Icma.az
close
up
RU
Dünya Serebral İflic Gününə həsr olunmuş Serebral iflic hər yönü ilə adlı simpozium keçirilib

Dünya Serebral İflic Gününə həsr olunmuş Serebral iflic hər yönü ilə adlı simpozium keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanasında 6 oktyabr - Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib.

525.az xəbər verir ki, tədbirdə Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi İlahə Hacıyeva, Uşaq Bərpa Mərkəzinin direktoru Cəmilə Talıbova, eləcə də müxtəlif istiqamətlər üzrə peşəkar həkimlər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Uşaq Nevroloji Xəstəxanasının baş həkimi İlahə Hacıyeva açıb. O, serebral iflicin reabilitasiya tələb edən xəstəlik olduğunu vurğulayaraq bu istiqamətdə aparılan qlobal təcrübələrdən bəhs edib. Qeyd edib ki, uşaq nevroloqunun əsas rolu xəstəliyin erkən dövründə düzgün diaqnostikasının aparılmasıdır. Həmçinin müalicədə əsas məqsədin uşağın həyat keyfiyyətini yaxşılaşdırmaq və gələcəkdə yarana biləcək fəsadların qarşısını almaq olduğunu bildirib.

Sonra çıxış edən Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov serebral iflicin müalicəsində müasir yanaşmalardan və bu istiqamətdəki aktual məsələlərdən bəhs edib.

Uşaq Bərpa Mərkəzinin direktoru Cəmilə Talıbova çıxışında simpozium çərçivəsində aparılan müzakirələrin serebral iflicin diaqnostikası, müalicəsi və reabilitasiyası istiqamətində səmərəli addımların atılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Çıxışlardan sonra mövzu üzrə məruzələr dinlənilib.

Uşaq Bərpa Mərkəzinin nevroloqu Təranə Seyid-Məmmədova, neyroradioloq Cavid İsayev, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi, nevroloq İlahə Hacıyeva, neyrocərrah Toğrul Cavadov, travmatoloq-ortoped Vüsal İsmayılov, Uşaq Bərpa Mərkəzinin fizioterapisti Səminə Hüseynova, fizioterapist Nailə Əzizova və “Medicom” ortez-protez mərkəzinin direktoru Anar Rüstəmov məruzələrlə çıxış ediblər.

Məruzələrdə serebral iflic xəstəliyi zamanı rast gəlinən ağırlaşmalar və onların qarşısının alınması, ortez-protez seçimi, neyrocərrahiyyə və fizioterapiyanın rolu, düzgün dərman təyini, xəstəlik zamanı yaranan ortopedik problemlər və onların cərrahi yolla həlli kimi əhəmiyyətli məsələlərdən bəhs olunub.

Tədbirin sonunda sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb.

Nigar Abbasova

Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib

Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib

Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib

Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib

Dünya Serebral İflic Gününə həsr olunmuş "Serebral iflic hər yönü ilə" adlı simpozium keçirilib

Şəkil sayı: 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Oktyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri