Icma.az
close
up
RU
Dünyanın ən qəribə quşu Onun varlığı alimləri təəccübləndirir

Dünyanın ən qəribə quşu Onun varlığı alimləri təəccübləndirir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi heyvanlar o qədər qeyri-adi görünürlər ki, onların mövcudluğuna inanmaq çətindir. Belə canlılardan biri də balinabaş (Balaeniceps rex) adlı quşdur.

Oxu.Az-ın "IFLScience" portalına istinadla verdiyi məlumata görə, o, Yer üzündəki ən qəribə quş sayılır.

Başmaq dimdikli leylək də adlandırılan bu quşun boyu 1,5 metrə, qanad açıqlığı isə 2,6 metrə çatır. Ən diqqətçəkən xüsusiyyəti isə 24 sm-lik nəhəng, iti və "dırnaqlı" dimdiyidir. Dimdiyi o qədər böyükdür ki, başında çətinliklə yerləşir.

Onun qəribəlikləri bununla bitmir - başının üstündə lələkdən ibarət tac var, ayaqları isə uzun və nazik, barmaqları iri və güclüdür. Bu qeyri-adiliyə görə alimlər illərlə onu düzgün təsnif edə bilməyiblər: əvvəlcə leylək, sonra qutan, sonra çəpərquşu sayılıb. Yalnız DNT analizlərindən sonra onun qutanlara daha yaxın olduğu təsdiqlənib. Ən yaxın qohumu isə adi görünüşlü çəkicbaş (Scopus umbretta) quşudur.

Balinabaş sosial şəbəkələrdə ulduza çevrilib - təkcə görkəminə görə yox, həm də davranışına görə. Nəhəng qanadlarına baxmayaraq, çox vaxt hərəkətsiz dayanır və qəfil hücum edərək ovunu iti dimdiyi ilə öldürür. Ovuna su ilanları, tilyapiyalar, qurbağalar, varanlar və hətta kiçik timsahlar da daxildir. Bildirilir ki, bir yumurtadan çıxan balalar digərlərini öldürür.

Bu quşun səsi də maraqlıdır - o, pulemyot səslərinə bənzər gurultulu "çırpıntı" ilə cütləşmə dövründə çağırış edir.

35 ilə qədər yaşayan bu quşlar suayğırlara yaxın ərazilərdə məskunlaşmağı üstün tuturlar. Lakin onların sayı sürətlə azalır - vəhşi təbiətdə cəmi 5 000-dən az fərd qalıb. Səbəblər arasında yaşayış mühitinin məhv edilməsi, iqlim dəyişiklikləri, çirklənmə və ovçuluq göstərilir.

Dünyanın ən qəribə quşu - Onun varlığı alimləri təəccübləndirir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri