Icma.az
close
up
RU
Düşərgələrə alternativ nənə baba: Uşaqların istirahətsiz yayı

Düşərgələrə alternativ nənə baba: Uşaqların istirahətsiz yayı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay tətilləri uşaqlar üçün həm istirahət, həm də yeni bacarıqlar qazanmaq üçün dövrüdür.

Amma yay düşərgələrinin olmaması bir çox uşağın tətilini daha passiv keçirməsinə səbəb olur. Yay tətilində istirahətin düzgün planlanmaması uşaqlarda həm həvəsin azalmasına, həm də yeni dərs ilinə motivasiyasız başlamalarına yol aça bilər. 

“Cebheinfo.az”-a açıqlamasında sosioloq Lalə Mehranlı bildirdi ki, uşaqların istirahətini təmin etmək üçün bir çox alternativlər var:

“Uşaqlar tətildə ruhən dincəlməlidir, çünki bütün tədris müddəti boyunca uşaqlar dərs, imtahan, monitorinq ilə yükləndiyi üçün haqlı olaraq dinclik axtarırlar. Uşaqların dincələ bilməsi üçün uyğun mühit lazımdır, məsələn, düşərgələr, istirahət mərkəzləri və bir çox yerləri buna nümunə göstərə bilərik. Xüsusilə şəhərdə yaşayan uşaqlar üçün bu şərait yaradılmalıdır, çünki ilboyu şəhərin xaotik vəziyyətində, ictimai nəqliyyatdan istifadə edərək dərsə gedib - gəldiyi üçün uşaq çox yorulur.

Uşaqları düşərgələrə göndərmək bütün valideynlər üçün əlçatan olmur, bunun əsas səbəbidə qiymətlərin həddən artıq yüksək olmasıdır. Bir həftəlik istirahətin qarşılığında 500-1000 manat tələb olunur, bu da təbii olaraq valideynlər üçün uyğun olmur. Ailədə bir neçə uşağın olduğunu nəzərə alsaq, valideynlərin vəziyyətini təsəvvür etmək çətin deyil. Bu halda düşərgə alternativi sıradan çıxır, rayonda yaşayan nənə, baba varsa, uşaqlar orda istirahət edə bilər”. 

Onun sözlərinə görə, uşaqların yeni dərs ilinə həvəsli başlaması üçün yaxşı istirahət şərtidir:

“Uşaqları çimərliklərə də aparmaq yaxşı istirahət formasıdır, lakin bütün ödənişsiz çimərliklərdə vəziyyət ürəkaçan deyil. Ödənişli çimərliklər də hər kəsin büdcəsinə uyğun deyil. Buna görə də məktəblilərin istirahət yerləri parklarda, həyətlərdə təmin edilir bu da istirahət sayılmır. Uşaqların dərs ilinə həvəsli başlaması üçün tətildə beyinləri, ruhları dincəlməlidir.

Tətil boyunca ruhları dərs yükündən arınmalıdır. Bu hal baş vermədikdə, uşaqlar yeni dərs ilinə yorğun başlayır. Təbii ki, bu da qiymətlərində, monitorinqlərdə özünü göstərir. Buna görə də uşaqların yay boyu istirahətini təmin etmək lazımdır ki, yeni tədris ilində daha uğurlu nəticə göstərsinlər”. 

L.Mehranlı təklif edib ki, məktəblərdə yaxşı oxuyan şagirdlərin istirahətinə şərait yaradılmalıdır:

“Məktəblər əlaçı şagirdləri dövlət hesabına düşərgələrə göndərməklə bağlı təşəbbüslər irəli sürslməlidir. Yəni Elm və Təhsil Nazirliyi məktəblərə şərait yaratmalıdır ki, onlar öz şagirdlərinə motivasiya versinlər. Şagirdlərin illik qiymətləri yüksək olduğu təqdirdə onların düşərgələrə bilet əldə etməsinə şərait yaradılsın. Bu halda həm uşaqların istirahətini təmin etmiş olarıq, həm də onlara yeni tədris ili üçün motivasiya verə bilərik”. 

Gülər 
“Cebheinfo”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri