Icma.az
close
up
RU
Dünyanın yeni rəqəmsal paytaxtı

Dünyanın yeni rəqəmsal paytaxtı

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp ABŞ-ı virtual pul dünyasının mərkəzinə çevirmək iddiasındadır

ABŞ Prezidenti Donald Tramp ölkənin kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata “Bitcoin”, “Ethereum”, “Solana” (SOL), “Ripple” şirkətinin XRP-si, “Cardano” (ADA) və digər “qiymətli” rəqəmsal aktivlər daxil ediləcək. Tramp bildirib ki, ABŞ-ın kriptoehtiyatı bu rəqəmsal sənayenin Bayden administrasiyası dövründəki enişini aradan qaldıracaq və korrupsiya hücumları nəticəsində itmiş nüfuzunu yenidən bərpa edəcək, nəticədə əhəmiyyətli yüksəliş dövrü başlayacaq.

“Mən ABŞ-ın dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm”, deyə iddialı bəyanat verən Trampın bu açıqlamasından sonra rəqəmsal valyuta bazarlarında yenidən çaxnaşmalar qeydə alınıb, “Bitcoin”, “Ethereum” və digər “qiymətli” valyutalar da daxil olmaqla əksər kriptopullar kəskin bahalaşıb. Belə ki, ADA indeksi 60 faiz, XRP 33 faiz, 25 faiz artıb. Digər kripovalyutaların indeksi isə 10-13 faiz civarında dəyər qazanıb. Ən bahalı kriptovalyuta olan “Bitcoin”in qiyməti isə “CoinMarketCap” platformasında 3 fazidən çox bahalaşaraq 98 min dollar təşkil edib. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəldib, təkcə fevralın son iki həftəsində dövriyyədə olan bu virtual pulların bazar payı 10 milyard dollardan çox artaraq ümumilikdə 2 trilyon dollara yaxınlaşıb. ABŞ-ın bazar araşdırmaçıları bu valyutanın yaxın bir neçə gündə 100 min dolları ötəcəyini istisna etmirlər.

Tramp kriptovalyutadan 1 milyard dollar qazanıb

D.Trampın ABŞ-ı kriptovalyuta paytaxtı elan etməsi dünyanın bir nömrəli iqtisadiyyatı olan superdövlətin ali hakimiyyət himayəsi altında qlobal maliyyə sistemində sıçrayışlı böyük dəyişikliklərin baş verəcəyinin anonsudur. Əslində  bu dəyişikliklər 15-20 il əvvəl başlasa da, artıq tamamilə yeni mərhələyə qədəm qoyan virtual pul dünyasının miqyasının geniş xarakter aldığını göstərir. ABŞ-ın dövlət başçısı dünya sənayesinin ahəngini kriptovalyuta sənayesinə fokuslamaqla öz ətrafındakı iri maliyyəçilərlə birlikdə yeni pul imperiyası qurmaq niyyətindədir. Məsələ ondadır ki, kriptovalyuta bazarı əvvəlki situasiyalarda daha çox spekulyasiyalarla idarə olunurdusa, Trampın güclü dəstəyi ilə blokçeyn texnologiyaları maliyyə sistemində öz real yerini alaraq möhkəmlənir və maliyyə rəqabətində öz həqiqi gücünü nümayiş etdirir. Trampın özü blokçeyn bazarında birbaşa investor kimi iştirak etməsi və kriptovalyuta əməliyyatlarından fevral ayında 1 milyard dollar gəlir əldə etməsi bu bazara inamlı investorların qoşulmasını da sürətlənidirir. ABŞ Prezidentinin kritomeneceri “Coinbase” şirkətinin direktoru Conor Groganın sözlərinə görə, Tramp 16 milyard dollar dəyərində token (rəqəmsal kupon) saxlaması səhmdarları ruhlandırır və bu səbəbdən “Bitcoin”in mənfəət marjasının daha da yüksələcəyi istisna deyil.

İri səhmdarlar rəqəmsal kuponlar üçün...

Blokçeyn texnologiyaları üzrə qlobal ekspertlər hesab edirlər ki, 2025-ci ildə bu sahənin potensialı özünü real olaraq göstərəcək və dünya maliyyə sisteminə kəskin təsirləri olacaq. Kriptovalyuta bazarının 2025-ci ildə böyüməsi və təsiri bu sənayenin maliyyə sektorunda aparıcı rolunu artıracaq. Bu isə bazara institusional investorların gəlməsinə, likvidlik və sabitliyin yüksəldilməsinə imkan verəcək.

Bu baxımdan, qarşıdakı dövrdə “Bitcoin”in qiymətinin artması gözləniləndir. Eyni zamanda, digər kriptovalyutaların da yeni bazarı açılacaq. Bu proses qlobal iqtisadiyyatın digər sahələrində - daşınmaz əmlak, əmtəə və xammal bazarlarında da tokenləşməni genişləndirəcək və iri səhmdarlar öz maliyyəsini rəqəmsal kuponlara investisiya edəcək. Digər bir məqam kriptovalyutaların ödəniş alətinə çevrilməsi ehtimalının gerçəkləşməsidir. Kriptovalyutalar, o cümlədən “Bitcoin” indiyə qədər investisiya aləti kimi istifadə olunurdusa, Trampın mövcud addımlarından sonra ABŞ-ın timsalında ödəniş sistemləri arxitekturasını formalaşdıra bilər. Yəni, “Bitcoin” “Mastercard”, “Viza”,  “SWIFT” ödəniş mübadilə sisteminə inteqrasiya edilə bilər. Bir sözlə, artıq “Bitcoin” həm yığım, həm də tədavül vasitəsinə çevrilməklə qlobal maliyyə sistemini dəyişdirməkdədir.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri