Dünya çempionuna bu qədər pul mükafatı veriləcək Rekord MƏBLƏĞ
Icma.az, Modern.az saytına istinadən bildirir.
FİFA-nın ABŞ, Kanada və Meksikada keçirdiyi futbil üzrə Dünya Çempionatının builki qalibinə rekord məbləğdə pul mükafatı veriləcək.
Modern.az xəbər verir ki, dünya çempionu olacaq milli komandaya 50 milyon dollar mükafat müəyyənləşdirib. Bu isə mundiallar tarixində çempiona veriləcək ən yüksək məbləğdir.
Məlumata görə, builki Dünya Çempionatı üçün ümumilikdə 655 milyon dollar mükafat fondu təyin olunub.
Qrup mərhələsində mübarizəni dayandıran komandaların 9 milyon dollar, finala yüksələn yığmaların isə nəticədən asılı olaraq 33 milyon dollara qədər gəlir qazanması nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi 42 milyon dollar mükafat almışdı.
Fransa yığması isə Rusiyada təşkil olunan 2018-ci il mundialında çempionluğa görə 38 milyon dollar qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:338
Bu xəbər 12 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















