Icma.az
close
up
RU
Uşaqların təmizliyə alışdırılması

Uşaqların təmizliyə alışdırılması

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün valideynlərə məlumdur ki, təmizlik və səliqə vərdiş məsələsidir. Uşaqlar erkən yaşlarından etibarən müəyyən məsuliyyətlərə - əşyalarının səliqəsi, şəxsi gigiyena və s. alışdırılmalıdırlar.

Əslində uşaqlar özləri də müəyyən işləri görməkdə böyük maraq göstərirlər. Lakin əksər valideynlər vaxt məhdudluğundən və ya sadəcə səbrsizlik üzündən uşaqlara müxtəlif işləri görməkdə mane olur, bəzən isə ümumiyyətlə imkan yaratmır və hətta qadağalar da qoyurlar.

Psixoloqlar qeyd edirlər ki, insana bir hərəkəti vərdiş halına salmaq üçün onu 21 dəfə təkrar etmək kifayətdir. Bundan sonra bədən və ya beyin bu əməlləri vərdiş şəklində etməyə başlayacaqdır. Əgər valideynlər 1 ay daha səbrli və davamlı olub uşaqları müəyyən təmizlik və səliqəyə alışdırarlarsa bu artıq onların gündəlik vərdişlərinə keçəcəkdir.

Təmizlik və səliqə vərdişləri tərbiyə olunarkən valideynlər bir sıra səhvlərə yol verirlər ki, bu da prosesi çətinləşdirir bəzən isə tamamilə mümkünsüz edir. Əgər valideynlər “Raising Good Kids in Tough Time” kitabının müəllifi, Maryland Universitetinin professoru, psixoloq Roger W. McIntire-in valideynlərə məsləhət bildiyi  aşağıdakı metodları tətbiq edərlərsə, uğur qazanmaq şansı da artar:

- Mükəmməlliyi kənara qoyun. Heç bir şey mükəmməl olmadığı kimi uşaqların gördükləri işin mükəmməlliyini də gözləməyin. Daha çox uşaqların həvəs və iş görməklərinə köklənsəniz bu zaman tərbiyə prosesi daha rahat abu-havada keçəcəkdir. Əks halda mükəmməllik tərəfdarı olan valideyn prosesə özü müdaxilə edəcək və bütün işləri özü görməli olacaqdır.

- Gecikməyin. Əksər valideynlər düşünür ki, uşağı hələ təmizlik və səliqə üçün çox kiçikdir. Lakin uşaqlar valideynin fikirləşdiyindən dəfələrlə qabiliyyətli və həvəsli ola bilərlər. Hətta erkən yaşlarda uşaqlar bir çox işləri  özləri görə bilərlər. Valideynlər uşaqların yaş etibarilə etməyə hazır olduqlarından sonra öyrətmək istəyirlər lakin, əslində uşaqlar edə-edə öyrənirlər.  Bu prosesdə “yır-yığış” avadanlıq və ləvazimatların oyuncaqları da yardımçı ola bilər.

2-3 yaşlının edə biləcəyi işlər: oyuncaqları toplamaq, çirkli paltarları paltar səbətinə qoymaq, toz almaq və s.

4-5 yaşlının edə biləcəyi işlər: yuxarıdakı işlər üstəlik yatağı səliqəyə salmaq, zibili atmaq, süfrəni yığışdırmaq, əltozsoranını işlətmək, ev bitkilərini sulamaq, qabyuyan maşınını doldurub-boşaltmaq, plastik qabları əldə yumaq.

6-7 yaşlının edə biləcəyi işlər: yuxarıdakı işlər üstəlik, çirkli paltarları rənginə görə seçmək, döşəməni süpürmək, süfrə açıb və yığmaq.

8-9 yaşlının edə biləcəyi işlər: yuxarıdakı işlər üstəlik qabyuyan maşını doldurmaq, bazarlığı boşaltmaq, tozsoranlamaq, yemək bişirməyə yardımçı olmaq, düymə tikmək, öz çirkli paltarlarını təmizlərdən ayırmaq, tərəvəzləri soymaq, döşəməni silmək və s.

10 və daha böyük yaşlının edə biləcəyi işlər: yuxarıdakı işlər üstəlik yuyulmuş paltarları sərmək və yığıb qatlamaq, sadə biçimli paltarları ütüləmək, avtomobili yumaq, yataq dəstini dəyişmək, özündən kiçik uşağa qısa müddət dayəlik etmək və s.

- Tərifə simiclik etməyin. Uşağın verilən işi tamamilə görüb bitirməsinin gözləməyin, proses əsnasında kiçik detallara diqqət edib onları tərifləyin, hər görülən kiçik işi belə nəzərinizdən qaçırmayın. Uşağın görüdüyü işin keyfiyyətlərini və iş əsnasında çəkilən zəhməti sadalayaraq müsbətləri vurğulayın. Hər görülən işin uğurunu ilk vaxtlarda müəyyən kiçik hədiyyələrlə və ya sevilən məşğuliyyətə icazə verməklə də mükafatlandırmaq olar.

- Davamlı olun. İstənilən işin davamlı olaraq hər gün edilməsi müvəffəqiyyətin əsasıdır. Az və ya kiçik işlər olsa belə davamlı etməyə çalışın. Əgər uşaqların səliqəyə alışdırılmasında fasilələr olarsa, bu onlarda vərdişin yaranmasının qarşısını alacaqdır. Onlar daima sizdən onları yönəltməyi və ya sizin “əmr” verməyinizi gözləyəcəklər.

- Təlimatları konkretləşdirin. “Get otağını yığışdır!” təlimatı uşaqlarda çox abstrakt təsəvvür yaradır. Otağın harasını və necə yığışdırmağı bilməyən uşaq, işin hansı ucundan yapışacağını təsəvvür etmir və bu iş ona mümkün olmayan bir proses kimi görünür. Ümumiyyətlə, uşaqlara iş gördürərkən ilk vaxtlarda mütləq yanlarında olub, addım-addım təlimatlar verərək, işin necə ediləcəyini göstərməyə çalışın. Uşaqlar daha bacarıqlı olduqda isə sizin sadəcə olaraq otaqda onlara nəzərət etməyiniz kifayət olacaqdır. Uşaqlar mükəmməlləşdikcə və böyüdükcə isə artıq “Get otağını yığışdır!” təlimatını verə bilərsiniz.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri