Icma.az
close
up
RU
Dünyanın dəyişən nizamı kimlərə nə vəd edir?

Dünyanın dəyişən nizamı kimlərə nə vəd edir?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan diplomatiyası bütün platformalarda uğura hesablanıb

Bu gün dünyanın siyasi xəritəsinin əsaslı şəkildə deformasiyaya uğradığını müşahidə edirik. Köhnə düzən pozulmaqda, qloballaşma isə böhranlara səbəb olmaqdadır. Belə narahat dönəmdə özünün daxili resurslarına arxalanan Azərbaycan beynəlxalq arenada düşünülmüş və balanslaşdırılmış siyasət yürüdür. Bu, həm bölgə ölkələri, həm də dünya oyunçuları ilə münasibətlərdə sistemli şəkil alıb. Əlbəttə, bu zaman əsas prioritet milli maraqların gözlənilməsidir.

Qloballaşma elə sürətlə gedir ki, uzaq qitələrdə baş verənlər bu və ya başqa formada yerli hakimiyyətlərə və siyasi şəraitə təsirsiz ötüşmür. Son nəticədə kimin qazanıb, kimin itirəcəyini müəyyən etmək belə çətindir. Biz hələ pərdə arxasında gedən oyunları demirik. Qərbi Kaspi Universitetinin professoru, politoloq, sabiq diplomat Fikrət Sadıxovla söhbətimiz Azərbaycanın qlobal təşəbbüsləri, Şərq–Qərb marşrutu üzrə sərgilədiyi diplomatik demarşları, eləcə də bölgədə və dünyada baş verən, əsəbləri tarıma çəkən olaylar, bu kontekstdə güc mərkəzlərinin sərgilədiyi mövqe və hərəkətləri ətrafındadır.

– Azərbaycan Prezidentinin Çinə səfəri, Qərbdə hələ də müzakirə mövzusudur. Bu səfər “kollektiv Qərb”də müəyyən təlaş yaradıb. Səfərdən dərhal sonra Aİ rəsmisinin Bakıya təşrif buyurması da təsadüf sayıla bilməz...

– Çin özəl maraqları, prinsipial mövqeyi ilə seçilən nəhəng bir dövlətdir. Rəsmi Pekin bir çox məsələlərdə Qərblə, digər aktorlarla münasibətlərini ardıcıl şəkildə həyata keçirir. Azərbaycan liderinin Çinə səfər etməsi, strateji tərəfdaşlıq barədə sənəd imzalaması həmin “kollektiv Qərb”in bəzi üzvlərinin maraqlarına nəinki cavab vermir, bu, onların narahatlığına səbəb olur. Əsas səbəb Azərbaycan–Çin münasibətlərinin siyasi cəhətdən ən yüksək səviyyəyə qalxmasıdır. Ardınca Vyetnam liderinin Bakıya rəsmi səfərinin bu narahatlığı daha da artırdığını söyləyə bilərik. Azərbaycanın Cənubi Asiyanın sürətlə inkişaf edən bu ölkəsi ilə də münasibətlərin Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatla möhkəmləndirilməsi tamamilə yeni bir iqtisadi-siyasi platforma yaratmış oldu. Bu isə heç şübhəsiz, bəzi dövlətləri narahat etməyə bilməzdi.

Çinlə münasibətlərimizə xüsusi rəng qatan bir amil də Pekinin Hindistan–Pakistan qarşıdurmasında İslamabadın yanında olmasıdır. Çünki bizim kimi Çin də bu münaqişədə Pakistanın haqlı olduğunu başa düşür. Bu, heç də subyektiv yanaşma deyil. Həm tarixi, həm də geostrateji baxımdan ədalət Pakistanın tərəfindədir. Türkiyə ilə yanaşı, Çinin də Pakistanı dəstəkləməsi Azərbaycanın maraqlarına cavab verir və biz Pekinin İslamabadla həmrəyliyini ölkəmizə verilən qiymət və əhəmiyyət kimi qəbul edə bilərik. Məhz bu kontekstdən yanaşsaq, Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi Kaya Kallasın Bakıya məlum səfərini Azərbaycan–Çin əlaqələrinin güclənməsindən Avropanın əndişələnməsi ehtimalını gündəmə gətirir. Axı, Aİ Asiyada yeni güc mərkəzinin yaranmasını çox yaxşı anlayır. Görünür, Qərb bu gücdən ya səmərəli istifadə etmək barədə düşünür, ya da asiyalı oyunçuları bir-birindən təcrid etmək, neytrallaşdırmaq fikrindədir. Aİ-nin bu yeni geosiyasi platformaya qarşı çıxış edə biləcəyini də nəzərdən qaçırmaq olmaz. Hesab edirəm ki, Qərbin yeni birliyə qarşı atacağı heç bir addımı müsbət sonuclanmayacaq. Çünki müsbət nəticə əldə etmək üçün onun nə gücü, nə də imkanı var. Əslində, indiki durumda Aİ müəyyən dərəcədə Azərbaycandan asılıdır. Ölkəmiz Avropanın on iki ölkəsinə neft və qaz nəql edir, onların enerji təhlükəsizliyini təmin edir. Yəni, Bakı Qərb platformasında da münasibətlərin inkişafa yönəlməsinə etiraz etmir. Bunu yaxşı anlayan Kaya Kallas, güman edirik ki, bölgədə sülhün və sabitliyin yaranmasının tərəfdarıdır. Amma bunu hansı formada və istiqamətdə həyata keçirəcəkləri hələ məlum deyil. Məlum olan odur ki, Brüssel Azərbaycanın bölgədə güc və söz sahibi olduğunu qəbul etməyə başlayıb...

– Fikrət müəllim, ABŞ Prezidentinin Cənubi Qafqaz siyasətinin konturları görünməkdədir. Donald Trampın İlham Əliyevə Novruz təbrikində yazdığı “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” mesajı maraqla qarşılandı. Yəni, bu, münasibətlərin perspektivinə işarədir? Bu barədə nə düşünürsünüz?

– Donald Tramp Administrasiyasının xarici siyasət xətti əvvəlki komandanın yanaşmasından xeyli fərqlənir. Yeni tarix bunu dəfələrlə sübuta yetirib: respublikaçılar Cənubi Qafqaza, Azərbaycana münasibətdə qarşılıqlı maraqların gözlənildiyi addımları atıblar, başqa sözlə, bu məsələyə daha praqmatik yanaşma sərgiləyiblər. Biz bu ənənəni indi də müşahidə edirik. Vaşinqton çox yaxşı bilir ki, bölgədə Azərbaycanın oynadığı rol kifayət qədər böyük və təsirlidir. Onu da dərk edir ki, ölkəmiz Birləşmiş Ştatların Yaxın Şərqdəki müttəfiqi sayılan İsrail ilə də münasibətləri düzgün məcrada qurub. Orada münaqişənin hələ davam etməsinə baxmayaraq, Bakı İsraillə münasibətləri yüksək səviyyədə saxlayır və ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Ağ evdəki yeni komanda bunu da bilir və qiymətləndirir. Azərbaycan, eyni zamanda, Fələstin xalqının da üzləşdiyi problemlərə biganə qalmır. Ramalla şəhərində diplomatik nümayəndəliyimizin fəaliyyət göstərməsi təsadüfi deyil. Bakının bu addımı məsələyə həssas yanaşması kimi qəbul edilməldir. Baxmayaraq ki, bəzi dövlətlər Azərbaycanın bu mövqeyinə narazılıqlarını bildiriblər. Amma Bakının öz prinsipial mövqeyindi bundan sonra da davam etdirəcəyinə əminəm.

– İndi də dünyanın nəzərlərinin dikildiyi Yaxın Şərqdə baş verənlərə nəzər yetirək. Beynəlxalq ekspertlərin bir çoxu bu qənaəti bölüşür: Fələstin məsələsi həll olunana qədər Yaxın Şərqdə sabitlik olmayacaq. Bu fikirlə razılaşırsınızmı?

– Bu münaqişə hər iki dövlətin yaradılması barədə yarandığı vaxtdan – 1948-ci ildən başlayaraq alovlanma mərhələsini adlamayıb. Çoxsaylı silahlı toqquşmaların nəticəsində HƏMAS kimi radikal qüvvələr meydana gəlib. Yaxın Şərqin indiki hərbi-siyasi mənzərəsi belə təsəvvür yaradır ki, İsrailin bu təşkilata qarşı atdığı bəzi addımları sülhə gətirib çıxara bilər. Bu perspektiv nə qədər şübhəli görünsə də, hər halda, radikalizm aradan qaldırılmalıdır. Belə radikal qüvvələrin orada mövcudluğu Yaxın Şərqin digər ölkələrinin və xalqlarının maraqlarına cavab vermir. Axı, silahlı qarşıdurmadan onlar da əziyyət çəkirlər. İnfrastruktura ciddi ziyan vurulur. Görünən odur ki, bu bölgədə yeni siyasi nizam yaradılmaldıır. Bizə belə gəlir ki, ABŞ-ın vasitəçiliyi ilə burada sülhə gəlməkdən ötrü qarşılıqlı razılaşmanın əldə olunması, hansısa sazişin imzalanması üçün imkan yaranacaq.

– Azərbaycan–Rusiya münasibətlərində “soyuq” dövr hələ başa çatmayıb. Sizcə, Şimal qonşumuzla münasibətlərin normallaşmasına mane olan səbəblər hansılardır?

– Azərbaycan–Rusiya münasibətləri bir sıra sənədlər – tərəfdaşlıq, strateji müttəfiqlik üzərində qurulub. Eyni zamanda, onu da yaxşı başa düşürük ki, Moskvanın bölgə ilə bağlı atacağı addımlar səmərəli nəticələr verə bilər. Etiraf etməliyik ki, Rusiyanın Cənubi Qafqazda, xüsusilə də, Ermənistan üzərində təsir imkanları və rıçaqları kifayət qədər böyükdür. Uzun illər boyu Rusiyanın bir əyaləti olan Ermənistan elə indi də bu missiyasından o qədər də irəli getməyib. Bunu baş nazir Nikol Paşinyanın atdığı son addımları əyani surətdə təsdiqləyir. Keçmişin acı aqibətini “unudan” Paşinyan Moskvaya 9 May paradına gedir, Rusiya barədə yüksək pafoslu bəyanatlar verir. Üstəlik, ikitərəfli münasibətlərin inkişaf etməsini yüksək qiymətləndirdiyini bildirir.

Azərbaycan–Rusiya münasibətlərindən danışanda, təbii ki, ölkəmiz Şimal qonşusu ilə ən müxtəlif səviyyələrdə əməkdaşlıqdan heç vaxt imtina etməyib. Bununla bərabər, müəyyən məsələlərlə bağlı bəzi istiqamətlərdə qəti mövqeyimizi nümayiş etdirmişik. Əgər paytaxtın mərkəzində yerləşən “Rus evi”nin gənc əməkdaşlarını kəşfiyyat fəaliyyətinə cəlb edirlərsə, sərnişin təyyarəmiz Rusiya səmasında vurulursa və buna görə təzminat ödənmirsə, çoxlu insan tələfatına səbəb olan qəzaya görə rəsmi üzrxalıq edilmirsə, günahkarlar cəzalandırılmırsa, Bakının buna kəskin reaksiyası normal qəbul olunmaldıır. Başqa cür ola da bilməz. Dövlətimizin başçısının Moskvadakı parada getməməsi qarşı tərəfin davranışına adekvat münasibətin və mövqeyin əyani göstəricisidir.

– Azərbaycanın Türkiyə–İsrail münasibətlərində oynadığı rolu, ümumiyyətlə, nizamlayıcı missiyası barədə fikrinizi bilmək istərdik.

– Bakı müxtəlif qütbləri təmsil edən qüvvələrin görüşü və dialoqu üçün davamlı olaraq şərait yaradıb. ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü məhz Bakıda təşkil edilib. Türkiyə və İsrail nümayəndələri arasında texniki görüşə də evsahibliyi etmişik. Yəni, Bakı dialoq, barış və əməkdaşlıq meydançası kimi etibarlı imic qazanıb. Azərbaycan rəhbərliyi bundan sonra da bu gərəkli missiyanın davamına hazır olduğu dəfələrlə bəyan edib. Bakının tərəfsiz və ədalətli dialoq məkanı, təhlükəsizlik şəraitində danışıqların aparıldığı coğrafiya olduğunu dünyanın aparıcı dövlətləri də qəbul edirlər. Bu imicin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik təcrübəyə, möhkəm iradəyə söykənən siyasi qətiyyətini qeyd etməmək mümkün deyil. Hətta münaqişə edən tərəflər dövlətimizin başçısına güvənir və etimad göstərirlər.

– Son vaxtlar Ermənistanla sülh sazişinin imzalanması məsələsi, sanki, arxa plana keçiib...

– İrəvanda çox gözəl başa düşürlər ki, Bakının məlum iki şərti yerinə yetirilməsə, heç bir sülh sazişindən söhbət gedə bilməz. Bu, Azərbaycanın prinsipial və dəyişməz mövqeyidir. Ermənistan rəhbərliyi bundan yayınmaq üçün müxtəlif jestlər edir, çapalayır, bəyanatlar verir. Amma son vaxtlar Hayastanın bəzi rəsmilərinin dilindən eşidirik ki, gec-tez yeni konstitusiya qəbul ediləcək və Bakının digər şərtlərinə də əməl olunacaq. İrəvanda ATƏT-in Minsk qrupundan imtina edilməsinin vacibliyini başa düşdüklərini də bildirirlər. Bu reallığı Bakı İrəvana həm diplomatik dildə, həm də başından “döyə-döyə” başa salmağı bacardı. Doğrudur, qarşı tərəf yenə məntiqsiz arqumentlər irəli sürür, guya, bu məsələlərə sülh sazişi imzalandıqdan sonra da baxıla bilər. Bax, bunu anlamaq çətindir. Əgər ortada Qarabağ adlı problem yoxdursa, qalan iki məsələnin sazişlə eyni vaxtda, yaxud sazişi imzaladıqdan sonra həll edilməsinin nə fərqi var? Deyəsən, İrəvan özünə sonuncu dayaq nöqtəsini, saman çöpünü saxlamağa çalışır. Guya, düşdüyü mürəkkəb vəziyyətdən belə yollarla çıxa bilər. Kökündən yanılırlar. Azərbaycan atdığı bütün addımları ilə göstərdi ki, o, bölgədə möhkəm və davamlı sülhə mütləq çatacaqdır. Qarşı tərəf bu reallığı nə qədər tez başa düşsə, onun üçün xeyirli olar.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:19
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp tamamilə yeni bir söz icad etdiyini dedi

15 May 2025 05:48see232

Niyə Aytac üçün Kür çayının suyu vaxtında endirilmədi?

15 May 2025 15:02see149

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see147

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see126

AvtoVAZ Active Cross u təqdim edib…

14 May 2025 23:56see122

Yeni milli ideya firavan həyat

15 May 2025 15:13see121

Biznes qura biləcəyiniz Avropa ölkələri: Vergilər çox aşağıdır…

14 May 2025 23:14see120

Oturaq həyat tərzinin daha bir gözlənilməz riski...

14 May 2025 23:47see119

Putin hələ də gələ bilər: Tramp bütün kartları onun əlindən alır

15 May 2025 15:03see119

Avropa ölkələrinə vizasız gedəcək

14 May 2025 23:29see119

Bu il qoruq və muzeyləri ziyarət edənlərin sayı açıqlandı

14 May 2025 19:44see118

BDU nun Qazax filialında “Azərbaycan Konstitusiyası və dövlətçilik tariximiz Suverenliyimiz tələbələrin gözü ilə” adlı konfrans keçirilib

16 May 2025 03:08see117

Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib, özü Türkiyəyə getməyəcək

15 May 2025 00:10see115

Çindən böyük kosmos hərəkəti

16 May 2025 03:02see115

Əhalinin restoranlara xərclədiyi pul açıqlandı

15 May 2025 14:20see114

Hamiləlik və QRİP ARAŞDIRMA

15 May 2025 11:11see114

Millimizin Dünya kubokunun seçmə mərhələsi üçün heyəti açıqlanıb

15 May 2025 11:44see112

İsveçrə Rusiyanın hava və dəniz limanları ilə ticarət əlaqələrini qadağan etdi

16 May 2025 05:18see112

İran MAQATE rəhbərini hədələdi

14 May 2025 18:48see109

KİV: Macarıstan Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurub

15 May 2025 05:16see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri