Icma.az
close
up
RU
Rəqəmsal dünyanın memarları...

Rəqəmsal dünyanın memarları...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

13 sentyabr proqramçıların peşə bayramıdır

Görünməyən, amma həyatımızın demək olar ki, hər anında iştirak edən başqa bir dünya da var - kodlar dünyası. Telefonumuzda açılan tətbiqdən tutmuş bank əməliyyatına, sosial şəbəkədən onlayn alış-verişə, hətta bəzi avtomobillərin idarəetmə sisteminə qədər hər şeyin arxasında proqramçıların yazdığı kod dayanır.

Onların işi kənardan çox sadə görünə bilər: kompüter qarşısında oturur, kod yazır və proqram hazır olur. Əslində isə işin ən maraqlı və çətin hissələrindən biri artıq yazılmış kodun içərisində baş verən problemi tapmaqdır.

Yeri gəlmişkən, 13 sentyabr Beynəlxalq Proqramçılar Günüdür. Hər il ilin 256-cı günü beynəlxalq səviyyədə qeyd olunur. Bu gün dünyanın bir çox ölkəsində qeyd olunsa da, Rusiyada rəsmi bayram elan edilib.

Həmin təqvimin qeyd olunması fikri rusiyalı proqramçılar Mixail Çervyakov və Valentin Balt tərəfindən 2002-ci ildə irəli sürülüb. Onlar 256 rəqəmini ikili kod sisteminə, yəni rəqəmsal informasiyada səkkiz bitin bir baytla ifadə olunduğu fərqli dəyərlərə görə seçiblər.

Səhvi tapmaq bəzən kod yazmaqdan çətindir

Proqramlaşdırmada “bug” adlandırılan xətalar bəzən bir simvol, bir nöqtə və ya bir işarə qədər kiçik səbəbdən yaranır. Nəticədə isə böyük bir sistem işləməyə bilər. Məhz buna görə proqramçıların işində maraqlı bir paradoks var: bəzən saatlarla görülən iş bir sətr kod yazmaqdan deyil, həmin bir sətrin niyə işləmədiyini tapmaqdan ibarət olur.

İnsan davranışını da düşünürlər...

Maraqlıdır ki, proqramçıların işində yalnız texniki bilik kifayət etmir. O, istifadəçini də düşünməlidir. Məsələn, mobil tətbiqin düyməsi harada yerləşməlidir? İnsan həmin düyməni asanlıqla tapa biləcəkmi? İstifadəçi parolunu səhv yazanda sistem nə etməlidir? Yaşlı insan və ya texnologiyaya çox bələd olmayan biri tətbiqdən rahat istifadə edə biləcəkmi?

Bütün bunlar proqramlaşdırmanın görünməyən tərəfləridir. Yaxşı proqramçı əslində təkcə kompüterin deyil, insanın da necə düşündüyünü anlamağa çalışır.

Bir fincan qəhvə, yüzlərlə sətir kod...

Proqramçıların işi haqqında formalaşmış stereotiplərdən biri də kompüter qarşısında saatlarla oturmaq, yanında qəhvə və ekranda saysız-hesabsız kod sətrləridir. Bu görüntüdə müəyyən həqiqət payı var. Lakin proqramlaşdırma yalnız kod yazmaqdan ibarət deyil. Proqramçılar uzun müddət problemi analiz edir, başqalarının yazdığı kodu oxuyur, testlər aparır,  həmkarları ilə müzakirə edir və yeni texnologiyalar öyrənirlər. Texnologiya elə bir sahədir ki, dünən öyrəndiyin bilik bu gün artıq yenilənə bilər.

Kodun bir sətri - böyük nəticə

Proqramlaşdırmanın ən heyrətamiz tərəflərindən biri onun miqyasındadır. Bir proqramçı tərəfindən yazılan kod sonradan yüz minlərlə, hətta milyonlarla insan tərəfindən istifadə edilə bilər. Bir vaxtlar yalnız mütəxəssislərin istifadə etdiyi texnologiyalar bu gün adi həyatımızın bir hissəsinə çevrilib. Taksi sifariş edirik, pul köçürürük, xəritədə ünvan tapırıq, alış-veriş edirik, film izləyirik, süni intellektlə danışırıq - bütün bunların arxasında müxtəlif səviyyələrdə proqram təminatı dayanır. Başqa sözlə, proqramçı bəzən öz masasından qalxmadan dünyanın müxtəlif yerlərində insanların həyatına toxunan bir məhsul yarada bilir.

Proqramçılar həm işləyir, həm də öyrənir

Bu peşənin digər maraqlı tərəfi isə daim öyrənmək məcburiyyətidir. Yeni proqramlaşdırma dilləri, platformalar, süni intellekt alətləri və təhlükəsizlik tələbləri ortaya çıxdıqca proqramçı da öz biliklərini yeniləməlidir. Ona görə proqramçı üçün “mən artıq hər şeyi bilirəm” cümləsi, demək olar ki, mümkün deyil. Bəlkə də bu peşənin ən maraqlı xüsusiyyəti məhz budur: Proqramçılar həm işləyir, həm də öyrənir, öyrəndikcə isə onun qarşısında daha böyük texnoloji dünya açılır.

Gələcəyin dili kod ola bilər

Bu gün süni intellekt, robototexnika, kibertəhlükəsizlik, avtomatlaşdırma və ağıllı sistemlər sürətlə inkişaf edir. Bu dəyişikliklərin mərkəzində isə yenə proqram təminatı dayanır. Proqramçılar artıq sadəcə sayt və mobil tətbiq hazırlayan insanlar deyil. Onlar səhiyyədən maliyyəyə, təhsildən nəqliyyata qədər müxtəlif sahələrdə gələcəyin texnologiyalarını qururlar.

Beynəlxalq Proqramçılar Günü də bizə xatırladır ki, texnologiyanın arxasında yalnız maşınlar və alqoritmlər yoxdur. Hər kod sətrinin arxasında bir insanın düşüncəsi, səbrı, yaradıcılığı və bəzən də saatlarla davam edən “bu niyə işləmir?” mübarizəsi dayanır.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri