Icma.az
close
up
RU
Dünyanın ciyəri yanır: 253 faiz artım!

Dünyanın ciyəri yanır: 253 faiz artım!

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Braziliyanın Amazon meşələrində oktyabr ayında yanğınların sayında kəskin artım qeydə alınıb. “El Nino” iqlim hadisəsi, qlobal iqlim dəyişikliyi və insan fəaliyyəti yanğınların genişlənməsinə təsir göstərən əsas amillər kimi qiymətləndirilir. Alovların yaratdığı sıx tüstü əhalinin sağlamlığına mənfi təsir göstərir, bəzi yaşayış məntəqələrində isə açıq havada keçirilən tədbirlərin ləğvinə səbəb olur.

“Reuters” agentliyinin oktyabrın 14-də yaydığı məlumata görə, Braziliyanın Amazonas ştatında ayın ilk iki həftəsində 1 679 yanğın qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 253 faiz artım deməkdir. Məlumatlar ölkənin Amazon bölgəsində yanğınlara nəzarət sisteminə əsaslanır.

Yanğınlar nəticəsində Amazonas ştatının ən azı 36 bələdiyyəsində fövqəladə vəziyyət elan edilib. Havada tüstünün və zərərli hissəciklərin artması sakinlərdə tənəffüs problemləri yaradıb. Ştatın paytaxtı Manaus şəhərində, iki milyondan çox insanın yaşadığı ərazidə havanın keyfiyyətinin pisləşməsi açıq havada keçirilən tədbirlərin dayandırılmasına və dövlət məktəblərinin müvəqqəti bağlanmasına gətirib çıxarıb.

Adətən Amazon hövzəsində quraq mövsüm avqust və sentyabr aylarında daha kəskin keçir. Oktyabrda yağışların başlaması isə yanğınların qarşısının alınmasını asanlaşdırır. Lakin bu il yağışların gecikməsi və yüksək temperatur alovların yayılmasına əlverişli şərait yaradıb. Alimlər və rəsmilər “El Nino” hadisəsinin və iqlim dəyişikliyinin bu prosesdə rolunu xüsusi qeyd edirlər.

“El Nino” Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturunun normadan yüksəlməsi ilə müşayiət olunan təbii iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərə, bəzi ərazilərdə quraqlığı gücləndirə bilər. Yüksək temperatur və uzunmüddətli quraqlıq bitki örtüyünü qurudur, nəticədə meşələr yanğınlara qarşı daha həssas olur.

Amazon Ətraf Mühit Araşdırmaları İnstitutunun tədqiqatçısı, coğrafiyaşünas Karlos Duriganın sözlərinə görə, su və istilik stresinin kəskinləşməsi insan fəaliyyəti ilə birləşərək bölgənin biomüxtəlifliyini, əhalinin sağlamlığını və torpaqların məhsuldarlığını təhlükə altına salır.

Braziliyanın federal hökuməti və mülki müdafiə qurumları yanğınlarla mübarizə məqsədilə Amazonas ştatına təyyarələr və yanğınsöndürmə briqadaları göndərib. Ölkənin ətraf mühit naziri Juao Paulo Kapobianko qorunan meşə ərazilərində də yanğın ocaqlarının aşkarlandığını bildirib. Nazirlik bu halların meşələrin qırılması üçün ərazilərin qəsdən yandırılması ilə əlaqəli ola biləcəyini ehtimal edir və araşdırma aparılacağını açıqlayıb.

Amazon hövzəsində yanğınların əhəmiyyətli hissəsi təbii səbəblərdən deyil, kənd təsərrüfatı və heyvandarlıq üçün torpaq sahələrinin təmizlənməsi məqsədilə törədilir. Buna görə də yanğınlarla mübarizədə yalnız iqlim amillərinin deyil, qanunsuz meşə qırılmasının və torpaqdan istifadə qaydalarının da nəzərə alınması vacibdir.

Amazon meşələri planetin ən zəngin ekosistemlərindən biri hesab olunur. Burada baş verən genişmiqyaslı yanğınlar canlı növlərinin yaşayış mühitini məhv etməklə yanaşı, atmosferə əlavə karbon qazının buraxılmasına və iqlim böhranının dərinləşməsinə şərait yaradır. Mövcud vəziyyət meşələrin qorunması, yanğınların erkən aşkarlanması və təbii ekosistemlərin bərpası istiqamətində tədbirlərin əhəmiyyətini bir daha gündəmə gətirir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri