Icma.az
close
up
RU
Dünya Çinə görə dəyişir!

Dünya Çinə görə dəyişir!

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Sahib Kərimli

Çinə görə bu qədər qeyri-populyar qərarlar qəbul edilir, böhranlar yaşanır, pandemiya olur, müharibələr olur, ölkələr və beynəlxalq təşkilatlar dağılır.

Dünya əhalisinin hər 6 nəfərindən biri çinlidir. Bu say dünyanın yerdə qalan hissəsiylə rəqabətə yetərlidir.

Çin bütün sahələrdə sürətli inkişaf edir, demək olar ki, heç kimdən texnoloji baxımdan geri deyil.

Çinin insan inkişafı, təhsil və təlim üçün tətbiq etdiyi dövlət proqramları elə bir səviyyədədir ki, yaxın gələcəkdə dünya ölkələrinin hamısının birlikdə onunla rəqabət imkanları qalmayacaq.

Çinli uşaqlar və məktəblilər elə bir təhsilə və təlimə cəlb edilir ki, gələcəkdə onların qarşısında dayanmaq çətin olacaq.

Üstəlik, çinlilər çətin assimilyasiya olunurlar və öz mədəniyyətlərinə çox bağlıdılar. Dünyada mənəvi böhranı dərinləşdirən sosial media, xüsusiylə Tik-tok, Çində insanlara zərər verə bilmir. Çinin Tik-tokundakı yaramazlıqlar, çinliyə zərər verə bilmir. Siz Çində zərərli Tik-tok videolarına baxa bilməzsiz, ona filtr tətbiq edilir. 

Çin dünya ölkələrinin hamısına sərmayə qoyur, strateji layihələri maliyyələşdirir, borc verir, limanları, torpaqları alır. Bu təhsil, bu təlim, bu iqtisadi imkanlar gələcək təhlükənin tablosunu göz önündə canlandırmağa yetərlidir.

Təsəvvür edin ki, dünyanın bütün ölkələrində xalqların keçmişindən, mədəniyyətindən qopmağa yönəldiyi bir vaxtda, getdikcə fərdiyyətçiliyin yüksəldiyi, kollektivizmin azaldığı bir zamanda, hamıdan təhsilli, bacarıqlı, pullu, kollektiv ruhu olan çinlilər necə böyük iddialara düşəcəklər.

Bəs, Çinin zəif nöqtəsi haradır, onu necə nəzarətdə saxlamaq olar?

Bu zəif nöqtə enerji resurslarıdır. Çinin enerji resursları onun arzularına adekvat deyil. Çini önləməyin yeganə yolu onu enerji blokadasına almaqdır.

Təsadüfi deyil ki, Tramp ilk prezidentlik dönəmində Paris İqlim sazişindən çıxdı, Bayden gələn kimi yenidən qayıtdılar. Tramp ikinci dönəmdəki seçki kampaniyasında açıq bəyan etdi ki, dünyada iqlim böhranı deyilən məsələ uydurmadır, karbon qazı zərər vermir, yaşıl enerji boş söhbətdir. Bu yaxınlarda ABŞ yenidən Paris İqlim sazişindən çıxdı. Məqsəd sənayedə enerji resurslarının təsirini artırmaqdır. Enerji lobbiləri də bunda maraqlıdır.

Çini başqa cür önləmək olmaz, yalnız enerji ilə sıxmaq olar.

ABŞ və müttəfiqləri də bunu edir.

Venesuelada baş verənlər də, İranda baş verəcəklər də, Rusiya ilə yaxınlaşma da, hətta Tramp tərəfindən bu günlərdə Norveç və Danimarkanın (Qrenlandiyaya görə) hədəf alınması da Çinə görə baş verir.

Rusiya-Ukrayna müharibəsində də Çin amili var, bizim Vətən müharibəmizdə də vardı.

Avropada Çinin ən böyük iqtisadi tərəfdaşı Almaniyadır. 

İngiltərə-ABŞ-İsrail ittifaqı Almaniyanın Rusiya ilə enerji əməkdaşlığını bu müharibə ilə zəiflətdi. Rusiya-Ukrayna müharibəsi başlayan kimi Baltik dənizinin altından keçən Şimal axını - qaz kəməri partladıldı.

Vətən müharibəsini ona görə apara bildik ki, Orta Dəhliz məsələsi vardı. 

Çin İranla dərin əməkdaşlıq sistemi qururdu, 25 illik proqram qəbul etmişdilər. 

İrandan sonra hədəf Orta Asiya olacaq. Qazaxıstan başda olmaqla buradakı enerji ölkələrinin Çinlə olan əməkdaşlıqları nəzarət altına alınacaq.

Çin qədimdə dünyayla öz arasına çəkdiyi Çin səddindən çıxmışdı. Bu, cinin şüşədən çıxması kimi bir şey oldu. İndi Çinə qarşı enerji səddi inşaa olunur ki, cini şüşəsinə qaytara bilsinlər.

Bizi ən çox təsirləndirəcək hadisə - molla rejiminin çöküşü də, cinlə-şeytanla əməkdaşlığa görə baş verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri