Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29da: Yeni alyans yaradılır Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" futbol klubunun təşəbbüsü ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılan Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında 11 komanda yer alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dəstəyi, "Qarabağ" və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, "Qarabağ" klubunun prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov və "Liverpul", "Tottenhem" (hər ikisi İngiltərə), "Atletiko Madrid", "Real Betis" (hər ikisi İspaniya), "Fənərbağça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Udineze" (İtaliya), "Porto" (Portuqaliya), "Flamenqo" (Braziliya), "Malmö" (İsveç) klublarının rəsmiləri iştirak edirlər.
Sadalanan klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Hazırda dünya futbolunda dayanıqlılıq lideri olan "Liverpul" və bu sahədə öncüllərdən sayılan "Udineze" də zəngin təcrübələrini digər klublarla bölüşürlər. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edirlər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq.
Qeyd edək ki, dayanıqlılıq baxımından fəal olan digər klublar "Qarabağ" və ECA tərəfindən bu alyansa dəvət ediləcəklər.
Qalereya
 
 
 
 
 
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:130
Baxış sayı:130 Bu xəbər 16 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 16 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















