Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Dünyada yoxsullaşmaya meyil artıb: Səbəb nədən ibarətdir?

Dünyada yoxsullaşmaya meyil artıb: Səbəb nədən ibarətdir?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərviz Heydərov yazır...

Ölkəmizin real iqtisadi vəziyyəti, həmçinin yaşayış səviyyəsinə dair əsas göstəricilərdən biri həmişə yoxsulluq faizi hesab edilib. Həmin faizə isə ölkə əhalisinin, minimum həyat səviyyəsi üçün tələb olunan maliyyə resursları və digər zəruri ehtiyaclara "əli çata bilməyən" hissəsi daxildir.

2001-ci ildə bu rəqəm 49%-ə bərabər idisə, 2015-ci ildə 4.9%-dək düşmüşdü. Hətta, 2019-cu ildə 4.8% təşkil edirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə yoxsulluq səviyyəsi artıb. Belə ki, 2023-cü ildə 247 manat olan yoxsulluq həddi ötən ilin sonunda 270 manat təşkil edib. Bir ildə yoxsulluq həddində 23 manat, yəni 9.31% artım baş verib.

Artımın əsas səbəbi nədir?

Yoxsulluq həddinin artmağa başlaması son illər ərzində yaşayış səviyyəsinin çətinləşməsi ilə bağlıdır. Bunun da əsas səbəbi qiymət artımıdır. Hansı ki, bu proses əvvəlki dövrdən fərqli olaraq davamlı xarakter daşıyıb. Söhbət ümumi inflyasiyadan gedir.

2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda 2022-ci ildə birdən-birə 14%-ə yaxınlaşdı, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil edib.

Əlbəttə ki, bu prosesə dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin cüzi də olsa artırılması da təsir edib. Lakin, yaşayış imkanlarının çətinləşməsində idxalın getdikcə genişlənməsi də mühüm rol oynayıb və real olaraq oynamaqda da davam edir. Qeyd olunan tendensiya nəticəsində məşğulluq imkanları istər-istəməz daralıb da.

Bu, özünü xüsusən, son 2-3 ildə daha çox büruzə verir.

Ümumiyyətlə, bu cür, həm obyektiv, həm də subyektiv xarakterli bir sıra səbəblər və əsaslar gətirmək çətin deyil, mümkündür.

Yeri gəlmişkən, qeyd olunur ki, yoxsulluq həddinin artması, yəni 270 manata çatması bu kateqoriyaya daxil olan insanların sayının da, faizinin də yüksəlməsinə səbəb olub. Belə ki, 2021-2023-cü illər ərzində yoxsulluq səviyyəsi davamlı azalaraq 6.2%-dən 5.2%-ə endiyi halda 2024-cü ildə 5.3%-ə yüksəlib.

Əslində isə qeyd etdiyim kimi, bu, son bir neçə ildir baş verir. Yəni, təkcə, ötən il ərzində ortaya çıxan tendensiya deyil. Ümumiyyətlə, pandemiyadan bəri dünyada yoxsullaşmaya meyil artıb.

Lakin ortada belə bir sual da var, yoxsulluq həddini biz nəyə və hansı meyarlara əsasən müəyyən edir və ölçürük? Məlumdur ki, ölkəmizdə yaşayış minimumu və ehtiyac meyarı deyilən anlayışlar mövcuddur. Məsələn, ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə 2025-ci il üçün ehtiyac meyarı 285 manat müəyyən edilib.

Yaşayış minimumu isə ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyənləşib.

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdi.

Xatırladım ki, ölkə üzrə ehtiyac meyarı ilə yaşayış minimumu göstəricisi 2023-cü ildən etibarən bərabərləşdirilib.

Yoxsulluq həddinin təkcə bir ildə, yəni ötən il ərzində 23 manat, yəni 9.31 faiz artması bu rəqəmləri ən azı növbəti ildən etibarən tamamilə əsassız edir. Bu baxımdan, bu günlərdə "Yaşayış minimumu haqqında" qanuna edilən dəyişikliklər vacib xarakter kəsb edir. O mənada ki, ən birincisi minimum istehlak səbətinə həm tərkib, həm də onunla bağlı digər detallar sarıdan 11 ildən sonra yenidən baxılacaq.

Ümumiyyətlə, yaşayış minimumu göstəricisinə elə-belə yanaşılmalı deyil. İllər öncə, hətta ölkə üzrə minimum əməkhaqqı ondan aşağı təşkil edirdi ki, bu da heç bir məntiqə uyğun gəlmirdi. 2019-cu ilin mart və aprel aylarında həyata keçirilən iki sosial islahat paket nəticəsində ilk dəfə olaraq sözügedən göstərici yaşayış minimumu üzrə müəyyən edilən həddi keçdi.

Hazırda isə yaşayış minimumu üzrə müəyyən edilən hədd özü mükəmməl xarakter daşımır və buna əsasən də yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi əslində heç bir məntiqə uyğun gəlmir.

Buna qlobal miqyasdakı vəziyyət, həm də daxili səbəblər təsir göstərir və göstərəcək. Xüsusən də, şəhər yerlərində bu özünü daha yüksək tempdə büruzə verəcək. Hansı ki, sözügedən proses hələ ki, kənd yerlərində təzahür edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri