Dünyada iki fərqli insan növü birgə yaşayıb Yeni kəşf alimləri şoka saldı /FOTO
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Milyon il əvvəl dünyada fərqli iki insan növününü bir dövrdə yaşamasına dair subut tapılıb.
Azpost.info bildirir ki, bu barədə “Science” elmi jurnalında dərc olunmuş araşdırmada bildirilib.
Keniyada yeni tapılan ayaq izləri 1,5 milyon il əvvəl iki fərqli növə məxsus qədim insanın eyni torpaqda eyni vaxtda gəzdiyinə dair ilk sübutdur.
Bu sensasiyalı subutu tapan tədqiqatçılar qeyd ediblər ki, bu ayaq izləri “Homo erectus” və “Paranthropus boisei” növlərinə aiddir. Alimlər vurğulayıb ki, bu izləri bir-birindən saatlar və ya günlər ayırır. Bu tapıntı belə fərqli növə məxsus insanların yollarının nə vaxt kəsişdiyi ilə bağlı böyük bir sirri ortaya çıxarır.
Kəşflə bağlı Science jurnalında dərc edilən araşdırmaya görə, ayaq izləri Keniyanın şimalındakı gölün yaxınlığında qurudulmuş palçıqda tapılıb və məlum fosil yerində çöküntüdə daşlaşıb.
Alimlər izlərin formasını və ştrixlərin naxışını təhlil etdikdən sonra iki izin bir-birindən tam fərqli olduğunu aşkar ediblər. Ən yaxşı izahat izlərin iki fərqli növ tərəfindən qoyulmasıdır.
Bu tədqiqat antropoloqlar və paleontoloqlar arasında qədim insan qohumlarının qarşılıqlı əlaqədə olduqları və bir yerdə yaşadıqları barədə agetdikcə güclənən iddialarına kömək edir. Eyni zamanda bu növlərin hansı əlaqələri olduğuna dair suallar doğurur.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 30 Noyabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















