Icma.az
close
up
RU
Dünyanın ən iri şəhərlərində son 30 ildə ekstremal isti günlərin sayı 25 faiz artıb

Dünyanın ən iri şəhərlərində son 30 ildə ekstremal isti günlərin sayı 25 faiz artıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 oktyabr, AZƏRTAC

1990-cı illərlə müqayisədə dünyanın ən böyük paytaxt və meqapolislərində ekstremal isti günlərin sayı 25 faiz artıb. Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) apardığı təhlildə bu nəticə öz əksini tapıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər şəhərlər təcili adaptasiya tədbirləri görməsələr, milyonlarla insan dözülməz istilərin və onların fəsadlarının təsiri altında qala bilər.

AZƏRTAC-ın xarici mediaya istinadla xəbər verir ki, araşdırma nəticəsində dünyanın 43 ən sıx məskunlaşmış paytaxtında illik 35 °C-dən yuxarı temperatur müşahidə olunan günlərin orta sayının 1994–2003-cü illərdəki 1062 gündən 2015–2024-cü illərdəki 1335 günə yüksəldiyi müəyyən olunub. Artım bütün qitələrdə qeydə alınıb. Roma və Pekində ekstremal isti günlərin sayı ikiqat, Manilada isə üç dəfə artıb. Madriddə belə günlərin sayı ildə 25-dən 47-yə qalxıb, hətta ənənəvi olaraq sərin iqlimi ilə tanınan Londonda 30 °C-dən yuxarı günlərin sayı iki dəfə artıb.

Bu artımın əsas səbəbi fosil yanacaqların yandırılması nəticəsində yaranan qlobal istiləşmədir. Bu proses hər bir istilik dalğasını daha uzunmüddətli, daha isti və daha ölümcül edir. Tədqiqatçıların hesablamalarına görə, son 30 ildə baş verən milyonlarla vaxtsız ölüm məhz anormal yüksək temperaturla əlaqədardır.

IIED-in məlumatına əsasən, dünya şəhərlərinin əhalisinin üçdə biri məhz ventilyasiyasız, istilik izolyasiyası olmadan və soyutma imkanlarından məhrum olan qeyri-rəsmi məhəllələrdə və ya daxmalarda yaşayır.

2024-cü il müşahidə tarixində ən isti illərdən biri olub. İyul ayında Çində temperatur 41,2 °C-yə çatıb, 10 mindən çox insan xəstəxanaya yerləşdirilib. Avropada yay mövsümündə istilər nəticəsində azı 16 500 nəfər həyatını itirib. ABŞ-dan tutmuş Misirə və Yaponiyaya qədər şəhərlər rekord səviyyədə isti günlər yaşayıblar.

Paris Sazişində nəzərdə tutulan 2030-cu ilə qədər istixana qazı emissiyalarının 45 faiz azaldılması öhdəliyinə baxmayaraq, bu göstəricilər hələ də artır.

Bəzi ölkələr artıq adaptasiya proqramları həyata keçirməyə başlayıblar. Məsələn, Qlobal Adaptasiya Mərkəzi (GCA) “İstilik başladı” adlı kampaniyaya start verib. Bu təşəbbüs çərçivəsində “soyuducu infrastruktur” – kölgəliklər, istirahət məkanları, erkən xəbərdarlıq sistemləri və iqlimə uyğunlaşdırılmış iş qrafiklərinin yaradılması planlaşdırılır.

Mütəxəssislərin fikrincə, şəhərlər dərhal istilik izolyasiyası, ventilyasiya, soyutma sistemləri və yaşıllaşdırmaya sərmayə qoymalı, eyni zamanda yüksək temperatur şəraitinə uyğun fövqəladə tədbir planları hazırlamalıdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri