artıracaqdı. Ona görə də, ABŞ və Rusiya müəyyən mənada uzlaşmaya gedəcəklər.

Dünyada böyük dövlətlərə nə ukraynalılar, nə venesuelalılar, nə türklər, nə də fələstinlilər maraqlıdır. Demokratiya heç maraqlı deyil. Böyük dövlətlər açıq şəkildə qaynaqlar uğrunda mübarizə aparır. Qurban seçilmiş xalqlar dastanlar yazır, qarnını qəhrəmanlıq dastanları ilə doyurur, qurbanlıq edənlər isə o xalqları sümürür, yeyir və idarə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri