Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Dünyanın ən qorxunc həbsxanaları Onlar hansı xüsusiyyətləri ilə seçilir?

Dünyanın ən qorxunc həbsxanaları Onlar hansı xüsusiyyətləri ilə seçilir?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın bəzi həbsxanalar yalnız cəza çəkmə müəssisəsi deyil, həm də dəhşət və insan ləyaqətinin tapdandığı mərkəzlər kimi tanınır. Son illərdə hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu müəssisələrdəki şəraitin ciddi insan hüquqları pozuntularına yol açdığını bildirirlər.


Bu həbsxanaların bir çoxunda məhbuslar fiziki və psixoloji işgəncələrə məruz qalır, qidalanma və tibbi xidmətlər son dərəcə bərbad vəziyyətdə olur.


Sfera.az bəzi amansız həbsxanalarla bağlı araşdırma yazısını təqdim edir.


Koloradoda yerləşən ABŞ-nin ADX Florence həbsxanası “Supermax” statusu ilə seçilir. Burada məhbuslar günün 23 saatını təkadamlıq kamerada keçirirlər və sosial təmas minimuma endirilib. “Unabomber” kimi məşhur cinayətkarlar burada saxlanılır.


Venesueladakı "La Sabaneta" həbsxanası isə xaotik strukturu və nəzarətsizliyi ilə tanınır. Keçmişdə bu həbsxanada məhbus dəstələri idarəetməni əllərinə almış, yüzlərlə insanın ölümünə səbəb olmuşdur.


Ruandadakı "Gitarama" həbsxanası isə tarixdə insanlıq adına ən ağır mənzərələrdən birinə şahidlik edib. Bu həbsxana 400 nəfər üçün nəzərdə tutulsa da bəzən 4 000-dən çox məhbus saxlanılıb. Həddindən artıq sıxlıq, qida və tibbi xidmətin olmaması səbəbindən məhbuslar bəzən bir-birini yeməyə məcbur olub. 


Oxşar şəkildə Şimali Koreyadakı "Camp 22" rəsmi olaraq mövcudluğu inkar olunan bu əmək düşərgəsi, siyasi məhbuslar və onların ailələri üçün nəzərdə tutulmuşdur. İddialara görə burada insanlar nəsildən-nəslə saxlanılır, işgəncələr, tibbi təcrübələr və qıtlıq adi haldır. Mənbələr bildirir ki, uşaqlar valideynlərinin günahlarına görə bura salınır.


Rusiyadakı "Black Dolphin" həbsxanası isə yalnız ən təhlükəli cinayətkarlar üçün nəzərdə tutulub: serialı qatil, terrorçu və qaniçənlər. Məhbuslar kamera arxasında belə oturmağa icazə almadan tərpənə bilməz. Onlar gözləri bağlı şəkildə, başı əyilmiş formada daşınır ki, həbsxananın strukturunu görməsinlər.


Taylanddakı "Bang Kwang" və Braziliyadakı "Carandiru" həbsxanaları da dəhşətli şəraitləri və insan haqlarının pozulması ilə gündəmə gəlib.


Hüquq müdafiəçiləri bildirirlər ki, bu cür həbsxanalar beynəlxalq hüquq normalarına ziddir və bir çox hallarda cəza deyil, qisas və işgəncə məqsədi daşıyır.
Beynəlxalq qurumlar isə bu müəssisələrin şəraitinin dəyişdirilməsi üçün çağırışlar edir. Mütəxəssislər hesab edir ki, cəza müəssisələrinin əsas məqsədi islah olmalı, insan ləyaqətini alçaltmamalıdır.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri