Icma.az
close
up
RU
Dünyanı hantavirus qorxusu bürüdü Yeni pandemiya gəlir?

Dünyanı hantavirus qorxusu bürüdü Yeni pandemiya gəlir?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hantavirus səbəbilə bir kruiz gəmisində 3 nəfərin həyatını itirməsi dünya üzrə narahatlıq yaradıb. Bu hadisədən sonra Bill Qeytsin illər əvvəl etdiyi pandemiya xəbərdarlıqları yenidən gündəmə gəlib. 
Demokrat.az
xəbər verir ki, Qeytsin "COVID-19-dan son pandemiya olmayacaq, növbəti daha şiddətli ola bilər" sözləri sosial şəbəkələrdə yenidən paylaşılmağa başlanıb. Gəmidə baş verən ölümlərdən sonra bir çox istifadəçi “Qeyts bunumu nəzərdə tuturdu?” kimi şərhlər yazıb.
Kabo-Verde sahillərində karantinə alınan kruiz gəmisində hantavirus səbəbilə biri alman, ikisi holland olmaqla 3 nəfər həyatını itirib.
Bill Qeyts 2024-cü ilin yanvarında qatıldığı bir verilişdə yaxın 25 il ərzində yeni bir pandemiyanın baş verə biləcəyini və növbətisinin daha ağır ola biləcəyini söyləmişdi.
Hantavirus əsasən gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində havaya qarışan hissəciklərin nəfəs yolu ilə qəbul edilməsi ilə yoluxur və ölümcül ola bilər.
Lüks kruiz gəmisində ortaya çıxan hantavirus halları və 3 nəfərin ölümü sonrası diqqətlər yenidən Bill Qeytsin illər əvvəl etdiyi açıqlamalara yönəlib. Onun “Növbəti pandemiya daha ağır ola bilər” sözləri sosial mediada yenidən müzakirə olunur.
Kabo-Verde sahillərində karantinə alınan kruiz gəmisində baş verən hadisə dünya üzrə narahatlıq yaradıb. Bir çox sərnişinin nəzarət altına alınması və bəzi ölkələrin xəbərdarlıq rejiminə keçməsi sosial mediada geniş rezonans doğurub.
Bill Qeyts 2024-cü ilin yanvarında “The View” proqramında COVID-19-un son pandemiya olmadığını bildirmişdi. O, açıqlamasında belə demişdi: “Yaxın 25 il ərzində mütləq yeni bir pandemiya görəcəyik. Növbətisinin daha şiddətli olma ehtimalı var.”
Gəmidəki ölümlərdən sonra sosial mediada çoxsaylı istifadəçilər Bill Qeytsin əvvəlki açıqlamalarını yenidən paylaşmağa başlayıblar. Xüsusilə “Növbəti pandemiya daha ağır ola bilər” fikri geniş yayılıb, bəzi istifadəçilər isə hantavirus böhranının qlobal epidemiyaya çevrilə biləcəyindən narahat olduqlarını bildiriblər.
Hantavirus adətən siçan və digər gəmiricilərin daşıdığı virusların insanlara keçməsi ilə yaranan ciddi infeksion xəstəlikdir. Virus əsasən gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə çirklənmiş hissəciklərin nəfəs yolu ilə orqanizmə daxil olması nəticəsində yoluxur.
Əlamətləri arasında yüksək hərarət, əzələ ağrıları, halsızlıq, başgicəllənmə, ürəkbulanma və nəfəs darlığı var. İrəliləmiş hallarda ağciyərlərdə ciddi zədələnmələr yarada və ölümcül nəticələrə səbəb ola bilər.
Bəzi hantavirus növləri yalnız heyvandan insana keçsə də, Cənubi Amerikada rast gəlinən “Andes” növünün nadir hallarda insandan insana keçə bildiyi qeyd olunur.
Ümumdünya Səhiyyə Təşkilatına görə hantavirus COVID-19 kimi asan yayılan virus deyil. Mütəxəssislər yaxın fiziki təmas olmadan yayılma riskinin aşağı olduğunu vurğulayırlar.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri