Icma.az
close
up
RU
“DÜNYA MEDİASI QARŞISINDA FİASKO” Beynəlxalq KİV lər Tramp Zelenski “atışması” barədə nə yazır?

“DÜNYA MEDİASI QARŞISINDA FİASKO” Beynəlxalq KİV lər Tramp Zelenski “atışması” barədə nə yazır?

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlar aparmaq onsuz da çətin vəzifəi idi, indi isə bu, daha bir qorxulu maneə ilə üzləşir: Volodimir Zelenski və Donald Tramp arasında pozulmuş münasibətlər.

Hurriyyet.az xəbər verir ki, “The Wall Street Journal”-da qalmaqallı Tramp-Zelenski görüşü barədə dərc edilən yazıda belə deyilir. Qəzet qeyd edir ki, birlik nümayişi olmalı olan görüş kamera qarşısında açıq qarşıdurmaya çevrilib. Belə bir parçalanma nümayişi isə Putinin cəsarətlənməsinə xidmət edə bilər: “Görüşdə Zelenski sülh bağlanmasında Kremlə etibar etməyin doğru olmadığını deyərkən, Tramp və vitse-prezident J.D.Vens onu müharibə aparmaqda və ABŞ yardımına görə onlara təşəkkür etməməkdə ittiham ediblər”.“Reuters” isə yazır ki, Zelenskinin Trampla Ağ Evdəki görüşü “dünya mediası qarşısında fiasko” ilə başa çatıb. Qeyd olunur ki, Zelenski ABŞ-ni Putinin tərəfində olmamağa inandırmaq istəyirdi. Əvəzində Tramp və Vens onun üstünə yeriyərək, Zelenskini hörmətsizlikdə günahlandırıblar və bunun Ukraynanın ən mühüm hərbi müttəfiqi olan ABŞ ilə münasibətlərinin pozulmasına gətirib çıxardığını bildiriblər.

Agentlik vurğulayır ki, nəticədə Ukrayna və ABŞ arasında mədən hasilatı ilə bağlı saziş imzalanmamış və taleyi qeyri-müəyyən olaraq qalır.Vaşinqtondakı Ukrayna nümayəndə heyətinin adı çəkilməyən üzvü “Reuters”-ə deyib ki, Zelenski görüşdən sonra telefonla Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Mark Rutte və Aİ Şurasının sədri Antonio Kosta ilə danışıb və Avropa liderləri Ukrayna Prezidentinin müdafiəsinə qalxıblar.

Nəşr qeyd edib ki, Tramp prezident olduqdan sonra Rusiya ilə bir qədər də yaxınlaşıb və bununla Avropadakı müttəfiqlərini şoka, Ukraynanı isə daha da həssas vəziyyətə salıb. Ağ Evdəki qalmaqal da bu dəyişikliyin ictimai təzahürü idi.

Yazıda qeyd olunur ki, onsuz da gərgin olan görüş, Vensin müdaxiləsilə daha da pik həddə çatıb. Belə ki, o, müharibəni həll etmək üçün yüksək tonla diplomatiyaya ehtiyac olduğunu vurğulayanda, Zelenski Putinə etibar edilə bilməyəcəyini dedi və Vensin Ukraynaya heç vaxt səfər etmədiyini qeyd etdi. Zelenski Rusiya ilə uğursuz diplomatik səyləri sadalayaraq, “hansı diplomatiyadan danışırsınız”, - deyə soruşdu. Vens cavabında "Mən sizin ölkənizin məhvinə son qoyacaq diplomatiya növündən danışıram", - deyə cavab verdi. Zelenski isə açıq şəkildə Trampa Putinə daha yumşaq yanaşmasına görə meydan oxuyaraq onu “qatilə güzəştə getməməyə” çağırdı.Yazıda o da qeyd olunur ki, Tramp və onun komandası görüşdən sonra tez bir zamanda sosial mediada Zelenskini ABŞ-yə hörmətsizlikdə ittiham ediblər.

Görüşdən sonra “Fox News”-a müsahibə verən Zelenskiyə bu qalmaqaldan sonra onun Trampla münasibətlərinin xilas edilməsinin nə dərəcədə mümkün olduğunu soruşublar. O, “bəli, əlbəttə mümkündür”, deyə cavab verib və əlavə edib ki, baş verənlərə görə “təəssüf edir”.

ABŞ daxilində isə Ağ Evdəki qarşıdurmaya münasibət fərqlidir. Hətta Konqresdəki respublikaçıların heç də hamısı Trampın tərəfini tutmayıb. Demokratlar isə birmənalı olaraq, baş verənlərə görə Trampı və Vensi ittiham ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri