Icma.az
close
up
RU
Dünya yeni hüquqi nizama məhkumdur

Dünya yeni hüquqi nizama məhkumdur

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Planetimiz bu gün ağır siyasi, hüquqi və hərbi böhran yaşayır. Avropanın şərqində 3 il əvvəl Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan və hələ də davam edən, hətta günbəgün şiddətlənən müharibəni heç cür dayandırmaq olmur. Ağ evin yeni sahibinin bu istiqamətdə gərgin səyləri də real nəticələrə gətirib çıxarmır. Dünyanın gözü önündə hər gün bu mənasız savaşda yüzlərlə, bəzən minlərlə insan həlak olur, böyük-kiçik şəhərlər, kəndlər dağıdılır, ailələr yurd-yuvalarını tərk etməyə vadar olur.

Rusiya-Ukrayna savaşı miqyasına görə, İkinci Dünya müharibəsindən sonra planetimizdə ən ağır silahlı münaqişədir. Bundan başqa, dünyanın bir çox regionlarında vəkalət müharibələrinin alovunu heç cür söndürmək olmur. Üstəlik, yeni münaqişə ocaqları körüklənir. Bir çox analitiklər hətta nüvə silahının lokal istifadəsindən söz açırlar. Bu fikri bəzən elə soyuqqanlı şəkildə dilə gətirirlər ki, insanın damarlarında qanı donur.

Görünən budur ki, dünya ağır xaosa sürüklənib. Müharibə və münaqişələrin yeni nizamlama mexanizmini aramaq cəhdləri hələlik uğursuzluğa düçar olur. Bununla belə, ara-sıra Ukraynada mümkün atəşkəslə bağlı ümid işartıları da görünür. Ekspertlər hesab edirlər ki, Ukrayna böhranını hansısa yolla çözmək mümkün olarsa, bu, digər anoloji münaqişələrin həll edilməsi üçün presedent ola bilər.

Amma, bu presedentin dünya üçün ədalətli örnək ola biləcəyi şübhə altındadır. Beynəlxalq hüququn gözardı edilməsi ağır təhlükələr yaradır. Amma, bu, acı reallıqdır. Bu il yaranmasının 80 ili tamam olacaq BMT öz funksionallığını itirib. Onun müvafiq icra və nəzarət strukturları işləmir. İşləsəydi, Ukraynada və Yaxın Şərqdə bu qədər ağır böhran və zorakılıqlar baş verməzdi. Təhlükəsizlik Şurasının 5 daimi üzvü son illər ərzində nəinki ədalətli qərarlar qəbul edə bilmir, hətta bir-biri ilə yola getmirlər. Böyük güclərin təzyiq və təhdidlərinə məruz qalan nisbətən kiçik dövlətlərin və xalqların hüquqları pozulmaqda davam edir, amma haqları əllərindən alınanların üz tutmağa bir yerləri qalmayıb.

Dünyanın ən güclü dövləti, şübhəsiz, hələ də ABŞ olaraq alır. Bu ölkənin müdafiə xərcləri indi 1 trillyon dollara çatır. Təsəvvür edin ki, siyahıda sonrakı 10 ölkənin ümumi hərbi xərcləri Pentaqonun hazırkı büdcəsi qədərdir. Lakin bu ölkələr sürətlə silahlanırlar və yaxın gələcəkdə Vaşinqtona asi olacaqları istisna olunmur. “Qlobal Cənub”a daxil olan bir çox dövlətlər Vaşinqtonun diqtəsini artıq qəbul etmək istəmirlər.

Dünyada şıdırğı silah alveri gedir. Məlumdur ki, silah satışı ən böyük gəlir mənbələrindən biri olaraq qalmaqdadır. Əslində, ən böyük super güc olaraq ABŞ-ın qüdrəti, ilk növbədə hərbi gücündədir. Bu gün Birləşmiş Ştatların mükəmməl silahları olmasaydı, dollar dərhal dəyərdən düşərdi. Para dünyanı idarə etmək üçün sınanmış vasitədir. Lakin arxasında hərbi qüdrəti olmayan milli valyuta adi kağız parçasıdır. Bu, bir danılmaz həqiqətdir ki, ABŞ dolları öz mövqeyini, ilk növbədə Pentaqonun möhtəşəm gücü sayəsində qoruyub saxlaya bilir.

Zaman öyrədir ki, dünyada əbədi heç nə yoxdur. Tarixdə bu vaxtadək çox sayda imperiyalar yaranıb, gücləniblər, bir müddət sonra tarix səhnəsindən qeyb olublar. Dünyada siyasi və hərbi rəqabət müstəvisində yeni aktorların üzə çıxması normal haldır. Artıq neçə illərdir ki, Çin Xalq Respublikası Birləşmiş Ştatları ötüb keçməyə çalışır. Hesablanıb ki, 2035-ci ilədək Vaşinqton Pekinin sürətli yüksəlişini dayandıra, ən azı yavaşıda bilməzsə, o halda şəriksiz lider kimi mövqeyini itirəcək.

Bəli, dünya yeni siyasi, hüquqi nizam axtarışındadır və artıq geriyə yol yoxdur. Son illər dünyanın perspektivli supergüclərindən biri Avropa İttifaqı (Aİ) sayılırdı. İndi onun təhlükəsizlik problemi üzə çıxıb. Belə ki, Aİ-ABŞ tandemi özünü doğrultmadı. Bir çox Avropa dövlətlərinin öz aralarında da ziddiyyətlər güclənir. Onların bir hissəsi ABŞ-a, digər qismi isə Avrasiya məkanına doğru boylanır. Bu yandan da “Köhnə qitə”də qatı millətçilik meyilləri sürətlənir. Qlobalçıların təşviq etdikləri azad insan, demokratiya, liberalizm dəyərləri hazırda Qərbin özündə köhnə dəbli komediya kimi gülünc səslənir.

ABŞ Prezidenti Donald Trampın liderliyi ilə qlobalçı siyasətdən proteksiaonist siyasətə qayıdır. Əslində, Vaşinqtonun başqa çıxış yolu da yoxdur. Ağ evin yeni rəhbərinin məqsədi Amerikanın yenidən nəhəng sənaye istehsalı dövlətinə çevirməkdir. İqtisadçılar bunu min dəfə sınaqdan keçiriblər. Arxasında real əmtəə dayanmayan milli valyutalar gec-tez dəyərdən düşməyə məhkumdur. Birləşmiş Ştatlar belə bir təhlükə ilə üzləşə bilər. Ağ ev administrasiyası belə bir arzuolunmaz ssenarini önləmək istəyir. Axı, bazar iqtisadiyyatının qanunları ilə hesablaşmaq lazımdır.

Çağdaş ABŞ iri biznes üçün cəlbedici olmazsa, Çinlə, eləcə də digər rəqiblərlə iqtisadi yarışda uduza bilər. Prezident Trampın gömrük rüsumlarını yüksəltməkdə niyyəti məhz daxili bazarı qorumaq, ölkədən sərmayə axınının qarşısını almaqdır. Amerika hazırda ən zəngin və cəlbedici istehlak bazarlarına malikdir. Ola bilər ki, ölkə yaxın gələcəkdə bahalaşma və digər problemlərə üzləşə bilər, amma strateji planda, böyük sərmayələri daxili bazara cəlb etmək inkişafın ən doğru yoludur.

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Aprel 2025 02:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri