Icma.az
close
up
RU
Düşmən atəşindən zərər çəkənlər ifadə verdilər MƏHKƏMƏ

Düşmən atəşindən zərər çəkənlər ifadə verdilər MƏHKƏMƏ

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxslər Anar Cəfərov və Rəşad Abbasov bildiriblər ki, Ağdam rayonunun Mərzili kəndi istiqamətində içərisində olduqları avtomobil düşmən tərəfindən basdırılmış minaya düşüb və partlayış nəticəsində müxtəlif xəsarətlər alıblar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Feyruz Musayev qeyd edib ki, buldozerlə Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında mühəndis işlərini görərkən texnika düşmən tərəfindən pulemyot silahlardan atəşə tutulub. Özü xəsarət almasa da, texnika yararsız hala düşüb.

Zərərçəkmiş şəxs İsrail Babayev ifadəsində bildirib ki, o, Kəlbəcər-Zod istiqamətində düşmən təxribatı nəticəsində yaralanıb.

Digər zərərçəkmiş şəxs Səfər Qasımov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində bir neçə nəfər həlak olub. Eyni zamanda o, Kamal Cavadlı, Nemət Bağırov, Əmrah Hacızadə və daha bir neçə nəfər müxtəlif növ bədən xəsarətləri alıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmiş Elgün Talıbov bildirib ki, Ağdərə rayonunun Çərəktar kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində o və Rövşən Mustafayev yaralanıb.

Zərərçəkmiş Müzamil Orucov ifadəsində qeyd edib ki, Kəlbəcər rayonu ərazisində düşmənin müxtəlif çaplı silahlardan açdığı atəşlər nəticəsində xəsarət alıb.

Zərərçəkmişlər Maarif Abbasov, Ramiq Həsənov və Rüstəm Rüstəmli ifadələrində bildiriblər ki, onlar Xocalı rayonunun Dağyurd kəndi ərazisində düşmənin təxribatı nəticəsində xəsarət alıblar. M.Abbasov diqqətə çatdırıb ki, düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və Məhəmməd Kərimov yaralanıb. R.Həsənov isə artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Yaralandığı ərazidə Sergey Heybətov həlak olub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Vüsal Abbasov qeyd edib ki, düşmənin Xankəndi şəhərindən açdığı snayper atəşi nəticəsində ayağından xəsarət alıb.

Zərərçəkmiş Fəqan Vəliyev ifadəsində bildirib ki, Ağdam rayonu ərazisində olarkən üzərində fərqlənmə nişanı olmasına baxmayaraq, içərisində olduğu tibbi yardım maşınının düşmən tərəfindən raket mərmisi ilə vurulması nəticəsində yaralanıb.

Əhliyar Muradov qeyd edib ki, Ağdam rayonunda meşəlik ərazidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb.

Zərərçəkmiş Elyas Məmmədli bildirib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o, Nazim Ağayev və Rəşmi Hümmətov müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Coşqun Nəsirov qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində o, Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıblar.

Zərərçəkmiş Eldar Hüseynov ifadəsində bildirib ki, Xocalıda Fərrux dağı istiqamətində düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində özü daxil olmaqla, bir neçə şəxs yaralanıb, daha bir neçə nəfər isə həlak olub.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Racib Şükürov isə qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Xəqani Quliyev və Turan Həsənli xəsarətlər alıblar.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri