Icma.az
close
up
RU
DVX rəisi BVF nümayəndəsinə vergi sahəsində görülmüş işlər barədə məlumat verib

DVX rəisi BVF nümayəndəsinə vergi sahəsində görülmüş işlər barədə məlumat verib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamentinin Gəlir İdarəetməsi üzrə 1-ci şöbəsinin rəhbəri Debra Adams ilə görüşüb.

AZƏRTAC DVX-ın yaydığı məlumata istinadən xəbər verir ki, xidmət rəisi qonağa İOTA-nın Bakıda keçirilən 29-cu Baş Assambleyasında iştirakına görə minnətdarlığını bildirərək tədbirdə zəngin və əhatəli təqdimatı ilə işgüzar müzakirələrə verdiyi töhfəyə görə məmnunluğunu ifadə edib.

Debra Adams DVX-ın 2025-2028-ci illər üzrə Strategiyasında nəzərdə tutulan hədəflər, ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü əməletmənin təşviqi sahəsində görülmüş işlər, “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində tətbiq olunan vergi siyasəti barədə məlumatlandırılıb.

Görüşdə DVX əməkdaşları üçün "Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti (TADAT)" əsasında daxili qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə keçirilən təlimin nəticələri və bu sahədə gələcək planlar da müzakirə olunub. Bildirilib ki, bu qiymətləndirmə aləti vergi orqanlarında inzibatçılıq tədbirlərinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, təkmilləşmə tədbirlərinin həyata keçirilməsi ardıcıllığı da daxil olmaqla islahat gündəliyinin aktual saxlanılması, beynəlxalq təcrübənin tətbiqi prosesində effektivliyin artırılması və həyata keçirilmiş islahatların təsirlərinin daha dəqiq qiymətləndirməsi kimi faydalara malikdir.

Görüşdə, həmçinin ikitərərfli əməkdaşlığın mümkün yeni istiqamətləri, BVF-in vergi inzibatçılığı ilə bağlı təcrübəsindən istifadəyə yönələn layihələr barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri