“E sosial” portalı və “Əmək və Məşğulluq” e sistemi ABŞ da keçirilən müsabiqənin qalibi olub
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rəqəmsal layihəsi ABŞ-da fəaliyyət göstərən “Global Tech Awards” platformasının keçirdiyi müsabiqənin qalibləri olublar.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan “e-sosial” portalı “İcma və ya Assosiasiya (Veb saytlar)” nominasiyası, “Əmək və Məşğulluq” altsistemi isə “İnsan Resursları Texnologiyası (HRTech)” nominasiyası üzrə mükafatlara layiq görülüblər.
Müsabiqədə digər qaliblər sırasında ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, BƏƏ və bir sıra digər ölkələrin layihələri yer alıb.
Müsabiqə innovasiya, yaradıcılıq və mükəmməlliyə fokuslanaraq, dünyanın müxtəlif yerlərindən ən müstəsna texnoloji həlləri və xidmətləri müəyyən etmək və mükafatlandırmaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Fevral 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















