Icma.az
close
up
RU
Düzgün Atalı: Türk niyə həmişə başqasına yaradı?

Düzgün Atalı: Türk niyə həmişə başqasına yaradı?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk xalqlarının tarixi zahirən zəfərlərlə doludur: imperiyalar, fəthlər, sərkərdələr, dövlətlər… Amma bu parlaq səhnənin arxasında dərin bir faciə gizlənir – türk çox vaxt özünə yox, başqasına yarayıb.

Ərəblər üçün İslamın qılıncı olub.
Farslar üçün dövlətin dayağı olub.
Ruslar üçün imperiyanın sərhəd əsgəri olub.
Amma özü üçün nə olub?
Çox vaxt — kənarda qalan, assimilyasiya olunan, kimliyini itirən millət.

İslam gələndə türk boş deyildi
İslam türk dünyasına daxil olanda burada mənəvi boşluq yox idi. Əksinə, çox güclü və köklü bir Tanrı anlayışı vardı. Türk Göy Tanrıya inanırdı. Bu inanc: tək Tanrılı idi, təbiətlə harmoniya qurmuşdu, insanı aciz “bəndə” yox, məsul və şərəfli varlıq sayırdı, hökmdarı Tanrının qulu yox, Tanrinin verdiyi qüdrətin daşıyıcısı kimi görürdü.
Türk Tanrı qarşısında sürünmürdü.
O, Tanrı ilə şərəf müqaviləsi bağlamışdı: ədalət qur, xalqını qoru – Tanrı da sənə güc versin. Bu etika türk cəmiyyətində həm döyüşçü ruh, həm də milli məsuliyyət yaradırdı.

İslam isə başqa bir psixologiya gətirdi.
İnsanı “bəndə” etdi.
İtaəti, qorxunu, səcdəni mərkəzə çəkdi.
Göy Tanrının kosmik harmoniyası yerinə şəriət iyerarxiyası gəldi.
Türk Tanrını çağırırdı, İslam isə Tanrıdan qorxmağı öyrətdi.
Türk Tanrı qarşısında dik dayanırdı, İslam insanı itaətə çağırdı.
Bu dəyişiklik türk psixologiyasında çox şey qırdı:
Döyüşçü ruhu “təvəkkül”lə yumşaldı,
Qürur “təvazö” adı ilə əzildi,
Milli şərəf “ümmet qardaşlığı”na qurban verildi.

Ümmətçilik türk kimliyini əritdi

Bu yeni dini quruluş siyasi bir mexanizmə çevrildi. Türk artıq özünü türk kimi yox, “müsəlman” kimi tanımağa məcbur edildi. Ümmətçilik millətçiliyi boğdu. Türkün qədim yaddaşı “cahiliyyə” adı ilə ləkələndi. Oğuzun, Alpın, Dədə Qorqudun dünyası susduruldu.

Türk Tanrını dəyişmədi –
Türk özünü dəyişməyə məcbur edildi.

Fars mədəniyyətinin kölgəsi
Türklər Səlcuq və Osmanlı dövlətlərini qurdular, amma bu dövlətlərin mədəni mərkəzi türk olmadı. Saray dili farsca, elm dili ərəbcə oldu. Dövlət türk qılıncı ilə ayaqda qalırdı, amma zehniyyəti başqasına məxsus idi.

Bu, açıq işğal yox, mədəni kolonizasiya idi: sən hökm edirsən, amma öz adın yox olur. Fars mədəniyyətinin nüfuzu saraylarda, mədrəsələrdə və poeziyada türk kimliyini arxa plana çəkdi. Beləliklə, türk gücünü qoruyur, amma öz mərkəzini yaratmırdı.

Rus imperiyası və şüurun mühəndisliyi

Ruslar türkü məhv etmədi – onu yenidən formalaşdırdı. Türk tarixini rus akademiyası yazdı, türk dili kənd dili kimi təqdim edildi. Rus zehniyyəti türkcə düşünəni “kəndli”, rusca düşünəni isə “mədəni” adlandırdı.

Bu, kənd insanına qarşı həqarət yox, türk kimliyini alçaltmaq üçün qurulmuş kolonial damğa idi. Kənd türkünün kökü və mədəni zənginliyi aşağılansa da, imperiya mərkəzində “mədəni” olmaq üçün rusca düşünmək tələb olundu. Nəticədə türk həm fiziki, həm də ideoloji periferiyaya itələndi.

Sovet dövründə isə bu şüur mexanizmi daha sistematikləşdirildi. Türk dilləri azaldıldı, milli tarixi ruslaşdırıldı, məktəblər və mediada “rus modeli” ön plana çəkildi. Türk öz kimliyini periferiyada qorumağa çalışdı, amma mərkəz onu daim kənarda saxladı.

Türkün əsas faciəsi

Ərəb öz Tanrı modelini yaydı.
Fars öz mədəniyyətini.
Rus öz imperiya xəritəsini.
Türk isə – hamısının dayağı oldu.
Çünki türk dövlət qururdu, amma özünü ideoloji mərkəz kimi qurmurdu.

Bugünkü vəziyyət
Bugün də türk: ərəb şeyxinin fətvasını milli maraqdan üstün tutur, rus analitikinin sözünü öz tarixçisindən daha ciddi sayır, fars mədəniyyətinə “dərinlik” deyir, özünü isə “kökdən gələn” sayır.
Bu artıq siyasət yox, ruhi asılılıqdır.
Türkün problemi gücsüzlük deyil.
Türkün problemi – özünü mərkəz saymamaqdır.

Nəticə
Biz başqasının Tanrısının siyasi formasını qoruduq.
Başqasının mədəniyyətini yaşatdıq.
Başqasının imperiyasını saxladıq.
Amma özümüzü — sivilizasiya layihəsi kimi qura bilmədik.

Oyanış bir cümlə ilə başlayır:
“Mən başqasının kənarı deyiləm. Mən öz mərkəzəm.”
Türk öz mərkəzini yaratdıqca, tarix yenidən yazılacaq.
Qılınc, dövlət, vətən – bunlar yalnız fiziki güc deyil.
İdeya mərkəzi olmadan heç bir güc qalıcı ola bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Yanvar 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri