Dünyanın sonu gəlsə, hara qaçmaq lazımdır? Ən təhlükəsiz yer
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Qlobal fəlakət baş verərsə, Yer üzündə hansı ölkələrin yaşamaq üçün daha əlverişli olacağı müəyyənləşdirilib. Alimlər əhalinin sayı, coğrafi mövqe, ərzaq və enerji ehtiyatları, eləcə də dövlətin böhran şəraitində sabitliyi qoruma qabiliyyətini nəzərə alıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Global Challenges” jurnalında dərc olunan araşdırmaya görə, ən yaxşı sığınacaq kifayət qədər ərzaq və enerji ehtiyatına malik, uzaqda yerləşən və effektiv idarəetmə sisteminə sahib ərazi olmalıdır.
Mütəxəssislər qlobal fəlakətə hazırlaşanlara böyük şəhərlərdən uzaq durmağı tövsiyə edirlər. Onların fikrincə, genişmiqyaslı böhran zamanı iri şəhərlər ciddi təhlükə zonasına çevrilə bilər.
Araşdırmada Yer üzündə ən dayanıqlı məkanlardan biri kimi Avstraliya, xüsusilə Tasmaniya adası göstərilib.
Bunun əsas səbəbləri Avstraliyanın dünyanın digər hissələrindən uzaqda yerləşməsi, enerji istehsalında istifadə edilə bilən böyük mineral ehtiyatlarına və yüksək ərzaq istehsalı imkanlarına malik olmasıdır.
Araşdırmaya rəhbərlik edən Frankfurt Göte Universitetinin professoru Florian Yen bildirib ki, qlobal fəlakətdən sağ çıxmaq istəyənlər üçün bəzi ölkələr daha riskli hesab olunur.
Onun sözlərinə görə, Rusiya nüvə zərbəsi üçün əsas hədəflərdən biri ola bilər. Tədqiqatçılar ölkənin idarəetmənin effektivliyi, bərabərsizlik və korrupsiya kimi göstəricilər üzrə də aşağı nəticələr göstərdiyini qeyd ediblər.
Araşdırmaya görə, Böyük Britaniyanın ada dövləti olması ona müəyyən üstünlük verir. Bundan başqa, inkişaf etmiş səhiyyə sistemi pandemiya kimi böhranlar zamanı mühüm rol oynaya bilər.
Lakin ölkənin nüvə zərbəsi üçün potensial hədəf olması və kosmik hava hadisələrinin güclü təsir göstərə biləcəyi regionda yerləşməsi onun risklərini artırır.
Belə hadisələr zamanı müasir cəmiyyətin güvəndiyi texnologiyaların böyük hissəsinin sıradan çıxa biləcəyi bildirilir.
Avstraliyanın da zəif tərəfləri varAvstraliya ən yüksək qiymət alan ölkələrdən biri olsa da, onun da ciddi problemləri mövcuddur.
Tədqiqatçılar daşqınları və meşə yanğınlarını əsas risklər sırasında göstəriblər.
Bundan başqa, Avstraliyanın digər ölkələrdən uzaqda yerləşməsi fəlakətin ilk mərhələsində üstünlük sayılsa da, uzunmüddətli perspektivdə problem yarada bilər. Çünki inkişaf etmiş cəmiyyətin davamlı fəaliyyəti üçün xarici dünya ilə əlaqənin qorunması vacibdir.
Alimlər bir neçə ölkəni qlobal fəlakət zamanı nisbətən daha əlverişli hesab etsələr də, araşdırmanın yekun nəticəsi nikbin olmayıb.
Tədqiqatçıların qənaətinə görə, həqiqətən genişmiqyaslı qlobal fəlakət baş verərsə, Yer üzündə tam təhlükəsiz hesab edilə biləcək məkan yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 19 Sentyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















