Icma.az
close
up
RU
Dünya zülmətə qərq ola bilər

Dünya zülmətə qərq ola bilər

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Günəş sisteminin taleyi onun mərkəzi ulduzunun uzun, dramatik bir vəziyyətdə sönmə prosesi ilə bağlıdır. Günəşin ömrünün təxminən 4,5 milyard il olduğu söylənilsə də, kosmik dəyişikliklər onun “ağ cırtdan”a çevrilməsindən çox əvvəl başlayacaq.
Reyting.az
xəbər verir ki, bu, elm adamlarının fikridir.
Mütəxəssislərin sözlərinə görə, Günəş get-gedə parlaq olur və hidrogenin heliuma çevrildiyi nüvədə termonüvə reaksiyaları daha da güclənir. Bu proses Yer planetinin tədricən istiləşməsinə, okeanların sürətlə buxarlanmasına, son nəticədə isə dəhşətli fəlakətə, atmosferin tamamilə yox olmasına gətirib çıxaracaq. Nəticədə, yüz milyonlarla ildən sonra insan və digər canlıların məskəni sayılan Yer planeti çox tanınmaz hala düşəcək. Elm adamları Yer kürəsinin Veneranı xatırladan əlçatmaz bir səhraya çevriləcəyini iddia edirlər.
Sonrakı mərhələlərdə Günəş tamamilə genişlənib qırmızı nəhəngə çevriləcək və o həddə qədər böyüyəcək ki, Merkuri ilə Veneranı udacaq. Bu zaman Yer planeti də təhlükə ilə üzləşəcək. Çünki ulduzun atmosferi Yer orbitinə çatacağı təqdirdə, bu planet cəmi bir gün ərzində yox olub, yalnız bir dəmir nüvəsi ilə qalacaq. Hətta fiziki cəhətdən Yer kürəsi tamamilə məhv olmasa belə, güclü radiasiya onun səthini buxarlandıracaq.
Günəşin başlatdığı bu Qiyamət günü bir çox planetlərin taleyini dəyişəcək və güclü radioaktiv şüalanma onların da atmosferlərini məhv edəcək. Üstəlik, Avropa və Enselad kimi buzlu peyklər də öz qabıqlarını itirəcəklər. Günəş küləyinin güclü təsiri altında Saturnun halqaları ilə yanaşı, buzlu Kuiper qurşağı obyektləri, həmçinin Pluton da buzlarını itirməklə, kiçik planetlər kimi olacaqlar.
Günəş öz xarici təbəqələrini tamamilə dağıdıb tökdükdən sonra görkəmini və ölçüsünü dəyişib “ağ cırtdan”a çevriləcək. Günəş həmin vəziyyətində zaman-zaman soyuyan bir nəhəng ulduzun isti qalığına bənzəyəcək. O, yeni yaşayış ərazisi təşkil edəcək, lakin bu çevrə seçimi həyat üçün elə çox yaxın olacaq ki, hətta ətrafındakı bəzi planetlər də onun cazibə qüvvəsinin təsirinə tab gətirə bilməyəcəklər.
Bu səbəbdən də, dünya alimləri dəfələrlə birmənalı şəkildə vurğulayıblar ki, Günəş sisteminin gələcəyi, qravitasiya nəzarətini gücləndirməklə öz cazibəsində saxlayacağı ən uzaqdakı dünyaların belə dəyişməz qalmayacağı elmə hələ məlum deyil.
Xatırladaq ki, bəzi alimlər bunu Qiyamət günü, yəni dünyanın sonu kimi yozsalar da, bir qrup elm adamı Günəşdə, eləcə də onun sistemində baş verə biləcək daha güclü partlayış kimi qiymətləndirib, onlar baş verəcək proseslər nəticəsində Yer planetinin dağılması ehtimalını qəbul etmirlər. Hətta daha da fərqli düşünən və dini mətnləri, həmçinin zaman-zaman yerdə, eləcə də kosmosda baş vermiş qədim fəlakətlərin, planetimiz haqqında müxtəlif dövrləri, ümumilikdə tarixi öyrənən alimlər etiraf edirlər ki, məlum olan elmi təhlillər eyni ilə səmavi kitabların xəbər verdiyi Qiyamət günü təsvirlərinə uyğun gəlir.
Qeyd edək ki, bu mövzuda uzun illər boyu elmi fərziyyələr, mübahisələr və fikir ayrılığına səbəb olan müəyyən nəzəriyyələr olsa da, məsələyə inanclı alim baxışı sərgiləyən elm adamları indi də var. Rusiya, Türkiyə, Pakistan, Misir, ABŞ və Avropadan olan bəzi alimlər proseslərin oxşar məntiqini müdafiə edirlər. Belə düşünən elm adamları bildirirlər ki, tədqiqatçılar bu qlobal mövzudan və aparılan çoxsaylı elmi araşdırmalardan yan keçmir, hələ də cavab axtarırlar.
Lakin tamamilə fərqli baxışlara malik olan, həmçinin elmin dini mətnlərdən qiymətli informasiya mənbələri kimi hər zaman istifadə edilməsinin tərəfdarı olan bəzi alimlər etiraf edirlər ki, dünyanın sonu, qiyamət haqqında xəbərdarlığı detallarına qədər təsvir edə bilən səmavi kitablardakı dini mətnlər uydurma deyil.

Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri