Icma.az
close
up
RU

Dünya bu qərardan danışır: Netanyahunu hansı ölkələr həbs edəcək?

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın Qəzzada hərbi cinayət törətdikləri səbəbi ilə həbs qərarı verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin bəyanatına görə, ittihamlar arasında qətl, qəddarlıq və digər qeyri-insani hərəkətlər var.

Bəs, Netanyahu haqqında verilən həbs qərarına Avropadan və dünyadan reaksiyalar necə oldu?

Hansı ölkələr bu qərarı pisləyib, hansılar onu dəstəkləyib?

Ağılda olan ən vacib sual bu idi: Hansı ölkələr BCM-nin qərarına əməl edəcək və Netanyahunu öz sərhədlərinə addım atacağı təqdirdə həbs edəcək?

Məhkəmənin qərarını “absurd və antisemit” hesab edən İsrailin Baş Nazirlik ofisi deyib:

“Netanyahu İsrail bütün müharibə məqsədlərinə çatana qədər təzyiqlərə boyun əyməyəcək, təslim olmayacaq və geri addım atmayacaq”.

İsrail siyasətçiləri də BCM-nin Netanyahu və Gallantın həbsinə order vermək qərarını pisləyiblər.

İsrail prezidenti İsaak Hersoq həbs qərarı verildikdən sonra “Ədalət üçün qaranlıq gündür. Bəşəriyyət üçün qaranlıq gündür” deyib.

İsrailin bir ildən artıqdır məhv edəcəyinə söz verdiyi HƏMAS-ın bəyanatı da gecikməyib.

Fələstin qrupu Netanyahu və Gallant üçün verilmiş həbs orderlərini alqışlayıb və BCM-ni bütün İsrail liderlərinin məsuliyyətini genişləndirməyə çağırıb.

HƏMAS-ın yüksək rütbəli rəsmisi İzzəddin Əl-Rişk bildirib ki, Netanyahu və Gallantın həbsinə order verilməsi “Fələstin məsələsinin maraqlarına uyğundur”.

Xarici işlər naziri Hakan Fidan özünün X sosial media hesabında BCM-nin İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallant haqqında həbs qərarı ilə bağlı paylaşım edib.

Fidan, “Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Gallant üçün elan etdiyi həbs qərarı ədalətin təsbiti baxımından ümidvericidir” deyib.

O cümlədən Ağ Ev Netanyahu və Gallant haqqında verilən həbs qərarına reaksiya verib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü BCM-nin qərarını rədd etdiklərini bildirib.

“Birləşmiş Ştatlar Məhkəmənin yüksək rütbəli İsrail rəsmilərinə qarşı həbs qərarı çıxarmaq qərarını əsaslı şəkildə rədd edir”, – ABŞ sözçüsü bildirib.

Qərara qarşı reaksiyalar bununla da bitmir.

Xarici Siyasət rəhbəri Josep Borrell bildirib ki, BCM-nin həbs qərarı siyasi deyil və ona hörmət edilməli, icra edilməlidir.

“Bu qərar məcburi qərardır və Avropa İttifaqının bütün üzvləri də daxil olmaqla məhkəmənin bütün tərəf dövlətləri bu məhkəmə qərarını icra etməyə borcludurlar”, – Borrell bildirib.

Bu arada Kanada qərara əməl edəcəyini bildirib.

Kanadanın Baş naziri Castin Trudeau, “Hər kəsin beynəlxalq hüquqa riayət etməsi həqiqətən vacibdir” deyib.

Son olaraq qeyd edək ki, İtaliya, İrlandiya, Fransa kimi ölkələr də qərarı dəstəkləyib.

Bir neçə dövlətlər isə qərarla bağlı açıqlama verməyib.

Məsələn, Macarıstan.

Xarici İşlər Naziri Peter Szijjarto BCM-nin qərarını pisləyərək, bunu “utanc verici və absurd” adlandırıb.

Böyük Britaniyanın baş naziri Keir Starmerin sözçüsü isə Böyük Britaniyanın BCM-nin müstəqilliyinə hörmət etdiyini bildirib.

Bununla belə, Böyük Britaniyanın həbs qərarına dəstək verib-verməyəcəyinə dair heç bir açıqlama verilməyib.

Fərqli münasibətlərdən biri də Avstriyaya aiddir.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq həbs qərarını anlaşılmaz və gülünc adlandırıb.

Lakin Şallenberqin ofisi onu da bildirdi ki, Roma Statutunun tərəfi olan Avstriya ICC-nin həbsinə dair orderləri icra etməyə borcludur.

Orxan Saffari

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri