Icma.az
close
up
RU
Dünyada mövcud olan elm və təhsil modelləri

Dünyada mövcud olan elm və təhsil modelləri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaqif ABBASOV
Akademik

Son illər mətbuatda təhsil və elmin inkişafı ilə əlaqədar müxtəlif fikirlər söylənilir. Bir çox hallarda isə yanlış olaraq "dünyada təhsil", "dünyada elm" modellərindən bəhs edilir. Əslində dünya dediyimiz məkanda iki tam üst-üstə düşən nə təhsil, nə də elm modeli var.

İstənilən sahədə istənilən layihəni həyata keçirərkən əsas bir neçə faktor nəzərə alınmalıdır:

1) Ölkənin siyasi idarəçilik sistemi;

2) Ölkənin sənayesinin inkişaf səviyyəsi və onun əsas istiqamətləri;

3) Ölkənin yerləşdiyi coğrafi məkan;

4) Xalqın mentaliteti və əxlaq tərzi.

Son iki faktor nəzərə alınmadan istənilən layihənin tətbiqi uğursuzluqla nəticələnir.

Digər tərəfdən biz nəyi, nə üçün dəyişmək istədiyimizi dəqiqləşdirməliyik. Bu haqda fikirlərimi bildirməzdən öncə bəzi məlumatları oxucuların diqqətinə çatdırmaq istərdim.

Dünyanın bir çox ölkələrinin, o cümlədən Yaponiyanın, Çinin, Almaniyanın, Kanadanın, Danimarkanın, İsveçrənin, İsveçin, Norveçin, Finlandiyanın, Böyük Britaniyanın təhsil sistemlərini araşdıraraq müqayisəli təhlillər apardım. Onların heç birində tam uyğunluq yoxdur. Hətta bir ölkənin daxilində müxtəlif qanunların mövcud olduğu təhsil sistemləri var. Məsələn, Kanadanın və İsveçrənin təhsil sistemində olduğu kimi. Yuxarıda qeyd olunanlar onu göstərir ki, biz öz mövcud təhsil sistemimizi təkmilləşdirməklə inkişaf etdirməliyik. 10 milyon kvadratkilometrə yaxın əraziyə malik Kanadanın 10 əyaləti və iki ərazisi var və hər bir əyalət və ərazi öz təhsil sistemini və təhsil müəssisələrini yaradır. Saskaçevan əyaləti istisna olmaqla bütün əyalət və ərazilərdə tədris planının 80 faizini federal komponent təşkil edir, tədris fənlərinin 20 faizi yerli səviyyədə müəyyənləşdirilir.

Kanadanın məktəb təhsili öz qarşısında dörd əsas məqsəd qoyur: peşəkar hazırlıq, əxlaqi və vətəndaş inkişafı, intellektual və şəxsi inkişaf. Kanadada müəllim hazırlığına çox ciddi tələblər qoyulub. Ən ağır müsabiqə müəllimlik ixtisaslarındadır. Hətta bakalavr pilləsini bitirib müəllim olanlara müvəqqəti müəllim bakalavr diplomu verilir. Əyalət təhsil sistemindən asılı olaraq 2-5 il müəllim işləyən bakalavrlar yenidən imtahan verərək daimi diplom alırlar.

Avropda istedadların inkişafına və ali təhsilin inkişafına müxtəlif yanaşmalar mövcuddur. Benilyuskda, Şimali Avropada və alman dilli ölkələrdə proqramlarda kəskin fərqlər var. Hətta təhsilin Skandinaviya modeli çox ciddi olaraq digər modellərdən kəskin fərqlənir. Bu deyilənlər bir daha sübut edir ki, nə təhsildə, nə də elmdə vahid və ideal model mövcuddur. Belə olan halda mövcud modeli yox edib yerində sanki ideal təhsil və elm modeli yaratmaq ideyası, fikrimizcə, yanlışdır və təhlükəlidir. Belə olan halda nə etməliyik? Əvvəlcə təhsil və elm modellərimizi dəyərləndirməliyik. Hesab edirəm ki, hazırkı təhsil sistemimiz kifayət qədər qəbul olunandır və onun uğurlarını görməzlikdən gəlmək olmaz. Nələri dəyişə bilərik və dəyişməliyik?

Müəllimlik ixtisaslarına qəbul şərtləri dəyişdirilməli və yalnız kifayət qədər (?500) bal toplayanlar qəbul olmalıdır. Kimya, biologiya ixtisaslarına qəbul tibb ixtisasları olan qrupdan ayrılmalıdır (qeyd edim ki, bu yaxınlarda universitetlərdən birinin institutumuzda praktika keçən 18 tələbəsinin hamısı kimya fənnini sevmədən kimya fakültəsinə qəbul olunduqlarını bildirdi). Müəllimlik peşəsini sevməyən, amma müəllim olmağa məcbur olan məzunlar yaxşı müəllim ola bilməzlər.

Məktəb və müəllimlərə qarşı cəmiyyətin münasibəti müsbətə doğru dəyişməlidir. Yaxşı məktəblərin, nüfuzlu müəllimlərin və istedadlı məktəb məzunlarının ölkə miqyasında tanıdılması sahəsində ciddi işlər aparılmalıdır.

Şagirdlərin yüksək hazırlığı üçün repetitorluq lazımdır və ya yox? İlk növbədə şagirdlərin hazırlığının artırılması üçün hansı formanın repetitorluq adlanmasına baxılmalıdır. Fikrimizcə, hər bir valideyn, böyük bacı-qardaş ailədə olan kiçik məktəblilərə dərslərə hazırlıqda kömək etməlidir. Bu, haqqı ödənilməyən repetitorluqdur. Ödənişli repetitorluq da var və bir çox ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə təşviq olunur. Amma hazırlığın bu forması dərsdən yayınmaqla, məktəb qaydalarını pozmaqla olmamalıdır. Ən vacibi də odur ki, məktəbdə dərs deyən müəllim eyni şagirdi repetitor olaraq hazırlamamalıdır.

Məktəb dərslikləri və dərs vəsaitləri sadə dildə yazılmalı və asan qavranılan olmalıdır. Fənlərarası əlaqələr gücləndirilməlidir. Məktəblərin müasir laborotoriyalarla, illüstirasiya materialları ilə təchizatı yaxşılaşdırılmalıdır.

Tədrisdə istifadə üçün internet resursları yaradılmalı və hər bir şagird üçün əlçatanlığı təmin olunmalıdır. Ölkənin nüfuzlu alimlərinin məktəblərdə görüşlərinin, məharət dərslərinin təşkili böyük fayda verə bilər.

Ali təhsil sahəsində kifayət qədər uğurlar var və yüzlərlə məzunun dünyanın ən inkişaf etmiş ölkələrində öz peşələri üzrə yüksək vəzifələrində çalışmaları fikrimizin təsdiqi ola bilər. Son illərdə universitetlərin elmi-tədqiqat institutları ilə əlaqələrinin möhkəmlənməsi sahəsində görülən işlər təqdirə layiqdir. Universitetlər üçün dərsliklərin və dərs vəsaitlərinin birgə müəllifliklə hazırlanması həm universitetlər, həm də elmi-tədqiqat institutları üçün çox faydalıdır. Birgə əməkdaşlığın həm universitetlərin beynəlxalq nüfuzunun artmasında, həm də alimlərimizin dünyada tanınmasında böyük əhəmiyyəti var. Hazırda institutumuzun 30-dan çox əməkdaşı 12 universitetdə dərs deyir. Universitetlər və elmi tədqiqat institutlarının birgə kadr hazırlığı da uğurlu nəticələr verməkdədir.

Elm sahəsində ölkənin aparıcı elmi müəssisələrinin və nüfuzlu alimlərinin elmi uğurlarını görmək istəməmək ən azı günahdır. Əgər alimlərimizin bir çoxunun ən nüfuzlu jurnallarda (əsasən Q1 və Q2-də) çoxsaylı məqalələrinin nəşri, ölkənin elmi nəticələrinin sənayedə, hərbidə və kənd təsərrüfatında istifadəsi varsa, bunları görmək istəməmək nə deməkdir? Hesab edirik ki, daxili bazar qorunduğu və elmi nəticələrin tətbiqinin təşviq olunduğu halda tətbiqlərin miqyası genişlənə, elmin səmərəliliyi arta bilər.

Elmi dərəcələrin verilməsi qaydası məqbul sayılmalıdır. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları saxlanmalıdır. Alimin qarşıya qoyduğu məqsədlərin böyüklüyü onun tədqiqat motivasiyasını artırır. Hər bir alim bütün fəaliyyəti boyu motivasiyalı tədqiqatlar aparmalıdır. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini, dosent və professor elmi adlarını, AMEA-nın mübir üzvü və həqiqi üzvü adını almaq istəyi alimin fəaliyyətini daha güclü motivasiya edir. Əsas məsələ tədqiqatlar üçün şəraitin daha da yaxşılaşdırılması, gənclərin elmə gəlməsinin təşviqindədir.

Yalnız fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmiş fəlsəfə doktorlarının güclü elmi məktəblər yaratmaq ehtimalı çox azdır. Belə olan halda elmlər doktoru dissertasiyalarının müdafiə olunmaması gələcəkdə nüfuzlu elmi məktəblərin yaranması ehtimalını kəskin azaldacaq.

Nəhayət Ali Attestasiya Komissiyası haqqında: Bu qurum mütləq fəaliyyətini davam etdirməlidir. Son illərdə Ali Attestasiya Komissiyasının həyata keçirdiyi islahatlar yaxşı nəticələrə səbəb olub. Əgər elmi dərəcələrin və elmi adların verilməsində nəzarət mexanizmi zəifləsə, arzuolunmaz nəticələr yarana bilər.

Yekunda onu qeyd etmək istərdim ki, təhsil və elm sahəsində qəfil əsaslı dəyişikliklər yolverilməzdir. Hər hansı bir islahat təkamül xarakterli olmalıdır. Hər bir islahat təklifi araşdırılmalı və qiymətləndirilməli, yalnız bundan sonra onun həyata keçirilməsinə başlanmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri