Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

Dünyaya yayılmış, amma vətəni olmayan xalq...

Dünyaya yayılmış, amma vətəni olmayan xalq...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qaraçıların gizli qanunları və həyat fəlsəfəsi

Onların həyatı çoxlarına qeyri-adi görünür, çünki bu həyat azadlıq, ənənə və sirr dolu bir dünyanı özündə birləşdirir. Yəhudilər kimi İkinci Dünya müharibəsi zamanı soyqırımla üzləşiblər. Sanki ikinci dərəcəli deyil, üçüncü dərəcəli insanlar kimi rəftarlara məruz qalıblar, tamamilə lazımsız, hətta təhlükəli hesab ediliblər. Müharibə zamanı nasistlər tərəfindən qətlə yetirilən qaraçıların ümumi sayı dəqiq məlum deyil. Ancaq hətta ən mühafizəkar hesablamalara görə, onların sayı 200 mindən 1,5 milyon nəfərə qədər dəyişir.

Bu gün Beynəlxalq Qaraçı günüdür. Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.

Dəqiq rəqəm bəlli deyil...

Qaraçılar Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayıblar. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri istehsalı ilə məşğul olublar. Dünyada qaraçıların ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzi sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Onların böyük hissəsi rəsmi sənədi olmadan yaşayır.

Niyə qaraçıların öz ölkəsi yoxdur?

Qaraçılar Azərbaycandan tutmuş, Mərkəzi və Şərqi Avropaya qədər yayılıblar. Onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Lakin Avropaya haradan və nə üçün gəldikləri məlum deyil. Qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir.

Qaraçı dövlətinin heç vaxt yaranmaması ilə bağlı kimisə qınamaq çətindir. Tarixdə bir növ qaraçı dövlətinin mövcudluğunu göstərən bir nümunə var idi. Venesiya Respublikasının sənədlərinə görə, Korfu adasında (indiki Yunanıstan ərazisi) 1375-ci ildən Feudum Acinganorum, yaxud Azərbaycanca desək, qaraçıların mülkü olub. Bu “mülkiyyət” müəyyən daxili müstəqilliyə malik olan bir sıra icmalardan ibarət idi.

Məsələn, hər bir icmanın öz məhkəməsi var idi, bir qayda olaraq, qaraçı baronlarından ibarət idi, hər hansı bir hökm çıxarmaq hüququna malik idi-ölümə qədər. Əhalinin əksəriyyəti isə hər növ sənətkarlıq və dəmirçiliklə məşğul olurdu.

Qaraçı “ölkəsi” Feudum Acinganorum 19-cu əsrin əvvəllərinə qədər davam edib. Sonra Venesiya Respublikası süqut edib və Korfu adası əvvəlcə Fransanın, daha sonra Rusiya və Türkiyənin tərkibinə daxil olub, sonra isə tamamilə İngiltərəyə keçib. Ancaq etiraf edək ki, qanunvericilik və məhkəmə hakimiyyətinin iştirakı ilə oturuşmuş, tam hüquqlu qaraçı dövlətinin nümunəsi həqiqətən unikaldır!

1990-cı ildə Serokedə (Polşa) keçirilən IV Ümumdünya qaraçı Konqresində nasist soyqırımı qurbanlarına və onların nəsillərinə təzminat ödənilməsi məsələsi qaldırılıb və 2000-ci ildə Rusiyadan olan qaraçılar ilk dəfə Praqada keçirilən V Konqresdə iştirak ediblər. Və bu yalnız başlanğıc idi.

2012-ci ildə Belqradda keçirilən VIII Qaraçı qurultayında gələcəkdə qaraçı milli dövlətinin yaradılmasına çalışmaq qərara alınıb. Konqres çərçivəsində beynəlxalq qaraçı pasportunun modeli və pul vahidi olan lavoro qəbul edilib. Bir az əvvəl ümumi qaraçı bayrağı və himni seçilib. Bir az da irəli gedilsəydi, qaraçıların bayrağı, pasportu, milli valyutası olan öz ölkəsi olardı. Lakin müəyyən məqamda hər şey plan üzrə getməyib: belə dəyişikliklərdən narazı olanlar olub və VIII qurultay zamanı parçalanma baş verib. Yuxarıda göstərilən bütün qərarlarla razılaşmayanlar onları qeyri-qanuni elan ediblər və bu mənada qaraçı dövləti yaratmaq fikrindən əl çəkiblər.

Hipnoz etməyi yaxşı bilirlər...

Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.

Qaraçıların ən sevimli yeməyi qızardılmış kirpidir. Bunu ən çox Polşa və Baltikyanı qaraçıları sevir. Sərxoş qaraçını görmək mümkünsüzdür. Qaraçılar spirtli içkini o qədər də qəbul etmir. Gənclərə isə böyüklərin yanında içmək qadağandır.

Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız “qoca qız” hesab edilir. Qaraçı ailələrində toy günü xeyli maraqlı olur.

Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur.

Bununla yanaşı, qaraçılar haqqında cəmiyyətdə çoxlu stereotiplər mövcuddur. Onlar bəzən anlaşılmayan və ya yanlış tanınan bir toplum kimi qəbul edilirlər. Müasir dövrdə qaraçıların bir qismi artıq oturaq həyata keçsə də, bir çoxları hələ də köçəri ruhunu qoruyur.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri