Icma.az
close
up
RU
Dünya böyük savaşa doğru Zəngəzurda hərbi gərginlik gözlənilir?

Dünya böyük savaşa doğru Zəngəzurda hərbi gərginlik gözlənilir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son zamanlar dünyadakı münaqişələrin alovlanması qlobal miqyasda yeni müharibənin başlaması ehtimalını artırıb. Ekspertlər mövcud geosiyasi qarşıdurmaları Üçüncü Dünya müharibəsinə hazırlıq kimi şərh edirlər.

Qlobal müharibə başlasa, bu, Zəngəzurda hərbi gərginliyə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda müxtəlif dövlətlər arasında gərginlik artmaqdadır:

“Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəldikdən sonra İrana qarşı sərt xətt tutacağı gözlənilir. İsrail Baş naziri Benyamin Netanyahu da İrana müdaxilənin tərəfdarıdır. Genişmiqyaslı toqquşma baş verərsə, təbii ki, bütün bölgədə qarışıqlıq yaranacaq. Əgər Ermənistan kənar qüvvələrin bölgədə yerləşməsinə yaşıl işıq yandırarsa, gərginlik Zəngəzur ərazisinə keçə bilər”.

Z.Əmrəliyev vurğulayıb ki, digər qaynar nöqtə Gürcüstandandır:

“Qərb uzun müddətdir ki, Ukraynada Rusiyanın mövqelərini parçalamaq üçün Gürcüstanda ikinci cəbhənin açılmasına çalışır. Bu səbəbdən prosesə mane olan Gürcü Arzusu hökumətini devirməyə çalışdılar, ancaq istəklərinə çatmadılar. Gürcü xalqının yenidən mövcud iqtidarı dəstəkləməsi bu planı arxaya atdı. Ancaq müxalifətin aksiyaları davam edir. Gürcüstanda hakimiyyət dəyişikliyi baş versə və Qərb burada ikinci cəbhə açsa, bu bütün Cənubi Qafqaza təsir göstərəcək. Ancaq yenə də əsas məsələ Ermənistanın mövqeyi ilə bağlıdır. İrəvan revanşa cəhd edərsə, Azərbaycan adekvat cavab verməyə məcbur olacaq. Buna görə də Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir”.

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, ümumilikdə Cənubi Qafqazda yaşanan hansısa gərginlik hər üç dövlətə (Azərbaycan, Gürcüstan, Ermənistan) mənfi təsir göstərəcək:

“Bakı, Tbilisi və İrəvan əməkdaşlığı gücləndirməli, kənar qüvvələrin regiona gəlməsi və buradan başqa məqsədlər üçün istifadə etməsinə mane olmalıdırlar. Ermənistanda oturuşmuş Avropa Birliyinin “müşahidə missiyası” və Fransa kəşfiyyat qrupu hazırda bölgədə sabitliyə ən böyük təhdiddir. Çox təəssüf ki, Paşinyan hökuməti baş verəcək təhlükəni öncədən dəyərləndirə bilmir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri