Dünyanın ən bahalı səhvi
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2013-cü ildə Böyük Britaniyanın Uels bölgəsində yaşayan İT mütəxəssisi Ceyms Hovells kompüterinin köhnə sərt diskini təsadüfən tulladığını bildirib. Həmin diskdə 2009-cu ildə əldə etdiyi 8 minə yaxın bitcoinin açarları saxlanılırdı.
Azpost.info bildirir ki, o vaxt bu rəqəmsal valyutanın dəyəri cəmi bir neçə yüz dollar olsa da, sonrakı illərdə bitcoin qiymətinin sürətlə artması nəticəsində diskdəki vəsaitin dəyəri yüz milyonlarla dollara çatıb.
Müxtəlif dövrlərdə hesablamalara görə, həmin bitcoinlərin ümumi dəyəri 700-800 milyon dollar arasında dəyişib.
Hovells uzun illər ərzində diskin yerləşdiyi zibil poliqonunda axtarış aparmaq üçün yerli hakimiyyət orqanlarına müraciət edib. O, hətta süni intellekt və robot texnologiyalarından istifadə etməklə axtarış planı da hazırlayıb. Lakin ekoloji risklər və hüquqi səbəblərdən onun müraciətləri dəfələrlə rədd edilib.
Mütəxəssislər hesab edir ki, bu hadisə rəqəmsal aktivlərin qorunmasının nə qədər vacib olduğunu göstərən ən məşhur nümunələrdən biridir. Kriptovalyuta bazarında milyonlarla dollar dəyərində vəsait yalnız şifrə və ya açar itirildiyi üçün əlçatmaz vəziyyətə düşüb.
Sunay Aydın
Paylaş
Baxış sayı:128
Bu xəbər 11 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















