Icma.az
close
up
RU
Düşmənçilikdir, cinayətkarlar Azərbaycana təhvil verilməlidir Deputat

Düşmənçilikdir, cinayətkarlar Azərbaycana təhvil verilməlidir Deputat

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xocalı faciəsinin ildönümü ərəfəsində Ermənistan – Avropa İttifaqı Parlament Tərəfdaşlığı Komitəsi adından verilmiş Bəyanat növbəti dəfə Ermənistanın ölkəmizə qarşı düşmənçilikdən, Avropa Parlamentinin isə siyasi ikiüzlülükdən və korrupsiyadan əl çəkmədiyini bir daha göstərir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev parlamentdə çıxışı zamanı deyib.

Deputat əlavə edib ki, bu bəyanat onu göstərir ki, baş nazir Paşinyan bir tərəfdən Ermənistan hakimiyyəti adından sülhdən danışdığı halda digər tərəfdən ölkəmizə qarşı böhtan və iftira xarakterli qarayaxma kampaniyaları təşkil etdirir, Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli niyyətlərini guya “bölgəyə sülh gətirmək istəyi” adı altında pərdələməyə çalışır: “Avropa Parlamentində atılan addımlar bir daha sübut edir ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olunmasına qarşı çıxır və hər vəchlə buna mane olmağa çalışır.

Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik etdiyim 5 il müddətində Avropa parlamenti üzvlərinin davranışlarını yaxından müşahidə etmiş bir şəxs kimi deyə bilərəm ki, Avropa parlamentində erməni məsələsini gündəmə gətirən, Azərbaycana qarşı böhtan və iftiralar səsləndirən bütün deputatlar erməni diasporu tərəfindən korrupsiya əməllərinə cəlb olunmuş şəxslərdir. Əgər Avropa özlərinin iddia etdiyi kimi qanunun aliliyinin hökm sürdüyü bir məkandırsa, o zaman Avropanın hüquq-mühafizə orqanları erməni lobbi təşkilatları ilə korrupsiya cinayətinə girmiş Avropalı deputatlarla hüquq müstəvisində məşğul olmalıdırlar. əgər Avropa hüquq-mühafizə orqanları bunu etmirlərsə, deməli Avropada “qanunun aliliyi” və “korrupsiyaya qarşı mübarizə” saxta şüarlardan başqa bir şey deyil.

Ermənistanın bu ikiüzlü siyasəti onu göstərir ki, Paşinaynın da beynəlxalq ictimaiyyətə ciddi-cəhdlə təlqin etməyə çalışdığı “erməni sülhpərvərliyi” saxtadır. Biz bu saxtakarlığı cavabsız qoymamalıyıq və qarşılığında sülh bağlanmsı üçün aparılan danışıqlarda şərtlərimizi sərtləşdirməliyik. Bir halda ki, Ermənistan məhz Xocalı soyqırımı ərəfəsində ölkəmizə qarşı bu təxribatı təşkil edib, biz də məhz Xocalı faciəsinin tərədilməsində birbaşa və dolayısı ilə iştirak etmiş cinayətkarların – Zori Balayanın, Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, Seyran Ohanyanın, Vitali Balasanyanın, Samvel Babayanın və digərlərinin Azərbaycana təhvil verilməsini tələb etməli və bu tələbimizi Ermənistanla Azərbaycan arasında bağlanması nəzərdə tutulan sülh müqaviləsinin mətnində Ermənistanın öhdəliyi kimi əks etdirməliyik”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Fevral 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri