Icma.az
close
up
RU
Dünyanın ən böyük siyasət adamları onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar

Dünyanın ən böyük siyasət adamları onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev 21 illik prezidentlik fəaliyyəti dövründə yüksək erudisiya və idarəetmə bacarığı, xalqına və dövlətinə qəlbən bağlılığı ilə əvəzolunmaz Lider olduğunu tam şəkildə sübut edib. Prezident İlham Əliyevin apardığı uğurlu və cəsarətli dövlət siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq arenada böyük söz sahibinə çevrilib. Dünyanın ən böyük siyasət adamları onunla hesablaşır, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyevin hakimiyyət dövrü ölkənin qlobal inkişafı, sürətlə modernləşməsi, nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in tribunalarında məntiqi çıxışları ilə müstəqil xarici siyasət yürüdür. İlham Əliyevin dövlət idarəçiliyi, əldə etdiyi nailiyyətlər, Azərbaycan tarixinin ən yeni səhifələri kimi tarixə yazıldı. Ölkə başçısının düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Onun Azərbaycanın dövlətçilik tarixində ən böyük nailiyyəti düşmən tapdağında inləyən torpaqlarımızın azadlığının təmin edilməsi istiqamətində apardığı cahanşümul siyasi fəaliyyəti ilə bağlıdır. Bu ilin fevral ayında Prezident İlham Əliyev prezident seçkilərində mətbuata müsahibəsində, elə ən çox torpaqlarımızın düşmən tapdağında azad olunmasını ən böyük nailiyyət olaraq ifadə etdi: «Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi».

Dövlətimizin başçısı ötən müddət ərzində bütün çıxışlarında Azərbaycanın öz ərazisini heç kimə güzəştə getməyəcəyi barədə lazımi ünvanlara ultimatum ünvanlayırdı. Vətən Müharibəsində torpaqlarımızın azad olunması münasibətilə Prezident İlham Əliyev demişdir: «Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik».

Ürəyi öz xalqı ilə döyünən ölkə başçısının sözü və əməli daima vəhdətdə olub. Qeyd-şərhsiz demək olar ki, dövlətimizin başçısının dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmasına səbəb, birbaşa onun peşə fəaliyyət ilə səciyyələnir. İlham Əliyevin apardığı məntiqi siyasət nəticəsində Azərbaycanda müasir dövlət modeli formalaşdırıldı.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətləri onu deməyə əsas verir ki, Azərbaycanda bu dövr ərzində böyük iqtisadi inkişaf baş vermişdir. 2003-cü illə müqayisədə 2024-cü ildə orta aylıq əməkhaqqı 77.4 manatdan 993 manata yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatıb. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 22 milyard manatdan artıq vəsait ayrılmışdır (o cümlədən 2025-ci ildə 4 milyard). Ötən müddət ərzində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib. Azərbaycanında keçən dövr ərzində təkamül yolu ilə demokratik ənənələrin formalaşmas prosesi uğurla reallaşıb. Dövlətimizin qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olub. Bu günlərdə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilmişdir. Prezident İlham Əliyev hər dəfə çıxışlarında xüsusi olaraq qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə (2019-2024) real əksini tapıb. 90 mindən çox ailə üçün proqram çərçivəsində mikro təsərrüfatlar yaradılıb ki, bu da 27 istiqaməti (kənd təsərrüfatı, istehsal və xidmət) əhatə edir. Dövlətimizin gələcək inkişafına yönəli Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı təsdiq edilmişdir.

Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. İqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib.
Prezident İlham Əliyevin sevincli günlərinin xalqı ilə bölüşməyi bir ənənə halına çevrilib. Ad günlərində Prezident adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Sonuncu ad günündə isə Prezident İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.
Azərbaycan xalqı öz prezidentinə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. İqtidar xalq birliyi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə böyük imkanlar yaradır.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri