Əbdulhakim Eşmuratov: Azərbaycan və Özbəkistan bir birinə tarixi və sarsılmaz dəyərlərlə bağlıdır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edir. Azərbaycanda konstitusiya əsasında görülən işlər böyük qürurun nümunəsidir".
Oxu.Az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Özbəkistan bir-birinə tarixi və sarsılmaz dəyərlərlə bağlıdır:
"İki ölkə prezidentləri arasındakı yüksəksəviyyəli əlaqələr münasibətlərin inkişafına mühüm töhfə verib. Həmçinin, ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində mühüm dialoq var. Qanunvericlik və parlament səviyyəsində iki ölkə arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub".
Mərahim Nəsib
Baxış sayı:93
Bu xəbər 29 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















