Icma.az
close
up
RU
Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir? KONKRET

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitində hazırlanan turşuların nə dərəcədə riskli olması məsələsini yenidən gündəmə gətirib.

Maraqlıdır, plov kimi geniş istifadə olunan bir yemək hansı hallarda zəhərlənməyə səbəb ola bilər? Qida zəhərlənməsi zamanı əsas risk yeməyin tərkibində, yoxsa onun hazırlanma və saxlanma şəraitində gizlənir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, plov özlüyündə təhlükəli qida hesab olunmur. Əsas risk onun hazırlanması, soyudulması və saxlanması zamanı qida təhlükəsizliyi qaydalarının pozulması ilə bağlıdır.

“Xüsusilə bişmiş düyünün uzun müddət otaq temperaturunda saxlanılması ciddi təhlükə yarada bilər. Belə ki, düyüdə Bacillus bakteriyasının sporları mövcud ola bilər. Əlverişli şərait yarandıqda bu mikroorqanizmlər çoxalaraq toksinlər əmələ gətirir. Bu səbəbdən bişmiş plovun uzun müddət isti və ya otaq temperaturunda saxlanılması qida zəhərlənməsinə gətirib çıxara bilər.

Plovun tərkibində istifadə olunan ət və toyuğun kifayət qədər bişirilməməsi də risk amillərindəndir. Bundan başqa, çiy məhsulların doğranmasında istifadə edilən bıçaq və digər mətbəx ləvazimatlarının yuyulmadan hazır qidalar üçün işlədilməsi çarpaz çirklənməyə səbəb olur”.

Ekspert turşuların da xüsusi diqqət tələb etdiyini vurğulayıb.

“Ev şəraitində hazırlanan konservlər düzgün hazırlanmadıqda və saxlanılmadıqda botulizm təhlükəsi yarada bilər. Bu baxımdan turşuların hazırlanması zamanı gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Risk yalnız evdə hazırlanan məhsullarla məhdudlaşmır, istehsal və saxlanma qaydaları pozulan sənaye məhsulları da zəhərlənməyə səbəb olur”.

İ.Şirinovun sözlərinə görə, bişmiş yeməklər uzun müddət otaq temperaturunda saxlanılmamalı, artıq qalan hissələr mümkün qədər tez soyudularaq soyuducuya yerləşdirilməlidir. Eyni zamanda, hazır yeməklərin soyuducuda saxlanılan çiy məhsullarla təmasının qarşısı alınmalı, məhsulların qablaşdırılmasına diqqət yetirilməlidir.

Lənkəranda baş verən hadisəyə toxunan ekspert bildirib ki, zəhərlənmənin konkret səbəbini müəyyənləşdirmək üçün laborator müayinələrin nəticələri gözlənilməlidir. Yalnız bundan sonra ailə üzvlərinin plovdan, yoxsa turşudan zəhərləndiyini dəqiqləşdirmək mümkün olacaq.

Ekspert bir daha xatırladıb ki, plovun özü təhlükəli qida sayılmasa da, düzgün hazırlanmadıqda və saxlanılmadıqda zəhərlənmə riski yarada bilər. Turşuların hazırlanması və konservləşdirilməsi zamanı yol verilən nöqsanlar isə botulizm kimi ağır nəticələrə səbəb olur.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri