Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Mərakeş Krallığının Beni Mellal-Henifra, Rabat-Sale-Kenitra regionlarında, Sloveniya Respublikasının Qorişka regionunda blutanq xəstəliyi, Misir Ərəb Respublikasının Əl Buheyrə vilayətində, İndoneziya Respublikasının Açeh, Şərqi Yava, Banka-Belitunq, Banten, Bengkulu, Qərbi Yava, Qorontalo, Cokyakarta, Mərkəzi Yava, Qərbi Kalimantan, Mərkəzi Kalimantan, Şərqi Kalimantan, Riau, Qərbi Sulavesi, Cənubi Sulavesi, Mərkəzi Sulavesi, Cənub-Şərqi Sulavesi, Qərbi Sumatra, Sumatera Utara əyalətlərində dabaq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Argentina Respublikasının Buenos Ayres əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Baxış sayı:69
Bu xəbər 25 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















