Icma.az
close
up
RU
Duzlu yeməkləri xoşlayanlar mütləq oxusun!

Duzlu yeməkləri xoşlayanlar mütləq oxusun!

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.

Artıq miqdarda orqanizmə daxil olan duz ciddi pozulmalara səbəb olur.

- Duz orqanizmdən mayenin çıxmasını ləngidir və mayeni orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödemlərə səbəb olur. Əgər belə hal daim təkrarlanırsa, bu ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün qidalanmada duzun miqdarının azaltması həyati vacib məsələdir. Bu səbəbdən kardioloqlar öz pasiyentlərinə duzun miqdarını azaltmağı tövsiyə edirlər.

- Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır.

- Duzlu qidalar böyrəklər üçün də ziyanlıdır - böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər.

Bəzi böyrək xəstəlikləri zamanı həkimlər xəstələrə duzdan ümumiyyətlə istifadə etməməyi tövsiyə edirlər.

- Duzlu qidalar piylənmənin inkişafına səbəb olur. Duzlu qidalar iştahanın artmasına gətirib çıxardır ki, nəticədə insan lazım olandan artıq qida qəbul edir. Restoranlar və fast-fudlar bundan istifadə edir və qidalara evdə bişirilən yeməklərlə müqayisədə daha çox duz əlavə edir.

- Artıq duz orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Bu isə osteoporozun (sümüklərin sıxlığının azalması) inkişafına yol açır. Osteoporoz çox hiyləgər xəstəlikdir, özünü uzun müddət ərzində heç bir simptomla büruzə vermir. Lakin yüngül travma, yıxılma osteoporozu olan insanlarda ciddi sınıqlarla nəticələnir. Bu xüsusilə yaşlı insanlar üçün təhlükəlidir.

- Maddələr mübadiləsi proseslərini pozur.

Beləliklə, duzun həddindən artıq miqdarda qəbulu sağlamlıq üçün çox ziyanlıdır. Müxtəlif turşular, hisə verilmiş qidalar, sosis-kolbasa məhsulları, mayonez, duzlu pendirlər və s. duzla olduqca zəngindir. Bu səbəbdən belə qidalardan süi-istifadə etmək olmaz.

Yemək bişirdikdə çox miqdarda duz əlavə etməyin.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri