Icma.az
close
up
RU
Dünyanı narahat edən viruslar...

Dünyanı narahat edən viruslar...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni pandemiya gəlir?

Koronavirusdan sonra dünyada zaman-zaman bu sual səslənir: növbəti pandemiya ola bilərmi? Sosial şəbəkələrdə müxtəlif virusların yayılması, quş qripi, Ebola, meymun çiçəyi və digər infeksiyalarla bağlı xəbərlər narahatlığı artırır. Bəzən isə ayrı-ayrı yoluxma xəbərləri “yeni pandemiya gəlir” başlığı ilə təqdim olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya riskinin real olduğunu və növbəti böyük epidemiyanın nə vaxtsa baş verəcəyini nəzərə alaraq ölkələri hazır olmağa çağırır. Bu barədə ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər: “Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər”.

Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: “Növbəti pandemiya “əgər” yox, “nə vaxt” məsələsidir”.

ÜST rəhbəri həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılması epidemiyanın istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, həmçinin təkcə yerli icmalar üçün deyil, qonşu ölkələr və bütün dünya üçün təhlükə yarada biləcəyini xatırladır.

Hər epidemiya pandemiya sayılır?

İnfeksionist-həkim Eldar Qədirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, epidemiya müəyyən ərazidə xəstəliyin gözləniləndən artıq yayılmasıdır. Pandemiya isə xəstəliyin ölkə və region sərhədlərini aşaraq dünyanın müxtəlif hissələrində geniş və davamlı şəkildə yayılması ilə xarakterizə olunur: “Deməli, bir ölkədə virusun yayılması və ya yeni yoluxucu xəstəliyin aşkarlanması avtomatik olaraq pandemiya demək deyil. Məsələn, bu il Konqo Demokratik Respublikasında Ebola epidemiyası ciddi beynəlxalq diqqət doğurub. Lakin ÜST may ayında bu hadisəni beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi qiymətləndirsə də, onun pandemiya fövqəladə vəziyyəti meyarlarına cavab vermədiyini açıqlayıb. Bu nümunə bir həqiqəti göstərir: “virus var” ilə “pandemiya başlayıb” arasında böyük fərq var”.

Hazırda hansı viruslar daha çox diqqət çəkir?

İnfeksionist qeyd edib ki, pandemiya ehtimalından danışarkən bir neçə müxtəlif infeksiya qrupunu qeyd etmək olar. Lakin onların hər birinin yaratdığı risk eyni deyil: “Məsələn, quş qripi də ən çox müzakirə olunan təhlükələrdən biridir. Son illər xüsusilə, H5 tipli quş qripi virusları diqqət mərkəzindədir. Bu viruslar əsasən quşlarda yayılır, lakin yoluxmuş heyvanlarla təmas nəticəsində insanlara da keçə bilər.

ÜST-nın 2026-cı ilin məlumatına görə, hazırda dövr edən zoonotik qrip viruslarının insanlar arasında davamlı ötürülməsinə dair sübut yoxdur. Başqa sözlə, virusun insandan insana effektiv və davamlı yayılması hazırda pandemiyanın əsas şərti kimi ortaya çıxmayıb. Bununla belə, quşlar arasında virusun geniş yayılması səbəbindən zoonotik təhlükə qalmaqdadır.

Burada əsas məsələ məhz budur: virusun heyvandan insana keçməsi bir mərhələdir, insandan insana asan və davamlı keçmə qabiliyyəti qazanması isə tamamilə başqa mərhələdir. Əgər gələcəkdə belə bir dəyişiklik baş verərsə, risk əhəmiyyətli dərəcədə arta bilər. Ancaq bunun nə vaxt və hansı virusda baş verəcəyini əvvəlcədən dəqiq söyləmək mümkün deyil”.

Niyə yeni pandemiya riski mövcuddur?

E.Qədirov bildirib ki, əslində pandemiyaların yaranmasına şərait yaradan amillər hələ də var. Bunun əsas səbəblərindən biri şəhərləşmə və əhali sıxlığıdır. İnsanların çox sıx yaşadığı şəhərlərdə yoluxucu xəstəliklər daha sürətlə yayıla bilər: “Digər səbəblərdən biri beynəlxalq səyahətlərdir. Bundan başqa, iqlim və ekoloji dəyişikliklər də pandemiyanın yenidən başlamasına səbəb ola bilər. Temperatur və ekosistemlərdə dəyişikliklər bəzi xəstəliklərin daşıyıcılarının və heyvanların yaşayış areallarına təsir edə bilər.

Digər mühüm səbəb isə virusların dəyişmə qabiliyyətidir. Viruslar mutasiyaya uğrayır. Bəzən bu dəyişikliklər onların ötürülmə xüsusiyyətlərinin dəyişməsinə səbəb ola bilər.

ÜST-nın 2026-2031-ci illər üçün hazırlıq strategiyasında da sürətli şəhərləşmə, əhali sıxlığı, iqlim və ekoloji dəyişikliklər, beynəlxalq hərəkətlilik və zoonotik xəstəliklər pandemiya riskini artıran amillər sırasında göstərilir”.

Ən böyük problemlərdən biri...

İnfeksionistin sözlərinə görə, pandemiya xəbərləri zamanı ən böyük problemlərdən biri virusun özü qədər sürətlə yayılan dezinformasiyadır: “İnsanlar sosial şəbəkələrdə bir paylaşımı görərək panikaya düşə, təsdiqlənməmiş dərmanlardan istifadə edə və ya heç bir elmi əsası olmayan “qorunma üsullarına” inana bilərlər. Ən düzgün yanaşma rəsmi səhiyyə qurumlarının məlumatlarını izləmək, xəstəlik barədə təsdiqlənməmiş məlumatları paylaşmamaq və epidemioloji vəziyyət dəyişdikdə mütəxəssislərin tövsiyələrinə əməl etməkdir”.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Oktyabr 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri