Icma.az
close
up
RU
Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur reportaj

Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur reportaj

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Zəngilan, 24 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın Cahangirbəyli kəndi Oxçuçayın sahilində yerləşir. Kənd həm də dağlara açılan mənzərəsi ilə diqqət çəkir. 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalan bu yaşayış yeri də tamamilə dağıdılıb. 2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən tapdağından azad edilən kəndə indi həyat yenidən qayıdır. Kəndin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri Cahangirbəylidə olub, aparılan tikinti-quruculuq işlərindən reportaj hazırlayıb.

İstiqamətimiz Zəngilanın Cahangirbəyli kəndinədir. Yolumuz azad edilən ərazilərdən keçir. Bir yanda 30 illik işğal zamanı dağıdılan yurd yerləri görünsə də, digər yanda yenidən qurulan yaşayış yerləri, tikinti meydançalarına çevrilən məkanlar diqqət çəkir. Azadlığının beşinci ilində olan yurd yerlərimizin, sözün əsl mənasında, yenidən dirçəldiyi hiss olunur.

Cəbrayıl rayonundan keçib, Zəngilan ərazisinə daxil oluruq. Nəhayət dağlarla əhatə olunan Cahangirbəyli kəndinə çatırıq. Düşmənin viran qoyduğu bu yaşayış məntəqəsi indi geniş tikinti meydançasına çevrilib. Evlər tikilir, hər tərəfdən texnika səsləri eşidilir. Bütün işlər müasir standartlara uyğun və sürətli şəkildə aparılır.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva ilə söhbət edirik. Bildirir ki, Zəngilanın Cahangirbəyli kəndinin inşasının birinci mərhələsi çərçivəsində 242 fərdi yaşayış evinin tikinti işləri aparılır. Kəndin layihələndirilən ümumi ərazisi 179 hektardır və hazırda birinci mərhələ üzrə 62 hektar ərazidə inşaat işləri görülür. “Cahangirbəylidə inşa olunan evlər 2-3-4-5 otaqdan ibarətdir. İkimərtəbəli evlərdə 5 otaq var. Kənd ərazisində, eyni zamanda, məktəb binası, uşaq bağçası, inzibati bina, bazar kompleksi, çoxfunksiyalı bina da tikilməkdədir", - deyə şöbə müdiri əlavə edir.

Ümumilikdə, evlərin əksəriyyətində qaba tikinti işləri başa çatdırılıb, bir qismində dam örtükləri tamamilə yekunlaşıb, bəzilərində isə daxili təmir və bəzək işləri görülür. Hazırda evlərdə daxili kommunikasiya sistemlərinin çəkilməsi də həyata keçirilir. Tikinti işləri ilə yanaşı, yaşayış məntəqəsində sel və yağış sularının idarə edilməsi məqsədilə qurğular, suötürücü boru kəmərləri və drenaj xətlərinin çəkilməsi də nəzərdə tutulub.

Bir sözlə, Cahangirbəyli öz sakinlərini qarşılamağa tələsir. Azərbaycan dövlətinin yenidən qurduğu işğaldan azad olunan bütün ərazilər kimi, bu yaşayış məntəqəsində də evlərdən çal-çağır səsinin gələcəyi gün uzaqda deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri