Icma.az
close
up
RU
Dünya Fələstini dəstəkləyir, Netenyahu isə Qəzzanı tam işğal etmək istəyir

Dünya Fələstini dəstəkləyir, Netenyahu isə Qəzzanı tam işğal etmək istəyir

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Avropanın əksər aparıcı dövlətlərinin Fələstinin müstəqilliyini tanıdığı bir zamanda İsrail sentyabrın 16-dan Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb.

"Axios" portalının mənbələrinə istinadən məlumatına görə, İsrail qüvvələrinin həyata keçirdiyi quru hücumu 15 sentyabrda başlayıb.

Nəşr vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq.

Portalın mənbələri bildiriblər ki, ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahuyla görüşdə Vaşinqtonun "quru əməliyyatını dəstəklədiyini, lakin onun tez və mümkün qədər qısa müddətdə başa çatmasını gözlədiyini" bildirib.

Qeyd edək ki, Netanyahu 8 sentyabrda İsrail ordusunun yaxın günlərdə Qəzzaya genişmiqyaslı hücuma başlayacağını və bu səbəbdən yerli sakinlərin şəhəri dərhal tərk etməli olduğunu bəyan edib.

İsrailin Qəzzada əməliyyatları genişləndirməsinə cavab olaraq, HƏMAS israilli girovları geri qaytarmaqdan imtina edəcəyini açıqlayıb.

Bu barədə HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadasının məlumatında deyilir.

“Sizin girovlarınız müxtəlif rayonlardadır və nə qədər ki, Netanyahu onların hamısını öldürmək qərarına gəlib, o zaman biz də onları qorumağa çalışmayacağıq. Qəzzada əməliyyatın başlaması və genişlənməsi o deməkdir ki, siz onları nə diri, nə də ölü olaraq alacaqsınız. Onların hamısını Ron Aradın (37 il əvvəl itkin düşən israilli pilot) taleyi gözləyir”, - deyə bildirilib.

Mövzu ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb. "Əl-Cəzirə" kanalı bildirir ki, İsrail tankları artıq Qəzza şəhərinin mərkəzinə daxil olub. Yerli sakinlər partlayış səslərinin İsrailin mərkəzində də eşidildiyini deyirlər. Bu arada hökumətin qərarına etiraz edən israillilər iki gün öncə Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında çadırlar qurub, ərazi polis tərəfindən 300 metrlik radiusda mühasirəyə alınıb. İsrail bundan əvvəl də 2008, 2014 və 2023 - cü illərdə də Qəzzaya quru hücumu həyata keçirib. Ancaq vilayəti tam nəzarəti bərpa etmək mümkün olmayıb: “İndiki əməliyyatı digərlərindən fərqləndirən əsas məsələ odur ki, bu dəfə ABŞ İsrailə əhəmiyyətli şəkildə dəstək verir. Vaşinqtonun dəstəyinin əsas səbəb "Tramp planı"nın həyata keçirilməsini təmin etməkdir. ABŞ prezidenti Donald Trampın müvafiq planına uyğun olaraq HƏMAS sıradan çıxarılmalı, vilayətin mülki sakinləri qonşu ölkələri köçürülməli, Qəzza tamamilə sökülməli və İsrail tərəfindən ilhaq edilərək burda yeni yaşayış məskənləri salınmalıdır. Qonşu ərəb ölkələri və HƏMAS "Tramp planı"na qarşı çıxdıqdan sonra Qəzzaya əməliyyatın həyata keçiriləcəyi aydınlaşdı. Əməliyyatın gedişində İsrail tərəfinə bir sıra məsələlərə görə ciddi problem yarana bilər. Birincisi, Qəzzada HƏMAS və “İslami Cihad” kimi silahlı qruplar mövcuddur. Onlar uzun müddətdir ki, bölgədə tunel şəbəkəsi quraraq silahlı mübarizə aparır. İsrail əvvəlki əməliyyatlarda nə qədər çalışsa da Qəzzada qurulan tunel sistemlərini tam məhv edə bilmədi. Buna görə bu sahədə yenidən ciddi problemim yaranması istisna deyil. İsrail üçün daha ciddi bir problem isə beynəlxalq ictimaiyyətin reaksiyadır. BMT və ondan kənarda bu əməliyyata qarşı çox sərt qınaq mövcuddur. Əməliyyat zamanı xeyli sayda mülki itkilərin ölməsi istisna deyil. Bu Tel - Əvivin beynəlxalq reytinqinə olduqca mənfi təsir göstərəcək məsələdir. Buna görə əməliyyat yarımçıq dayana bilər. Bütün bunlarla bərabər, Qəzzaya nəzarət demək yalnız hərbi uğurla bitmir - idarəetmə, təhlükəsizlik və sosial xidmətlər kimi vəzifələr də önə çıxır. İsrail üçün bu, əlavə iqtisadi və siyasi yük ola bilər”.

Politoloq Turab Rzayev isə deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu fikrini heç vaxt dilə gətirməmişdi, indi isə açıq-aşkar bildirir ki, o, Fələstin dövlətinin yaranmasına icazə verməyəcək.

“Netanyahu bundan öncə də Qəzza zolağındaki bütün əhalinin köçürülməli olduğunu bildirmişdi. Onlar Qəzzada 2,5 milyon insan əvəzinə 200 min nəfər saxlamağı planlaşdırır və həmin əraziyə İsrail ordusunu yerləşdirmək istəyirlər. Həmçinin Netanyahu çıxışı zamanı qeyd etmişdi ki, İordan çayının qərb sahilini ilhaq etməyi hədəfləyir. Ancaq bəzi ölkələr açıq şəkildə bildirdilər ki, belə bir addım atacağı halda onlar Fələstinin müstəqilliyini tanıyacaqlar.

Bundan əlavə, Böyük Britaniya, Kanada və s. kimi ölkələr də Fələstini tanıyıblar və İsrailin bəzi şəxslərinə qarşı sanksiya qoya biləcəklərini bildiriblər. Xatırladım ki, İsrailin Nazirlər Kabinetinin ultrasağ üzvlərinə qarşı beş Qərb ölkəsi sanksiya tətbiq etmişdi.

Ancaq son hadisələr onu göstərdi ki, Netanyahu heç də bu fikrindən geri dönən deyil. Sadəcə İordan çayının qərb sahili planını hələlik dayandırıb. Qətərə olan hücum da Netanyahunun ərəb ölkələrinin fikirlərini çox da ciddiyə almadığını bir daha sübut etdi. Burada artıq çox çıxılmaz vəziyyət yaranıb. Çünki Netanyahu Fələstin dövlətinin yaranmasını istəmir. Ancaq Fələstində 7 milyona yaxın insan var və onların aqibəti sual altındadır. Onları Qəzzadakı kimi sürgün edib saylarını azalda, ya da soyqırıma məruz qoya bilərlər.

Fikrimcə, Netanyahunun özünün də ilhaqla bağlı fikirləri var, ancaq bunu hansı formada edəcəyi ilə bağlı yekun qərarı yoxdur. Həmçinin bu plan dünya ictimaiyyəti tərəfindən ciddi şəkildə qınanılacaq.

Bütün Avropa ölkələri və ABŞ bu məsələyə görə İsraili qınayır. Ona görə də Netanyahu bunları nəzərə alaraq hazırda oyun oynayır və bunun nəticəsinin necə olacağı isə hələki bəlli deyil”, - deyə Rzayev bildirib.

Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropa dövlətlərinin Fələstin dövlətini rəsmən tanıması Baş naziri B.Netanyahunun xarici siyasətinin fiaskosudur. Ona qarşı daxildə güclü təzyiqlər başlayacaq.

O, qeyd edib ki, Fələstin dövlətinin Qərb ölkələri tərəfindən tanınması məhz B. Netanyahunun HƏMAS-ı bəhanə edərək, Qəzzada yaşayış məskənlərinin yer üzündən silinməsi və mülki insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərdən irəli gəlir: "Böyük Britaniya, Fransa Fələstin dövlətini tanıyırsa, növbəti mərhələdə siyasi və maliyyə yardımları olacaq. BMT-nin Fələstin dövlətinin rəsmi şəkildə qəbul edilməsi mümkündür.

İsrail Baş naziri Netanyahunun Fələstinə qarşı hərbi əməliyyatları İsrail dövlətinin təcridinə və yəhudi xalqına qarşı anti-semitizmin formalaşmasına gətirib çıxarır. Fələstin Böyük Britaniyanın mandatında olub. Məhz İngiltərə Fələstin dövlətinin yaranmasına imkan verməmişdi. İngiltərə öz tarixi səhvini düzəldərək Fələstini dövlət kimi tanıdı. İsrail üçün çətin siyasi proseslər başlayır".

Politoloq Elşən Manafov deyib ki, Avropa dövlətlərinin mütləq əksəriyyəti tərəfindən Fələstinin mustəqilliyinin tanınması İsrailin Qəzzada antiterror əməliyyatı adı altında həyata keçirdiyi hərbi əməliyyatların dayandıracağını düşünməyə əsas vermir.

O, qeyd edib ki, Kollektiv Qərb iki dövlət modelini müdafiə edib fələstinlilərin müstəqil dövlətçilik istəklərinə dəstək versə də, İsraili Fələstinə münasibətdə sərgilədiyi mövqedən geri çəkilmək və ya imtina etmək üçün beynəlxalq hüquqa söykənən addımlar atmırlar. Onlar İsraili durdura biləcək sanksiyaların tətbiqini tələb etmir, onunla əməkdaşlığa dair yeni reallıqlara söykənən mövqe numayiş etdirmirlər: "Qərbin Fələstin məsələsində mövqeyi hələlik deklorativ xarakter kəsb edir və ikili standartlar təəssüratı doğurur. Qəzzalıları təmsil etmək üçün legetimlik statusuna malik olan HƏMAS-ı Qərb dövlətləri hələ ki, tanımaq fikrindən uzaqdırlar, bu isə Fələstin ətrafında siyasi qütbləşməni Fələstin Azadlıq Təşkilatının xeyrinə daha da dərinləşdirir. Digər tərəfdən ABŞ-ın İsrailə olan siyasi, hərbi və maliyyə dəstəyi, BMT çərçivəsində isə İsrailə qarşı yönəldilə biləcək sanksiyalara veto qoyması mahiyyət etibarı ilə Qərbin Fələstinə göstərdiyi siyasi dəstəyin əhəmiyyətini kiçildir".

Hazırda Fələstin dünyada 140-dan çox ölkə tərəfindən tanınır. Buraya Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Hindistan, Kanada, İndoneziya, Malayziya və digər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri, Afrikanın demək olar ki, bütün ölkələri, Latın Amerikasından Braziliya, Argentina, Çili, Meksika, Venesuela, Kolumbiya daxil olmaqla regionun böyük hissəsi, Avropadan Böyük Britaniya, Fransa, Avstraliya, İsveç, Norveç, İspaniya, İrlandiya və Şərqi Avropanın əksər dövlətləri (Polşa, Macarıstan, Çexiya istisna olmaqla).

Fələstin BMT-də daimi müşahidəçi dövlət statusuna malikdir və bu, ona BMT iclaslarında iştirak imkanı yaradır, lakin səsvermə hüququ vermir.

Fələstinin tanınması əsasən simvolik addımdır. Bu, ərazidəki vəziyyəti dəyişməsə də, ciddi siyasi və mənəvi mesaj verir. Birləşmiş Krallığın keçmiş xarici işlər naziri Devid Lammi iyul ayında BMT-dəki çıxışında bildirib ki, “Britaniya iki dövlətli həll yolunu dəstəkləməkdə xüsusi tarixi məsuliyyət daşıyır”.

İki dövlətli həll konsepsiyası Fələstin dövlətinin Qərbi Şəriə və Qəzza zolağında, 1967-ci il sərhədlərinə əsasən yaradılmasını və paytaxtının Şərqi Qüds olmasını nəzərdə tutur. Lakin son illərdə bu plan dalana dirənib, İsrailin Qərbi Şəriədəki yaşayış məntəqələri isə prosesi faktiki olaraq dayandırıb.

İsrail Baş naziri Benyamin Netanyahu tanınma qərarlarını kəskin tənqid edərək bildirib ki, belə addımlar “HƏMAS-ın vəhşiliyini mükafatlandırır”. ABŞ da Böyük Britaniya və Fransanın planlarına qarşı çıxır və bunun danışıqları daha da çətinləşdirəcəyini hesab edir.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Sentyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri