Icma.az
close
up
RU
Dünyada idarə olunan xaos yaradır, mövcud nizamı dağıdırlar

Dünyada idarə olunan xaos yaradır, mövcud nizamı dağıdırlar

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“İndi dünyada baş verən prosesləri çoxları 1930-cu illərlə, yəni II Dünya Müharibəsindən əvvəlki vəziyyətlə müqayisə edir. Ancaq mən vəziyyəti daha çox I Dünya Müharibəsi ərəfəsindəki duruma oxşadıram. O zaman Alman reyxi deyirdi ki, bizə torpaq çatmayıb və elə bu səbəbdən də dünya müharibəsinə başladılar. Rusiya lideri də uzun illər Almaniyada işləyib və görünür ki, bu kimi məsələləri orada əxz edib. Ancaq aydındır ki, həm birinci, həm də ikinci dünya savaşlarının səbəbi eyni olub-dünyanı yenidən bölüşdürmək cəhdi”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Siyasətçinin fikrincə, yenə dünyada eyni vəziyyət müşahidə olunur:
“Rusiya prezidenti deyir ki, Ukrayna bizimdir, heç Ukrayna dövlətçiliyi olmayıb, onu Lenin yaradıb və s. Putinlə paralel olaraq ABŞ prezidenti Donald Tramp bildirir ki, Qrenlandiya bizimdir, Kanada bizim 51-ci ştatımız olmalıdır, Panama kanalı və Meksika körfəzi mülkiyyətimizə keçməlidir. Bunlar nə deməkdir? Dünyanı yenidən bölüşdürmək, daha çoxuna sahib olmaq! Belə istəyənləri insanlar və xalqlar düşündürmür”.
ADP sədri bildirib ki, hazırda dünyada müşahidə olunan gərginlik, çaxnaşmalar buna görədir:
“Qanunauyğunluğa görə, yeni dünya nizamını qurmaq üçün xaos yaradılmalıdır: “İndi biz süni xaosun yaradıldığını müşahidə edirik. Bunun əlamətləri nədir?
Rusiya hansısa nüvə müqaviləsindən çıxdı. Ardınca ABŞ-nın yeni rəhbərliyi elan edir ki, BMT-dən çıxa, NATO-nu tərk edə bilər. Deməsələr belə, davranışları bunu göstərir. Artıq ABŞ bir neçə beynəlxalq qurumdan çıxıb. Bunların əvəzində nə edib? Bir-iki il əvvəl təxnminən yüzə yaxın dövləti Vaşinqtona dəvət edib nəsə yaratmışdı. Buna nail olmaq üçün qlobal güclər kiçik dövlətləri və millətləri xaos, nüvə müharibəsi, III Dünya Savaşı kimi məsələlərlə sobataj edirlər. Amma Ukrayna müharibəsi göstərdi ki, nüvə savaşı baş verməyəcək. Odur ki, biz idarə olunan xaosu müşahidə edirik. Xaosdan sonra yeni dünya nizamı qurulmalıdır”.
S. Cəlaloğlunun fikrincə, yeni dünya nizamının qurulmasından iştirak edən güclü tərəflər nəsə qazanacaq: “Bu fonda Türkiyə prezidenti Ərdoğanın “dünya beşdən böyükdür” açıqlaması təsadüfi deyil. Türkiyə türkdilli dövlətləri, eləcə də bir sıra müsəlman ölkələrini yanına ala bilər. Türk Dövlətlər Birliyinin yaranması, inkişaf etdirilməsi də təsadüfi deyil. Hesab edirəm ki, bütün bunlar Türkiyə liderinin dediyi dünyanın altıncı gücünün yaradılmasının ştrixlərini cızır. Bu prosesdə Azərbaycanın Türkiyə ilə birlikdə olması xüsusilə əhəmiyyətlidir”.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri